Valideynlər bu sözləri övladlarına mütləq deməlidir - 7 KƏLMƏ

Valideynlər bu sözləri övladlarına mütləq deməlidir - 7 KƏLMƏ



Bu o demək deyil ki, siz hər gün bu sözləri tutuquşu kimi uşaqlarınıza təkrar deyəsiniz. Sadəcə, yeri gəldikcə və əlverişli şərait yarandıqca bunu övladlarınıza eşitdirməyiniz məsləhətdir. Ən başlıcası, bunu sadəcə söz xatirinə deməyin, onlara bu sözlərin arxasında nələrin dayandığını hiss etdirin.

1. "Sənə inanıram"

Bir qadının başına gələn hadisə bu mövzu üçün çox gözəl nümunədir. Bir gün qadın 3 yaşlı balaca oğlunu qucağına alıb deyir: "Mən sənə inanıram". Əslində, bir söz bumeranq kimi tezliklə onun özünə qayıdır.

Bir gün o, nə qədər axtarsa da  mənzilin açarlarını tapa bilmir. Bundan təngə gələn qadın yorğun halda divana əyləşir ki, eh, nə edim, tapılmır, tapılmasın. Qəfil o, hiss edir ki, kimsə ayaqlarını dartışdırır: "Ana can, sən açarları tapacaqsan. Mən sənə inanıram!"

Bu söz sanki anaya yeni ruh verir və ayağa qalxan kimi komodun qapısını qaldırır - Evrika! Açarlar tapıldı.

Əlbəttə, "Sənə inanıram!" kəlməsi insanın daxili motivasiyasının yüksəlməsində mühüm rola malik çox sehirli sözdür.


2. "Heç vaxt təslim olma!"

Bu ifadədən istifadə etməklə uşağınızı ruhlandırıb vəziyyəti dəyişdirmək imkanına malik ola bilərsiniz. Amma bu fraza ədalı tonda, həm də arxasında nələrin dayandığını izah etməklə balalarınıza çatdırılmalıdır. Bu zaman valideyn vəziyyətdən çıxış yolu axtarmağa öz övladını sövq edəcək.

Misal üçün, 3 yaşlı oğlu ilə oyun-tapmaca üzərində baş sındıran ananı nümunə çəkək. Onlar bir yerdə pazlları yığarkən balaca səylə bir pazlı şəkilin uyğun olmayan yerinə yerləşdirmək istəyir və bunu təkrar edir: "Heç vaxt təsim olma! Heç vaxt təslim olma!" 

Ana ona düzəliş verir: "Sən təslim olmamalısan, amma ola bilər ki, indi sən nəyisə düşgün eləmirsən. Belə olan halda sən dayanmağı bacarmalısan və yeni yol axtarmalı, strategiya hazırlamalısan. Əgər sənin bütün səylərinə baxmayaraq heç nə alınmırsa, ruhdan düşməməli, tamamilə fərqli və yeni yol axtarmalısan ki, arzu etdiyin nəticəyə nail olasan".

Uşaqlar təslim olmamağı öyrənməlidirlər, eyni zamanda onlara  yeni yollar axtarmağa meylli olmasını da izah etmək vacibdir.


3. "Yaşadıqca öyrənirik"

Sizin övladlarınız anlamalıdırlar ki, çətinliklər və səhvlər - həyatın qaçılmazlarıdır və bu, çox normal haldır.  Valideynlər öz uşaqlarına hər xırda səhvə görə dilxor olmamağı öyrətməyə çalışmalıdılar. Bunu sadəcə onlara məğlubiyyət anlarında xatırlatmaq lazım deyil, həm də çox vacib, həyatları ilə bağlı mühüm qərarlar aldıqları zamanlarda da onların yadına salmaq lazımdır ki, insanlar yaşadıqca həm də öyrənir və hər şeyə görə dilxor olmaq lazım deyil.


4. "Hər bir peşəkar nə vaxtsa şagird olub"

Zaman keçdikcə, övladınız bu gün ətrafdakı adamların əksəriyyətinin heç də öz həyat yollarının əvvəlində belə olmadıqlarını dərk etməlidirlər.

Qoyun, sizin övladlarınız "Səhv etmək - bu, normal haldır, məğlub olmaq - bu, normal haldır və  mübarizə aparmaq - bu da normal haldır" kimi mühitdə böyüsünlər. Normal olmayan odur ki, uşaq səhv, məğlubiyyət və mübarizənin daim onu təqib etdiyini düşünsün. Övladlarınız bütün bunların öz niyyətlərinə çatması üçün sadəcə bir körpü rolunu oynadığını dərindən anlamalıdırlar.


5. "Məğlubiyyət - bu, seçim deyil"

Siz öz uşaqlarınıza bu ifadənin nə məna kəsb etməsini izah etməyə çalışın. Onlara başa salın ki, öz niyyətlərinə çatmaq üçün  istənilən təcrübəni dərs kimi qəbul etmək, həm də bu məğlubiyyətdə "dərslik" üçün yeni imkanlar və yeni yollar görməyi bacarmalıdırlar. Məğlubiyyət heç vaxt seçim deyil.

Seçim - bu öyrənmək, böyümək, boy atmaq və tutuduğunu buraxmamaqda inadkar olmaq deməkdir.


6. "Sən hər bir göynəmədə və hər bir sıyrıntıda öyrənməlisən"

Hər dəfə övladınız nəyisə düzgün etməyəndə, yaxud xoşagəlməz vəziyyətə düşəndə ondan bu dəfəki təcrübəsi zamanı nə öyrəndiyini soruşun. Onunla bu barədə söhbət etməyə başlayın, onlara izah edin ki, biz hamımız öz səhvlərimizdən  - hər dəfə yıxılan zaman dizlərimzidə açılan sıyrıntılardan, göynəmələrdən öyrənirik.


7. "Sən təhlükəsizlikdəsən. Sən sevgi və qayğı ilə əhatə olunmusan"

Öz uşaqlığınızı - təhlükəsizlikdə olduğunuzu, sevgi və qayğı ilə əhatə olunduğunuz çağları xatırlayın. Uşağı əhatə edən bu an sakitlik, istilik, harmoniya yaradır.

Əlbəttə ki, uşağın sevgi və qayğı ilə əhatə olunmasını bilməsi özünü təhlükəsizlikdə hiss etməsi üçün çox lazımdır. Bu, onun özünə verdiyi dəyəri artırır, ona güclü və mərd olmasına yardım edir.

Hər axşam öz balaca dəyərli varlığınızı yatmağa yola salanda bu sözləri təkrarlamağı unutmayın: "Sən təhlükəsizlikdəsən. Sən sevgi və qayğı ilə əhatə olunmusan". Bu cümləni həssaslıqla, sevgi ilə deyin. Qoyun o yadda saxlasın ki, hətta böyüyəndə belə o, bu hisslərdən məhrum olmayacaq. Bu sözləri ona elə tərzdə çatdırın ki, hətta həyatlarının ən ağır anında - stressli, çətin vəziyyətdə belə bu sözlər onların yadına düşsün.


Hazırladı Nuray