Xalq rəssamı Rasim Babayevlə bağlı görüş olacaq

Xalq rəssamı Rasim Babayevlə bağlı görüş olacaq

"YARAT” Müasir İncəsənət Mərkəzində "Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunacaq.

Görüş Azərbaycan təsviri sənətinin rəngkarlıq və qrafika sahəsində yüksək bədii təsir gücünə malik, bir-birindən maraqlı əsərlər yaratmış Xalq rəssamı Rasim Babayevə həsr olunacaq.

Görüşdə rəssamın sənət fəlsəfəsinə yaxından bələd olan, onun yolunu davam etdirən oğlu Elnur Babayev, sənətkarın həyat və fəaliyyətindən, sənət sirlərindən, daxili dünyasından danışacaq.