“Xalq artisti adını verincə, bir quru otaq verəydilər

“Xalq artisti adını verincə, bir quru otaq verəydilər"

Bir neçə gün öncə avtobusdan yıxılaraq, xəstəxanaya yerləşdirilən xalq artisti Nuriyyə Əhmədovanın onurğa sümüyündə yaranmış sınıq onun, demək olar ki, həyatını iflic edib. Bacısı Mayaxanımın nəzarəti altında olan xalq artisti şəraitsizlikdən əziyyət çəkir.

Bacısının söylədiyinə görə, evi olmayan Nuriyyə Əhmədova kirayələrdə, bacı-qardaş evində yaşayır. "Nuriyyə küçələrdə qalıb. Lazımsız adamlara ev verirlər, amma 46 ildir sənətdədir, ona bir otaqlı mənzil də verilməyib. Normal adam kimi yaşamaq üçün ev istəyir”.

Bu barədə danışmaq istəməyən, ürəyində də problemlər aşkarlanan xalq artisti neçə ildir həkimlərin yazdığı müalicəni, şəraitsizlikdən və imkansızlıqdan yarımçıq qoyduğunu söyləyib.

"Xalq artisti adını verincə, bir quru otaq verəydilər, normal yaşayaydım. Məni, onsuz da xalq tanıyır”.

 
show.az