
Daltonik dostum dörd rəng olduğunu deyirdi göy qurşağında... - Minimalist şeirlər
Poeziya
- 09.05.2020
- 0 Şərh
- 5018 Baxış
Yarpaq.az Rauf Ranın minimalist şeirlərini təqdim edir.
Dualizm
daltonik dostum
dörd rəng olduğunu
deyirdi göy qurşağında,
mən isə elə bilirdim,
daltonik olduğu üçün
belə deyir.
Apriori
kəkələmədən təkcə
kəkəmə olduğumu
deyə bildiyimi
kəkələmədən deyə
bilmirdim.
Natürmort
ailə şəkli çəkmişdim
qələmlə,
rəngləməmişdim.
Definisya
oyuncağım sınanda ağlamağımla
anam öləndə ağlamamağımın
fərqini tapmışdım.
Kulis
kar və lal
doğulan oğlum
mənə yox,
qardaşına nifrət edirdi.