Yusif Hansen - Mən qaçqınam

Yusif Hansen - Mən qaçqınam

Mən qaçqınam. Şübhəniz var? Niyə? Sübüt edim? Edim də, avara insanam onsuz. Mən qaçqınam. Öz doğulduğu, böyüdüyü ölkəsində bir qramlıq (qramdan az ölçü vahidi tapmadım) hörməti olmayan, qalıq kimi hesab edilən bir qaçqınam. Hüquqları tapdalanmış, alçaldılmış, üstündən Babək prospektində tankla tapdalanmış qaçqınam. Evsiz, dostsuz, yaxınsız, yazıq bir qaçqın.

Nə edək, necə deyək bəlkə də alın yazımız bu. Alnımıza yazılıb ki, sən qaçqın olmalısan. O alın yazıma yazanı tutsam, bir çırpsam. Şərəfsiz, məni zibilə salıb.

Mən qaçqınam. Amma sabah qaçqın olmayacağıma söz verirəm. Dəyişəcəm həyatımı. Mən öz ölkəsində, paytaxt şəhərində doğulan qaçqın olmayacam. Mən, məni sevib qucaq açan bir ölkənin vətəndaşı olacam. Necə deyərlər, harda xoşbəxtsən ora vətənindir.

Deyirlər, ədalət kor ola bilər, axsaq ola bilər, amma gec-tez gəlib çatar. Mən bu gün deyirəm, o ədalət gəlib etməyəcək, çünki biz ona layiq deyilik. Biz alçalmağa layiq bir fərdlərik. Amma saxlayın qatarı. Mən düşürəm. Siz belə gedirsiz gedin. Mən paaaasss. Mən yad ölkədə süpürgəçi, ofisiant, bomj olmağa gedirəm. Qoy məni yadlar alçaltsın, söysün, döysün, təki bunu edən yadlar olsun, öz millətim yox daha. Amma, bir dəqiqə belə azad olum. Son anımda belə azadlıq qoxusunu duyum, hiss edim. Mənim qəlbim sizindir, əziz yadellilər!

 

 




Yusif Hansen