Ziya Mehdıyev- Zaman avtobusu

Ziya Mehdıyev- Zaman avtobusu


kimisi ömürlük həbs cəzası 
aldığını, kimisi isə avtobusa 
xoşbəxt olmaq üçün mindiyini 
düşünür.Yerlərin bölüşdürülməsi 
də çox fərqlidir. Kimisi bir,kimisi 
bir neçə, kimisi isə, 
ümumiyyətlə,yer tuta 
bilməyib,ayaqüstə gedir.Fərqli 
olmayan bir şey var ki, biz- 
hamımız avtobusun hara 
getdiyini, ilk haradan gəldiyini, nə 
zaman və necə duracağını, 
düşəcəyimiz yerə nə qədər 
qaldığını və.s bilmirik.Bütün 
bunlar bir yana,sərnişinlərin 
çoxunu sürücünün kimliyi 
maraqlandırır.Avtobus biraz 
təhlükəli hərəkət edən kimi 
üzlərini kabinaya tutub müraciət 
(xahiş kimi) edirlər.Mən və bir 
neçə sərnişin sürücünün olub- 
olmaması haqda 
düşünürük.Bunu dilə gətirəndə 
digərləri deyir ki, bu boyda 
avtobus öz-özünə gedə bilməz. 
Oturacaqların arxasına yazılan 
yazılardan mənə məlum oldu ki, 
keçmiş sərnişinlər arasında da bu 
fikri müdafiə edənlər 
olub.Avtobusun tarixi haqda 
məlumat almağın yeganə yolu o 
yazıları oxumaqdır.Mənim 
fikrimcə, avtobus sadəcə şəhərin 
yollarından birində hərəkət 
edir.Bu yollardan çox 
olmalıdır.Əgər bu yollardan çox 
varsa,deməli, bizimlə protiv və 
paralel hərəkət edən avtobuslar 
var.Bu yollar birlikdə 
şəhəri,şəhərlər ölkələri,ölkələr 
planeti, planetlər kosmosu, 
kosmos da məchulu, o məchul da 
başqa bir məchulu(red.sadalama 
bitmədi sadəcə mənasız yerə 
uzatmıram) təşkil 
edir.Sistematikanı böyüdə 
bilmirik, çünki o məchulları 
təsəvvür edə bilmirik.Zənnimcə,ay­ 
ırdığım sistematik kateqoriyalar 
ayrı-ayrı fəzalarda 
mövcuddurlar.Necə ki,bu 
avtobusda hərəkət edən bir 
qarışqa bizə nisbətən maddi 
nöqtədir,eynilə biz də yola 
nisbətən,yol da şəhərə, şəhər 
ölkəyə, ölkə planetə, planet 
kosmosa, kosmos da məchula 
nəzərən qarışqa qədər kiçik 
fəzadır.Və sonsuzluq.Bizim 
neyronlarımız hələ bu qədərini 
təsəvvür edib,dərk edə bilir. 
Növbəti sərnişinlər bundan 
sonrasını-məchulları təsəvvür 
edəcəklər.Növbəti sərnişinlər 
demişkən avtobusda ciddi 
sərnişin sıxlığı var. Artıq nəfəs 
almaq da çətinləşib.Bir neçə yeri 
birdən zəbt edənlər bu haqda 
nəsə fikirləşirlər.Bu mövzu məni 
də düşündürür,ancaq yerimdən 
tərpənmək fikrim yoxdur.Çünki 
avtobus sürətlə gedir və mən onu 
kəşf etməmiş düşmək istəmirəm..

Ziya Mehdıyev