Vəfa Zirəli -  Ölsəm Bağışla

Vəfa Zirəli - Ölsəm Bağışla


Soyuq oldu mənə,isindirin məni,

Gətir sərin mənə o ağ kəfəni.

Yandırın şamları baxın tüstümə,

Ölürəm anacan gəlmə üstümə.

 


Mən ölsəm gözlərim açıq qalmasın,

Bağla gözlərimi əlinlə ana.

Qoyma ana qohum-qardaş ağlasın,

Məzarım üstünü(...)kimsə bağlasın.

 


Çiçəkləri qoymayın solurlar axı,

Aparırlar məni dalımca baxın.

Qəbrimin üstünə şeir yazdırın,

Məzarı bir az da dərin qazdırın.

 


Bağışlayın görmədiniz toyumu,

Nəyləyim anacan getməliyəm mən?...

Xeyir-dua ver bağlama yolumu,

Cənnəti sevgiylə seyr etməliyəm.

 


Gedirəm ağ göylər aparır məni,

Unutmaram belə gözəl günləri.

Əzrail canımı niyə alıbdı?

Gözlərim anacan yolda qalıbdı.

 

 


Baxıram yuxardan ağlar gözünüzə,

Günahkar sanıram indi özümü.

Yaşayın hamınız,yaşamalısız siz,

Çünki bu dünyada siz tək deyilsiz.

Vəfa Zirəli