Xəzər TV ilk canlı konsertini gerçəkləşdirdi

Xəzər TV ilk canlı konsertini gerçəkləşdirdi

Nərimanov parkında 4 saatlıq canlı bayram konserti maraqla qarşılandı

Xəzər TV dünən açıq havada ilk canlı konsertini  gerçəkləşdirdi. Kultaz.com-un verdiyi xəbərə görə, Nərimanov parkında saat 20-00-da başlayan və 4 saat davam edən bayram konsertindən canlı yayım uğurlu alınıb. Konsertin təşkilatçıları Xəzər TV və Nərimanov rayon İcra Hakimiyyəti olub.
Konsertdə ölkənin tanınmış müsuqiçiləri, sənət adamları iştirak ediblər. Ənənəvi konsertlərdən fərqli olaraq, bu dəfə konserti canlı olaraq izləyən şəhər sakinləri bir çox sürprizlərlə qarşılaşıb. Belə ki, təşkilatçılar musiqi ifa olunan səhnə ilə yanaşı ikinci bir səhnə də qurmuşdular. Burada milli geyimli qadınlar və xüsusi aşpazlar  Novruz şirniyyatları bişirir və tamaşaçılara paylayırdılar. Bundan əlavə, bir neçə yarışmalar da keçirilib ki, nəticədə bir neçə tamaşaçı bahalı hədiyyələr qazana bilib.