Yurdaişıq -

Yurdaişıq - "Yuxunun sehrinde" (hekayə)

Ayaz bu gün yuxudan fikri dağınıq oyanmışdı. Yerinin içində bir xeyli oturub elə hey düşündü. Gördüyü yuxunu beynində çək-çevir edə-edə qulağı evdə, həyətdə hənirti axtarırdı. Bilmək istəyirdi ki, yuxudan ondan başqa belə tezdən oyanan varmı? Ağır-ağır yerindən qalxdı, geyinib həyətə düşdü. Bir az həyətdə o baş-bu başa vurnuxaraq, adəti üzrə ayaqyouluna, ordan hamama keçdi, yuyunub mətbəxə gəldi. Özünə çay süzüb, anasının axşamdan bişirdiyi kökələrlə içməyə başladı. Həmişə dadından doymadığı kökələri bu dəfə çox könülsüz yeyirdi. Fikri yenə gördüyü yuxunun yanında qalmışdı. Ayaz ovucunun içində çay stəkanını tutmuş halda fikrə daldı. Yuxusunu ən xırda detalına kimi yaddaşına qaytarırdı. 
Yuxuda yaxını qohumu olan Güləndam xalanı görmüşdü. O Güləndam ki, dayı qədər yaxın olan qohumuna ərə gələndə Ayazın yeddi yaşı vardı. Gözəl-göyçək Güləndam Ayazın çox xoşuna gəlmişdi. Uşaq ağlı ilə vurulmuşdu təzə qohumuna, həm də fəxr edirdi ki, qohumu nə gözəl qız alıb. İlk gündən balaca Ayaz Güləndama Güləndam xala deyirdi. Güləndam xala da balaca Ayazı çox sevirdi. Onlara gələn kimi Ayazı min dillə danışdırar, hədiyyə verib bu balaca uşağı sevindirərdi. Yazıq Güləndam hardan bilsin ki, Ayaz onu gizlincə sevir. Kiçik Ayazın bu sevgisi də qısa  müddətli oldu. Ayaz böyüdü, orta məktəbi bitirdi, hərbi xidmət çəkib, ali məktəbə qəbul odlu. Universiteti bitirdikdən sonra rayona dönən Ayaz işə qəbul oldu. Evlənmək fikrində olsa da hələ ruhuna uyğun yar tapa bilməmişdi. Evlənmədiyi üçün qohumlardan kimisi Ayazı danlayar, kimisi məsləhət verərdi. Hərdənbir Güləndam da başqa qohumlar kimi evlənmək məsələsindən söz salır, ərklə məhrəm zarafatlar edirdi. 
Bu günkü yuxu isə onu tamam sarsıtmşdı. Yuxuda görmüşdü ki, Güləndam xala ilə sevişir. Dəhşətli yuxu idi. 25 il bundan qabaq uşaq sadəlövhlüyü ilə sevdiyi Güləndamı. O Güləndamı ki, artıq 50 yaşlı dul qadın idi. Dörd qız anası olan Güləndam ərini üç il öncə itirmişdi. Yuxunun təsirindən ayılar ayılmaz xatırladı ki, dünən axşam Güləndam xalanı Bakıya həkimə aparmağa söz verib. Güləndam son vaxtlar diz ağrılarından şikayət edirdi. Ayaz əvvəl istədi ki, bu səfərdən imtina etsin. Sonra özünə təsəlli verib, əşi yuxudr da deyərək, geyinib-keçinib evdən çıxdı. İşlərin günortaya kimi nizama salıb, Bakıya çıxmalı idi. Günorta söz verdiyi vaxtda Güləndamın hüzurunda oldu. Tələm-tələsik yola çıxdılar ki, axşamın qaranlığına düşməsinlər. Güləndamın Rusiyada olan qardaşının boş evinə düşüb axşamlamalı, səhər tezdən isə həkimə getməli idilər. Nəhayət, Bakıya çatıb rahatlandılar. Ayaz axşam yeməyinə lazım olan ərzaqları almaq üçün həyətdəki marketə düşdü. Bir az alış-veriş edib geri döndü. Evə daxil olanda gördü ki, Güləndam dizdən olan qırmızı ev xalatında mətbəxdə çay dəmləyir. Qəribə bir duyğu Ayazın bütün bədənin bürüdü. Gözlərini Güləndamın dizlərinə zilləyərək dondu. Güləndam onun bu halını duydu, yaşına uyğun olmayan yeniyetmə qızlara məxsus işvəli bir baxışla onu süzüb dedi: 
-Əyləş, balam, indi sənə elə yemək hazırlayacam ki, dadı damağından getməsin. Elə bir yemək ki, heç gələcək arvadından da belə ləzzətli tam görməyəcəksən. Ayaz ciddi-cəhdlə gözlərini ondan yayındırmaq istəyirdi. Güləndam isə israrla bunun əksini istəyirmiş kimi davranırdı. Axşam yeməyini Ayaz necə yedi bilmədi, qəti tam hiss etmirdi. 
-Necədi Ayaz, xoşuna gəldi? Mənim kimi gözəl yemək bişirən arvad tapacaqsan? 
Bu cür eyham dolu zarafatlara  könülsüz cavab verən Ayaz tələm-tələsik yeməyini bitirib yan otaqa keçdi. Güləndam mətbəxdə yır-yığış etdikdən sonra əvvəlki naz-qəmzə ilə gəlib onun yanında əyləşdi. Baxmayaraq ki, əyləşməyə yer çox idi. Televizora baxmaq bəhanəsi ilə Ayazın uzandığı divana şərik çıxmışdı. İşıqlar da söndürmşdü ki, "qaranlıqda kinoya baxmağı sevirəm.” Tez-tez də çılpaq dizini "təsadüfən" Ayazın ayaqlarına toxundururdu. Ayaz isə əvvəl bir-neçə dəfə ayağını qarnına doğru geri çəkdi, sonra isə təslim olub ayaqlarına azadlıq verdi. Və bu "təsadüfi toqquşma” uçün səbirsizləşdi. Güləndam birdən üzünü Ayaza çevirib:
-Zəhirmar diz ağrılarım yenə başladı. Bir ovxalayan olsa, ağrısı səngiyərdi. Sən bacararsan?- deyə soruşdu.
 Ayaz əvvəl duruxdu, amma artıq yaşından çox cavan görünən bu qadın onun qarşısında uzanıb xalatını ətli buduna təraf sıyırmışdı.. Hər şey üçün gec idi artıq. Ayazın şəhvət hissləri, qohumluq duyğularına qalib gəlmişdi. 50 yaşlı gözəl isə pıçıltı ilə deyirdi, "yaxşıdı, bir az da yuxarını... bir az da... Nə yaxşı bacarırsan... Nə bacarırsan, et... Qurban sənə...” Yuxu reallaşdıqca, yuxudan daha şirin olurdu... Ayaz bu "yuxu"dan ayılmaq istəmirdi. Dayanmadan yuxulaşırdılar. Səhərisi gün həkimə getmədilər. Heç nə olmamış kimi evə döndülər. Sanki, bir-birindən xəbərsiz eyni yuxunu görmüşdülər. Heç özləri də özlərinin boynuna qoya bilməzdi ki, birlikdə eyni "yuxu”nu yatıblar. Ayaz maşını robot kimi sürürdü. Nə geri çevrilib Güləndam tərəfə baxırdı, nə də kəlmə kəsirdi. Gözünü qırpmadan yola zilləyərək elə hey srürüdü. Özü də bilmədən sürəti artırırdı. Sanki, kimdənsə, nədənsə qaçırdı. Bəlkə də gördüyü yuxudan qaçırdı. Bəlkə də yaşadığı yuxudan qaçırdı. Qaçırdı...