“Vaqifə 40 dua” kitabı işıq üzü gördü

“Vaqifə 40 dua” kitabı işıq üzü gördü

"Hədəf” Nəşrlərində  Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş "Vaqifə 40 dua” adlı şeirlər kitabı işıq üzü görüb.

Ədəbiyyat.biz-in verdiyi xəbərə görə, kitabda qırx şairin şeirləri toplanıb.

Kitabın ön sözün müəllifi Rüstəm Behrudi, redaktor Şəmil Sadiq, naşiri isə Müşfiq XANdır.

Kitaba Rüstəm Behrudinin yazdığı  "Ön söz”dən:

"Allah, məni yarı öldür, yarı saxla anlamağa!”…

Vaqif, adamın özünə özündən başqa özü kimi kim ağlaya bilər ki?!

Ancaq sən istisnasan! Vaqif!

Ölümün 40-cı günü nağılların 40-cı otağının sirri kimidi. Ondan o yana sirr içində sirdi hər şey, Vaqif.

Ölümün 40-cı günü 40 qələmdaşın, 40 dua ilə gəlib hüzuruna. Qoy bu dualar Tanrının hüzurunda ruhuna yardımçı olsun!

Vaqif! Sən Azərbaycan ədəbiyyatının tarixində tək və ilk şairsən ki, xalqın yaddaşında şair kimi yox, şeir kimi qalacaqsan".

Nəşriyyatın mətbuat xidmətinin verdiyi məlumata görə kitab Vaqifsevərlərə və oxuculara hədiyyə olunacaq.

Ədəbiyyat.Biz