"YUĞ" teatrında yeni tamaşa

Dekabrın 13-də saat 18:00-da Azərbaycan Dövlət "YUĞ" Teatrında "Fəna” adlı yeni tamaşanın premyerası olacaq. Teatrdan verilən məlumata görə, tamaşa Orxan Fikrətoğlunun "İtki” hekayəsi əsasında hazırlanıb.
 
Tamaşanın quruluşçu rejissoru Mir Sahib, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatı Amid Qasımov, İffət Əsgərov, rejissor assistenti Qasım Nağıdır.
 
Tamaşada kişi rolunu Qasım Nağı, qadın rolunu Natəvan Qeybani, dost rolunu Oktay Mehtiyev, Fikrət rolunu isə Novruz Novruzlu ifa edir.

Edebiyyat.biz