Telman Bayramoğlunun kitablar ölkəyə niyə buraxılmadı?

Telman Bayramoğlunun kitablar ölkəyə niyə buraxılmadı?

Yazar Telman Bayramoğlunun sentyabr ayında Türkiyədə "İhaneti affetmeyen kadın” romanı türk dilində nəşr olundu. "Kutlu" Yayın Evi ilə müəllif arasında bağlanmış müqaviləyə əsasən nəşriyyat 20 ədəd kitabı Azərbaycana göndərməliydi. Hətta göndərilən bağlamanın yol boyu izlənmə kodu müəlifə verilib ki, kitabların hərəkət sxemini yaxından izləsin. 

Oktyabrın 9-da İstanbuldan yola çıxan bağlama həmin ayın 14-də Azərbaycanın Dövlət Kömrük komitəsinə daxil olub. Uzun müddət kitab bağlamasından xəbər çıxmayıb. 

Müəllifin narahatlığına cavab olaraq "Azərpoçt"un Mingəcevir şöbəsindən şifahi halda bildirilib ki, bağlama Kömrük Komitəsindən onlara daxil olmayıb. Müəllifin Dövlət Kömrük Komitəsinin rəsmi internet saytından rəhbərliyə e-mail yolu ilə müraciətindən  bir müddət sonra Kömrükdən adı bilinməyən nümayəndə bağlamanın kodunu onlara yenidən göndərməyi bildirib. Bir həftəlik araşdırmadan sonra müəlifin nigarançılığına son qoyulub. Dekabrın 9-da Dövlət Kömrük Komitəsinin nümayəndəsi bildirib ki, bir ay ərzində bağlamanı yaxınlaşıb almadığına görə kitablar yenidən geri qaytarılıb. Müəllif isə maraq içndədir. Göndərilən bağlamada müəllifin yaşadığı ünvan və bağlamanın xüsusi kodu göstərildiyi halda bu barədə ona məlumat verilməyib. Halbuki vaxtında xəbər verilsəydi, müəllif haqqı olan kitablarını ala bilərdi. İndi sual olunur? Göndərildiyi ölkədən  5 gün ərzində Azərbaycan Dövlət Kömrük komitəsinə daxil olan bağlamanın uzun müddət xəbərsiz sərhəddə saxlanılması hansı məqsəd daşıyır? Doğrudanmı müəllifin kitabları Azərbaycan üçün bu qədər təhlükəlidir? Telman Bayramoğluna hədiyyə olaraq göndərilən 20 ədəd kitabı ölkəyə buraxmayan Kömrük Komitəsi müəllifə xəbər vermək əvəzinə niyə susqunluğunu qoruyub saxlamağa üstünlük verib?
Telman Bayramoğlunun çap edilmiş yeni romanı bu gün Türkiyənin həm kitab mağazalarında, həm də onlarla internet saytlarında oxucular tərəfindən  asanlıqla əldə edilir.O zaman müəllifin Türkiyədə açıq satışda olan kitabının 20 ədədinin ölkəyə müxtəlif bəhanələrlə buraxılmaması hansı məqsəd daşıyır?

 Telman Bayramoğlu bildirir ki, Azərbaycan Dövlət Kömrük Komitəsinin kitaba qarşı aqressiv və müəmmalı münasibətindən vaxtında  xəbər tutsaydı, Türkiyədən Azərbaycana tez-tez səfər edən tanışlarından öz kitabının bir neçə ədəd nüsxəsini alıb gətirməyi onlardan xahiş edərdi...