Türkdilli televiziyalar birlik yaratdı

Türkdilli televiziyalar birlik yaratdı

Türkiyənin Rizə şəhərində 30-dan çox ölkəsındən 70 nümayəndənin iştirak etdiyi Türk Dövlət və Topluluqları Yerli və Regional Televiziyaları Konqresində türk dünyasının elektron kütləvi informasiya vasitələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanın televiziya kanallarının nümayəndələrinin də iştirak etdikləri konqresdə qəbul olunmuş yekun sənəddə Türk Dövlətləri və Topluluqları Yerli və Regional Televiziyaları Birliyinin yaradılması qərara alınıb.

Türkdilli ölkələr arasında müştərək proqramların hazırlanmasına dair TRT Avaz kanalının başladığı iş bu yeni qurum tərəfindən davam etdiriləcək.

Birliyin www.turkvizyon.com və www.turkvizyon.org.tr internet saytları da açılacaqdır.