Viktor Tsoy həyatından yeni film gəlir

Viktor Tsoy həyatından yeni film gəlir

Yarpaq.az rus mətbuatna istinadən xəbər verir ki, əfsanəvi rok ifaçısı Viktor Tsoy haqqında rejissor Aleksey Uçitelin ekranlaşdırdığı filmin çəkilişləri başa çatmaq üzrədir.

 

Rejissor bu barədə mətbuata verdiyi açıqlamasında qeyd edib:

 

"Yeni bir filmin çəklişləri başa çatmaq üzrədir. Dünən son dəyişiklikləri etdik. Viktor Tsoyun ölümündən sonra baş verənlər haqqında daha çox məlumat verən "Tsoy" bədii filminə orijinal musiqini əlavə etdik”.

 

 


Filmin çəkilişləri Sankt-Peterburqda, Latviyada, Kalininqrad və Pskov bölgələrində baş tutub. Ssenari üzərində rejissorla birgə dramaturq Aleksander Qonorovski və gənc ssenarist Savva Minaev işləyiblər.

 

"Tsoy" filmi 22-26 iyun tarixlərində keçiriləcək Marche du Film kinoteatr bazarında təqdim ediləcək. Tədbir onlayn keçiriləcək.

 

Filmin prokata verilməsi 2020-ci ilin payızına planlaşdırılır.