Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat edib.

Yarpaq.az xəbər verir ki, 85 yaşlı Məmməd İsmayıl ürək çatışmazlığı və yanaşı xəstəliklərdən əziyyət çəkirdi.

Şair "Ana əlləri”, "Dünyaya baxıram”, "Söz vaxtına çəkər” kimi şeirləri, "Xalq nəğmələri”, "Sazın söz karvanı”, "Yoxun Varlığı” kimi kitabları ilə tanınıb.

***

Mərhumun qızı İntizar İsmayıl atasının bu gün Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində bir təpənin üzərində dəfn ediləcəyini deyib:

"Buranı özü öncədən vəsiyyət etmişdi. Valideynləri də həmin qəbiristanlıqda uyuyurlar".

Allah rəhmət eləsin!