Xan Abdulla - Mədəniyyət və hürriyət

Xan Abdulla - Mədəniyyət və hürriyət

Qara-qara elektrik tellərində, sıra-sıra düzülərək, yorğun-yorğun qarğis tökən dərdsiz, qayğısız qarğalar qəfəsdən necə uzaqdır? Böyük quldur gəmisindən ayağına daş bağlanıb dənizə atılmış yazıq, əlləriylə saman gəzən nəfəsdən necə uzaqdır? Sözlərini əlləriylə yazan-düzən yalan söyləyə bilməyən ən xırdaca bir acı söz, söyüş, təhqir eşitməyən xoşbəxt və bakirə lal-kar o səsdən necə uzaqdir? Afrika ormanlarında ov ovlayıb quş quşlayan qanlı əti çiy-çiy yeyən elə hey özündən deyən lüt-üryan, qapqara zənci kitabdan necə uzaqdır? Ərəbistan çöllərində "Su... Su..." -deyə inləyərək zülüm çəkib həlak olan mənim Həsən və Hüseynim Gör, abdan necə uzaqdır? Gecə-gündüz bazlıq edən Vicdanını satıb gedən Tiryək atıb, şərab içən, Qüsulsuz, sünnətsiz kafir İmandan necə uzaqdır? Gecə-gündüz namaz qılan halal alıb, halal satan, oruc tutub zəkat verən, ayda bir yol Həccə gedən şeytandan necə uzaqdır? Acı toxa möhtac qoyan şah damardan yaxın olan bizə baxıb ləzzət alan insanı unudan tanrı insandan necə uzaqdır? BAX ELƏCƏ UZAQDASIZ MƏMLƏKƏTDƏN !



Xan Abdulla