Yeni estrada-simfonik orkestri yaradıldı

Yeni estrada-simfonik orkestri yaradıldı

Dekabrın 16-da Heydər Əliyev Sarayında yeni yaradılan estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Nazirlər Kabinetinin Qərarına əsasən 2014-cü il aprelin 1-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində estrada-simfonik orkestri yaradılıb.

Azərbaycan estradasının zəngin musiqi irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, estrada musiqisinin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, estrada sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə yaradılan orkestrin bədii rəhbəri, tanınmış pianoçu-bəstəkar Əməkdar Artist Salman Qəmbərov, dirijor Azər Allahverdiyevdir.

Orkestrin ilk təqdimat konsertində solistlərin ifasında orijinal əsərlər, məşhur və sevilən mahnılar səslənəcək.

Konsert Azərbaycan estrada musiqi sənətinin yeni bir mərhələsinin başlanğıcı olacaq, orkestrin fəaliyyəti isə bu janrın inkişafına töhfə verəcək.

Edebiyyat.biz