Uşaqlar üçün yeni kitab -

Uşaqlar üçün yeni kitab - "Balaca Günəş"

Bu günlərdə uşaq yazarı Mina Rəşidin "Balaca Günəş" adlı şeirlər kitabı işıq üzü görüb. 

Yarpaq.Az-ın verdiyi xəbərə görə, kitab uşaqlar üçün şeirlərdən ibarət olub müxtəlif yaş qruplarını əhatə edir. 

Şeirlər üç hissədə - "Sən mənim Vətənimsən", "Ayaqqabı adası" və "Mənim Qiyaslı kəndim" başlıqları ilə oxucuya təqdim olunur.

Qeyd edək ki, kitab "Vektor" Beynəlxalq Nəşrlər Evində   təmənnasız olaraq çap edilib. 

Kitabın "Balalarımıza Qarabağ nəğmələri" adlı ön sözünün müəllifi həmin nəşriyyatın rəhbəri, şair, professor Elçin İsgəndərzadə, redaktoru tanınmış uşaq yazarı Sevinc Nuruqızıdır.