Yuxudan gec durur, narkotikdən istifadə edir, sekslə çox məşğul olurlar - ARAŞDIRMA

Yuxudan gec durur, narkotikdən istifadə edir, sekslə çox məşğul olurlar - ARAŞDIRMA

İndiki dövrdə ağıllı insanın göstəriciləri necədir? Ağıllı insan barədə düşünəndə, təsəvvürümüzdə kitabxanada oturub nəyisə öyrənən insan canlanır. Biz intellekti çox vaxt adamlardan qaçmaq və yaxşı davranışlarla əlaqələndiririk. 

Bəs əksi həqiqət olsaydı, necə? Əgər yüksək intellekti ilə seçilən kimsə valideynlərin heç cür qəbul edə bilməyəcəyi davranışlar göstərsəydi, buna münasibət necə olardı? Artıq dövr dəyişib, yüksək intellektli insan heç də həmişə oxumaqda və qaydalara riayət etməkdə maraqlı deyil. 

Bu, təəccüb doğura bilər, ancaq araşdırmalar göstərir ki, intellektli insanlar yuxudan gec durur, daha çox narkotikdən istifadə edir, daha çox sekslə məşğul olurlar. Bizim cəmiyyətimizdə (Böyük Britaniya - tər) yüksək  IQ-lü (aykü) insanlar nokturnaldırlar (gecə ayıq qalan), narkotiklərə meyllidirlər və aşağı IQ-lü insanlarla müqayisədə sekslə daha çox məşğul olurlar. 

Bizim intellekt və xarakter barədə düşüncələrimizi dəyişəcək tədqiqatın nəticələrini təqdim edirik:

 
1) İntellektuallar gecə bayquşlarıdır


"Şəxsiyyət və İndividual Fərqlər" (Personality and Individual Differences) jurnalında nəşr edilən araşdırmada tədqiqatçılar yüksək intellektli insanların təkamül baxımından tamamilə yeni xarakterlərə meylli olduğunu açıqlayıblar. Bu yeni xarakterlər təkamül nöqteyi-nəzərindən çox sərfəlidir, çünki bu bizim problemi həll etmək qabiliyyətimizi artırır, bizə yeni biliklər qazandırır və həyatımızı daha da yaxşılaşdırır. Bu sanki təbiətin daha da təkamül etməsi üçün özünü irəliyə itələməsi və yeni bir şey yaratmasıdır. Araşdırmaçılar bu nəticəyə gəliblər ki, intellektli insanlar nəinki daha çox liberal və azad düşücəlidirlər, onların həmçinin başqa cür yuxu rejimi var. 

Tədqiqat nəticəsində məlum olub ki, yüksək IQ-lü uşaq və yeniyetmələr normal intellektlilərə nisbətən yatağa 1 saat yarım, aşağı IQ-lülərə nisbətən isə yarım saat gec gedirlər. Səhər yuxudan duranda da bu rəqəmlər gec durmaqla - məntiqi ardıcıllıqla təkrar olunur. Bu məsələ həftəsonlarında da özünü göstərir. 

Etnoqrafik araşdırmanın nəticəsi: 

Ənənəvi cəmiyyətlərdə araşdırma aparan etnoqraflar bildirir ki,
nokturnal fəaliyyət dədə-baba mühitində çox güman nadir hadisə olub,
fərziyyə onu deməyə əsas verir ki, intellektli insanlar
aşağı intellektlilərə nisbətən daha çox nokturnal olublar. 

Araşdırmadakı əlaqə çox aydındır. IQ nə qədər yüksəkdisə, yuxudan daha gec duracaqsan. 20 000 insan arasında aparılan sorğunun nəticələri də bunu təsdiq edib. Əgər sənin uşaqların yuxudan gec durmağa vərdiş ediblərsə və bu vərdişdən xilas ola bilmirlərsə, ola bilsin, bu yaxşı əlamətdir. Özünü yuxudan "vaxtında" durmağa məcbur etməkdənsə, bu zaman ərzində daha yaradıcı bir şey elə. 


2) İntellektli insanlar narkotiklərə meyllidir. 
 

İntellektli insanlar təkcə gecə bayquşları deyillər, onlar həmçinin narkotikləri təcrübədən keçirməyi sevirlər. Çox çılğınca səslənir deyilmi? İlk dəfə eşidəndə mən də inanmaq istəməmişdim. Mən elə bilirdim ağılsız adamlar içkiyə və siqaretə meyllidirlər. Amma əgər ortalama götürsək, sən yüksək IQ-lü insansansa, çox güman narkotiklərə meyllisən. 

"Psychology Today"də yayımlanmış Milli Uşaq İnkişafı (National Child Development) mərkəzinin tədqiqatına görə, yüksək intellektli uşaqlar və yeniyetmələr aşağı intellektlilərə nisbətən gələcəkdə psixoaktiv nakrotiklərdən daha çox istifadəyə edirlər. Niyə? Çünki psixoaktiv maddələr təkamül baxımından yenilikdir və və bizim dədə-babalarımıza xas bir şey deyil. 

Böyük Britaniyada 2010-cu ildə nəşr edilmiş tədqiqatın nəticələri: 

Cins, din, məzhəb, ailə durumu, uşaqların sayı, qazanc, depresiyya,
həyatdan razılıq, doğularkənki sosial status, ananın təhsili,
atanın təhsili nəzərə alınmaqla keçirilən araşdımalardan sonra
məlum olub ki, 16 yaşına çatmamış yüksək intellektli Britaniya uşaqları
42 yaşına çatanda aşağı intellektlilərə nisbətən psixoaktiv
maddələrdən istifadə etmiş olurlar.

...uşaqlıqdakı ümumi intellektlə yetkin yaşda psixoaktiv maddələri
istehlak etmək arasında kəskin əlaqə var. Standart insanların,
kobud desək, onundan üçünü təşkil edən
"çox parlaq" (IQ səviyyəsi 125-dən çox) fərdlər "çox sönük"lərə
(IQ səviyyəsi 75-dən aşağı) nisbətən psixoaktiv maddələri istehlak etməyə meyllidirlər. 


2011-ci ildə Epidemologiya və Sosial Sağlamlıq Jurnalında (Journal of Epidemiology and Community Health) nəşr edilmiş başqa bir tədqiqat göstərir ki, uşaqlığından yüksək intellekti ilə seçilən insanlar yetkin yaşlarında narkotikləri, xüsusən marixuananı öz təcrübələrindən keçirirlər. 2012-ci ildəki başqa bir araşdırmadan sonra da eyni nəticə ortaya çıxıb, yüksək intellektli uşaqlar sonrakı həyatlarında marixuanadan, amfetaminlərdən, sehrli göbələklərdən istifadəyə meylli olurlar. 

 
3) İntellektli insanlar daha çox sekslə məşğul olurlar
 

Böyük Britaniyada aparılmış araşdırmalar göstərir ki, Oksord, Kembric kimi məşhur ali məktəblərdə oxuyan tələbələr digər universitet tələbələrinə nisbətən seks oyuncaqlarına daha çox pul xərcləyirlər. "Bunda çox güman yüksək intellekt nəticəsində yaranan açıq fikirlilik rol oynayır", - Bruklin, Villiamsburqdakı seks-şopda işləyən 23 yaşlı Annaliza Roys belə düşünür: "Mənim fikrimcə, açıq seks həyatı yaşamaq üçün insan özünü yaxşı tanımalı və məntiqli düşüncəyə sahib olmalıdır, bu da insandan müəyyən intellektual səviyyə tələb edir. Əgər biz emosional sağlamlıqdan irəli gələn və cinsi doqmalardan arınmış komplekssiz seks həyatından danışırıqsa, bu, intellektli insanlar məxsus keyfiyyətdir... Belə insanlar həyatın hər sahəsində zirvəyə toxunmaq istəyirlər, seksual xoşbəxtliyə nail olmaq da onların məqsədlərindən biridir". 

Bu, ən önəmli sosial tapıntılardan biridir: dünyanın bir çox elit ali məktəblərində oxuyan tələbələr də seks oyuncaqlarına daha çox pul xərcləyirlər. Belə çıxır ki, universitet nə qədər prestijlidirsə, tələbələri də daha çox sekslə məşğul olur. "The Telegraph" qəzetində yayımlanan məlumat, yüksək intellektin qızğın seks həyatıyla əlaqəli olması bir çox spekulasiyalara səbəb oldu. 

Hər il tələbələrinin seks həyatına ən çox pul xərclədikləri universitetlərin top beşliyi:

1) Kembric 
2) Oksford
3) Mançester
4) Lançester
5) York

(Britaniyanın ən prestijli universitetləridir - tər)


Bütün bunlar nə deməkdir?
 
Əlaqə səbəbiyyət deyil. Bu o demək deyil ki, yuxudan gec durmaq, narkotiklərdən istifadə etmək, seksə çox məşğul olmaq səni yüksək intellektli edəcək. Ancaq belə görünür ki, təbii olaraq yüksək intellektə sahib olan insanlar belə şeylər edirlər, çünki təbiətən bunlara meyllidirlər. Bəlkə buna səbəb onların açıq fikirli olması, düşüncə və həyat tərzlərinin üfüqlərini daha da genişləndirmək istəmələridir, yaxud bu, yeni bir şeyi sınaqdan keçirmək üçün bioloji tələbatdır. Ola bilsin, bu məqaləni oxuyanların bəziləri yuxudan gec durmaq və digər zövqlər barədə niyyətlənəcəklər. Bu o qədər də pis şey deyil, yüksək intellektli insan üçün bütün bunlar təbii səbəb-nəticə əlaqəsidir. Bu araşdırma bizim yüksək intellektli insanlar barədəki fikirlərimizi alt-üst edə bilər. Belə görünür, yüksək intellektli olmaq, həm də daha çox zövq-səfa sürmək deməkdir. Və mənim fikrimcə, bizim artıq köhnə stereotipləri qırmaq vaxtımız gəlib çatıb. 

Müəllif: Steven Bancarz

www.spiritscienceandmetaphysics.com

Tərcümə: Cavid

ANN.Az