Tural Sahab - Yox demə mədəniyyəti

Tural Sahab - Yox demə mədəniyyəti

Deməli bu yaxınlarda bir xanıma dostluq atdım feysbukda. Bir müddət sonra belə bir mesaj gəldi "bağışla, oğlum mənim dostluğumda, ancaq tanıdığım insanlar var. Dostluğunuzu qəbul edə bilməyəcəm” Bu mesaj məni çox təsirləndirdi. İlahi incəliyə bax, dostluq təklifini qəbul edə bilmədiyi üçün üzr istəyən bir xanım.

Belə bir başlıqla başlamam təsadüfi deyil, bizim cəmiyyətimizdə ciddi ciddi " yox” demə mədəniyyətsizliyi var. İnanmıram ki, dünyanın harasındasa bir qadına " gözəlsiniz” deyəndə, qadın bu komplimenti deyən insanı təhqir edə. Ancaq bizdə var.

-Xanım çox gözəlsiz

-Rədd ol burdan və ya get anqır tayını tap.

 

Siz Allah bu sözlər bir qadına, bir insana yaraşan sözlərdimi. Niyə bizim xanımlarımız komplimenti təhqir kimi başa düşürük. Bir xanıma yazanda məcbur oluruq deməyə ki, xanım səhv başa düşməyin sizə padxod eləmirəm. Kişinin qadından xoşu gələr də, kişi gedib kişiyə eşq elan etməyəcək ki, hər halda xoşu gələn bir xanıma edəcək bu təklifi. Ancaq bizim xanımlar bu təklifi eşidən kimi dəli olur, az qala adamın yeddi arxa dönənini yada salalar. Belə olmaz əziz xanımlar " yox” deməyin belə bir mədəniyyəti var. Yoxsa evdə qalacaqsız.

Tək sevgi məsələsində yox, digər hallarda da dediyim problemlərə rast gəlirik

Biz insanıq- düşünən, ətrafında baş verənləri anlayan bir canlı. Heyvanlar aləminə nəzər salaq bir anlıq; bir canlının yemini əlindən almağa çalışan başqa bir heyvan olduqda mütləq savaş olur. Nə alan istəyir, nə verən verir. Mütləq məsələni güc yolu ilə həll edirik. Bəs biz necə? Deyək ki, çox sevdiyimiz bir əşiyamız var. Qardaşımız onu bizdən istəyir. Nə qədər istəsə də vermirik, hələ bir onu söyüb, qəlbini qırırıq. Vəya onu münasib bir dillə başa salırıq, qəlbini qırmadan” verə bilmyəcəyimizi” deyirik. Sizcə hansı yaxşıdır?!- təbii ki, ikincisi. Sonra biz böyüyürük, böyüdükcə daha böyük şeyləri istəyirlər bizdən. Biz də uşaqlıqada etdiyimiz kimi seçim edirik. İnsan kimi, yoxsa heyvan kimi " yox” deyəcəyik?!

Bu məsələ çox ciddi bir məsələ olduğundan uşaqlıqdan insana təlqin edilməlidir. Necə yemək, danışmaq kimi ədəb qaydalarını uşaqlara başa salırıq, bunu da anlatmalıyıq. Yaşayaraq göstərməliyik uşaqlarımıza. Bizdən bir şey istədikləri zaman " yox” sözünü izah edə- edə deməliyik. Başa düşməlidirlər necə " yox” demək lazımdır. Və ən əsası bu sözü eşidəndən sonra şüvən salmamalıdırlar. Necə " Yox " demək bir mədəniyyətdirsə, bu sözü eşidəndən sonra vaz keçməkdə o cür mədəniyyətdir. Bunun üçün uşaq nə qədər ağlasa da yumşalmamalıyıq. Bu gün bir oyuncaq üçün ağlayan uşaq sabah, qadın üçün ağlayacaq. Yazıq qadın nə qədər " yox” desə də əl çəkməyəcək.

Oxumuruq, düşünmürük və nəticə olaraq bir- birimizə olan davranışlarımızda kobudluqlara yol veririk. İnsan- mədəni bir insan hər hərəkətini düşünərək etməli, qəlb qırmadan işlərini görməlidir.

Bu qədər...

 

Tural Sahab