Tərcümə Mərkəzindən yeni kitab

Tərcümə Mərkəzindən yeni kitab

"Tərcümə mərkəzinin kitabları” seriyasından "Xilas yolunun yolçuları” adlı növbəti kitabı işıq üzü görüb.

Azərbaycan Tərcümə Mərkəzinin (ATM) Ədəbiyyat.Biz-ə bildirilib ki, kitaba görkəmli sufi ədiblərinin yaradıcılığından edilən tərcümə nümunələri daxil edilib. Kitabı dilimizə yazıçı-tərcüməçi Afaq Məsud çevirib.

Bu kitabda bəhs olunan ilahi həqiqətlər bəlkə də ilk baxışda sadə görünə bilər. Amma oxuduqca bu sadəliyin arxasında dayanan böyük məqamların söz-söz, qətrə-qətrə, damla-damla dərk olunması insanı heyrətləndirəcək qədər möhtəşəmdir. Uca yaradana aparan müqəddəs yolun – axırda vəhdəti-vücuda necə dönməsinin qavranılması baxımından bu topludakıların misli bərabəri yoxdur. Çağdaş insanın təsəvvüf, sufilik haqda bilgilərinin kamilləşməsinə hesablanmış bu mətnlər insan və yaradan münasibətlərinin ehkamlıqdan çıxaraq ruhi bağlılıqlarına tutulmuş bir aynadır.

Bu dəyərli kitab insanları ruhi paklığa səsləmək və haqq yolunun yolçuluğunun ali məqam olduğunu bir daha diqqətə çatdırmaq baxımından hər bir oxucuya geniş və zəngin məlumatlar verəcək.

Ədəbiyyat.Biz