Xocalı soyqırımı haqqında postmodern roman - Türkiyədə çap olundu

Xocalı soyqırımı haqqında postmodern roman - Türkiyədə çap olundu

Türkiyədə İstanbul Universitetində "Radio Kino Televiziya” ixtisasında fəlsəfə elmləri doktorluğunu müdafiə edən gənc yazar Ziyad Quluzadənin və eyni adlı üniversitetin "Turizmin İdarəedilməsi” fakültəsində fəlsəfə elmləri doktorluğu müdafiə edən Dilbər Quliyevanın İstanbulda "Cinius” nəşriyyatı tərəfindən "Hocalının Kurdeleli Anahtarı” (Xocalının Lentli Açarı) adlı romanı çap olunub.

Qaynar.info-nun verdiyi xəbərə görə, roman İstanbuldakı Baş Konsulumuz Həsən Zeynalovun dəstəyi ilə işıq üzü görüb.

Roman erməni qəsbkarları tərəfindən Xocalıda törədilmiş bu soyqırımı psixoloji-postmodern ədəbiyyat prizmasından "Kollaj” və "dekonstruskiya” edilərək, tarixi hadisələrdə Kafka və klassik ədəbi qəhrəmanların da iştirak etdiyi bir tablo yaratmışdır.

Kitab Türkiyədə bir çox kitab mağazasında və aparıcı internet satış mağazalarında oxucuların ixtiyarına verilmişdir.

"1992-ci ilin soyuq fevral axşamı, cibindəki lentli açarıyla Eldar Kətik meşəsində qaçarkən sadəcə bircə şeyi düşünürdü...

Kafka, Xocalı şəhərindəki həmin kiçik otaqda nəyini unutmuşdu?

Ermənilər körpə uşaqları çox sevirlər. Bəlkə də ona görə Nigarın körpəsini iki hissəyə bölən Karo indi xoşbəxtdir.

"Qırmızı Şapqalı Qız” Maralın ən yaxın dostuydu. Mənim dostum isə Alis idi. "Möcüzələr Diyarından”... Onunla çox yaxşı yola gedirdik. Bircə cibimdəki lentli açar öz sehrini itirmişdi... Yoxsa ki, hövlnak evə qayıdar Karo adlı o erməniyə kiçik otaqdakı xəzinəni oğurlamaq üçün qapını qırmasın deyə xəbərdarlıq edə bilərdim.

O, gizli xəzənini tapıblarmı? Yoxsa, hələ də həmin kiçik otaqda mənim yolumu gözləyir?

Bu sətirləri oxuyan "Ey oxucu!” sən ermənilərdən eşitdinmi? Həmin kiçik otağı, mənim gizli xəzinəmi tapdılarmı?”

Edebiyyat.biz