Xalq Əmanəti: Sevgi və Yaradıcılıq haqqında albom - FOTOLAR

Xalq Əmanəti: Sevgi və Yaradıcılıq haqqında albom - FOTOLAR

Azərbaycanın görkəmli rəssamları Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərindən ibarət “Rəngkarlıq və qrafika” albomunun təqdimat mərasimi keçirilib.

Kultaz.com-un verdiyi xəbərə görə, albom “Xalq” Bankın 2010-cu ildə başladığı “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunub.

“Rəngkarlıq və qrafika” albomu bu seriyadan nəşr olunan 5-ci kitabdır. Albom Xalidə Səfərova və Mahmud Tağıyev tandeminin yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edir və fırça ustalarının əsərlərini toplu halında sənətsevərlərə təqdim edir.

“Xalq Bank”ın mərkəzi ofisində keçirilən tədbirdə Azərbaycan Rəssmalar İttifqaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov, sənətşünas  Ziyadxan Əliyev, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, bəstəkarlar Xəyyam Mirzəzadə və Eldar Mansurov, Rafiq Hüseynov, xalq yazıçısı Söhrab Tahir və digər görkəmli mədəniyyət xadimləri iştirak ediblər.

Xalidə Səfərovanın və Mahmud Tağıyevin yaradıcığından danışan Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bu cür tədbirlərin keçirilməsini mədəni həyat üçün töhfə olduğunu deyib.

Sənətşünas Ziyadxan Əliyev bu iki rəssamın həyatın bütün sahələrində bir yerdə olduqlarını vurğulayıb, onların 55 il birğə ömür sürdüklərinə diqqət çəkib. Qeyd edək ki, albomda əks olunmuş “həyatda iki tükənməz xoşbəxtlik mənbəyi var – sevgi və yaradıcılıq” fikri də 55 illik birgə ailə və sənət həyatı sürmüş rəssamların yaradıcı kredosunu ifadə edir.

Albomda Xalidə Səfərova və Mahmud Tağıyev tandeminin yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edir və fırça ustalarının əsərlərini toplu halında sənətsevərlərə təqdim olunub.

Xatırladaq ki, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin ekspozisiyası “Xalq Bank”ın Baş Ofisində, oktyabr ayının 29-dan yanvarın 30-dək fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

“Xalq Əmanəti” layihəsi mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyır. Bu seriyadan olan kitablar hədiyyəlikdir və üç dildə – azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

[gallery columns="2"]