“Züleyxa gözlərini açır” serial oldu

“Züleyxa gözlərini açır” serial oldu

Tatar əsilli rus yazıçısı Gözəl Yaxinanın 2015-ci ildə çap olunmuş debüt romanı "Züleyxa gözlərini açır” əsasında çoxseriyalı bədii filmin çəkilişləri yekunlaşıb. Ekran əsərinin rejissoru Yeqor Anaşkin, baş rol ifaçısı isə Çulpan Xamatovadır. Film Rossiya 1 kanalında yayımlanacaq, hələlik premyeranın tarixi dəqiqləşməyib.

Qeyd edək ki, romandakı hadisələr 1930-cu illərdə cərəyan edir. Uzaq tatar kəndlərindən birində yaşayan Züleyxanın ərini öldürürlər, özünü isə yüzlərlə kəndli ilə birlikdə Sibirə sürgünə göndərirlər…

Artıq iyirmidən çox dilə tərcümə edilən roman, çap olunduğu il müəllifə İlin kitabı, Yasnaya polyana, Bolşaya kniqa kimi nüfuzlu mükafatlar qazandırıb.

"Züleyxa gözlərini açır” filminin çəkilişləri başlayandan üç həftə sonra, məşhur rejissor Aleksey Uçitel müəllifin ikinci əsərinin – "Mənim övladlarım” romanı əsasında film çəkəcəyini, artıq müəlliflik hüququnu aldığını xəbər vermişdi.