Ulduz Zeynalova. Taleyin ağ və qara üzü

Ulduz Zeynalova. Taleyin ağ və qara üzü

Ulduz Zeynalova.

"Gücümü bərpa etməyə bir parça çörəyim belə yoxdur”  - Taleyin ağ və qara üzü.

 Pol Qoqen haqqında

Qoqenin həyatı bir qaçış idi – Sivil həyatdan maniakal bir qaçış. Pol Parisdə anadan olmuşdu, 7 yaşına kimi, dayısının ,Peruanda yerləşən igamətgahında tərbiyə almışdır. O buranın ekzotik təbiətini sevmiş, ritmli həyatının və buradakı insan sadəliyinin vurğunu olmuşdur. Beləliklə 1855-ci ildə anasıyla geriyə dönən Pol üçün fransa, heç də doğma olmadı. Elə buna görə də rəssam, uzaq ölkələri səyahət edirdi.
Onun  47 yaşı olanda (1895-ci il) qərara gəlir ki, həmişəlik Poleneziyaya, Taiti adalarına köçsün.
O bu adada rahatlıq tapmır və çox əziyyətlər çəkir. Qoqen burada müstəmləkə administratoru ilə dalaşır, ona görə də burada işə düzələ bilmir. Yığdığı pullar tez bir zamanda qurtarır. Pola yalnız bir yol qalır, rəsm çəkib satmaq ümüdiylə Fransaya göndərmək. Burada metsenatlar Qoqenin işləriylə elədə maraqlanmırdılar, ona görədə Qoqen borca yüklənir. Onun sağlamlığında da problemlər yaranmağa başlayır: ayaqlarında iltihabi prosesi gedir, ürəyi ağrayır, gözündə koniktivit, dəri xəstəliyi və qan qusması kimi xəstəlikələrə düçar olur. Baş gicəllənməsi onu işləməyə qoymur.
"Gücümü bərpa etməyə bir parça çörəyim belə yox, - Pol öz tanışı olan Daniel Monfredə 1897 –ci ilin payızında yazırdı. Özümü su ilə saxlayıram, hərdən yava və manqo meyvələri yeyirəm, bir də şirin suda yaşayan xırda xərçənglərlə qidalanıram. Qoqeni depressiya boğurdu, o özünü öldürməyə qərar verir. 

Amma ölümdən qabaq o, bir rəsm çəkmək istəyir, elə bir rəsm ki, vəsiyyətnamə kimi qalsın.

"Mən fikirləşirəmki, - rəssam  Monfredə müraciət edirdi – bu kətan əvvəlkiləri geridə qoyacaq...Mən bu rəsmə bütün enerjimi və bütün ehtirasımı qoymuşam.” 1897-ci ildə dekabrın axırlarında " Hardan gəldik? Biz kimik? Hara gedirik?” əsəri yaranır. 1898-ci ilin yanvar ayının əvvəlində Qoqen zəhər qutusunu götürüb dağlara gedir. Orda  ölməyə qərar verir.
1898-ci ildə elə bil Qoqenə talehin rəhmi qəlir: yaratdığı əsərləri asta-asta satılmağa başlayır. Dövlət  idarəsində kargüzarlıq işinə düzəlir, gözündəki konyuktiviti sağalır – o, bütün boş vaxtlarını malbert qarşısında keçirir. Yaradıcılığının yeni etapı başlayır.
Qoqen, bir sıra silsilə rəsm əsərləri yaradır – tematik yaxın olan  "Hardan qəlmişik? Biz kimik? Hara gedirik?” əsərinə tematik cəhətdən yaxın, lakin ondan fərqli və dahada işıqlı.
 "Hardan qəldik? Biz kimik? Hara qedirik?”rəsminin xüsusiyyəti ondadır ki, bu əsər soldan sağa yox, sağdan sola (oxunur) kabbalistik yazılar kimi.

Pol Qoqen sirrlərlə,miflə çox maraqlanırdı. 

1.Yatmış uşaq – Yer üzünə gəlməmiş insan ruhunu simvolizə edir. Sənətşünas Marina Prokofyevanın dediklərinə görə ,”Qoqen mistikaya inanırdı və sufiliklə maraqlanırdı. O fikirləşirdiki,insan ruhları dünyaya gəlməmişdən uşaq cildində göylərdə olur”.
2. İt – Bədbəxtliyi simvolizə edir.İnsanların bədbəxtliklərini öncədən xəbər verir.
3. Üç qadın – İnsan ruhunun cismani pərdədə gəlişinə simvolizə edir və özünüdərketməyə can atır. "Bu qadınlar özünütənqiddə batıb qalmırlar, özlərindən şübhə etmirlər, fikirləşmədən özlərini maddi-təminatın xoşbəxtliyinin ixtiyarına verirlər” – Marina Prokofyeva belə söyləyir.
4. Kişinin ağacdan yaxşılıq və pislik meyvəsini dərməsi – İnsanda kainat sirrinə qarşı oyanma anlayışını simvolizə edir.
Bir sufi kimi Qoqen bilirdiki dünyanın yaranma sirrinə həvəs insanda əvvəlcədən var idi, kimisində bu həvəs  oyanırdı, kimisində isə yox.
5. Əli başında olan insan fiquru – Burada Qoqen insanın ikinci bilik mərhələsini canlandırır, "lənətəgəlmiş suallar”a cavab tapmayanda ümüdsizlik yaranır.
6. Qırmızıda olan iki insan fiquru – " Marina Prokofyeva danışır – Qoqenin çəkdiyi rəsmdə , insan ruhunun üçüncü mərhələsini canlandırır,orda insan təhlil etmək bacarığını əldə edir. Burada iki müdrik insan bir - birlərinin fikirlərini yoxlayırlar.
7. Quş – Mənəvi yolu simvolizə edir.Qoqen bunu qədim misir incəsənətindən götürmüşdür.
8. Qara geyimli qadın – biliyin ən yüksək mərhələsini simvolizə edir və o yer kürrəsinin təcəssümünü dərk etmə dərəcəsinə çatır. Ruhun məğzi ondadırki, o əzab və iztirabla özünü möhkəmləndirir. " Qara geyimli qadın kədərlidir,lakin o təmkinlidir – Prokofyeva bunu vurğulayır, ona aydındırki, əzaba məhkum olmuş insanları bu dünyada gözləyən, onların seçdiyi dini yol, ardıyca isə qəbr mükafatı – fərəhli dinclik”. 
9. Çeşmə - əbədilik simvolu.
10. İlahi heykəl – qöylərdə ruhu xilas edib, dirilməsini canlandırır.
11. Yeniyetmə fiquru – Mayalanma dərəcəsinə çatan, özünüdərketməyə can atan və açıqlaya bilməyən, ancaq bədən həyatı ilə tanış olan ruhlara simvolizədir.
12. Keçi, pişik balası və küçük – Bu Qoqenin sözlərinə görə, qayğısız yaşamın, maddi təbiətin hökmranlığına, mənəvi əziyyətin olmadıqlarına simvolizədir.
13. Çılpaq qadın – Hiss edilən həzz və maddi həyat ardınca qaçanlara simvolizədir.
14. Qarı – Bədəni ölümə məhkum etməyə simvolizədir. " Onun inkişaf etməyən ruhu – Marina Prokofyeva deyir – formasızlığa məhkum olunacaq, o əziyyətin nə olduğunu bilməyəcək, sevinc hissidə ona yad olacaq”.
15. Caynağında kərtənkələ olan quş – Qoqenin dediyinə görə bu ölüm saatından qaçılmazlıq simvoludur.
16. Fransız dilində rəsmin adı – D ou venons? Que sommes nous? Ou allons nous? Hal hazırda bu rəsm əsəri Amerikada (Boston) zərif incəsənət muzeyində saxla