
Fernando Pessoa. Tütün dükanı
- 22.02.2020
- 0 Şərh
- 2020 Baxış
Fernando Pessoa
(Alvare de Kampuş)
Tütün dükanı
Mən heç
kiməm.
Heç
vaxt heç kim olmayacağam.
Kimsə
olmağı arzulaya da bilmərəm.
Amma
dünyanın bütün xəyalları məndədir.
Otağımın
pəncərələri,
Mənim –
kim olduğu bilinməyən dünyadakı milyonlarla adamdan biri olan mənim
(Əgər
bilsəydilər də, nə biləcəkdilər ki?)
Otağımın
pəncərələri,
Bütün
günü adamların dolaşdığı küçənin sirrinə açılır –
Nə qədər
çalışsan da, bir dəfəyə keçə bilməyəcəyin küçənin,
Mümkün
olmayacaq qədər real, təsəvvürə gəlməyəcək qədər sirrli küçənin.
Burda
daşların və adamların dalında tapmaca var,
Ölüm
divarlara kif, birçəklərə çallıq gətirir,
Hər
şeyin arabasını Heç nəyə sürür Tale.
Bu gün
həqiqətə çatmış adam kimi məğlubam.
Bu gün
ölüm ayağında olan adam kimi nur saçıram.
İtib
qohumluq əlaqəm ətrafdakı hər şeylə,
Bir
qatara dönür elə bil bu ev, bu küçə,
Tərpəniş
fiti çalınır başımın içində,
Əsəblərim
titrəyir, sümüklərim qıcırdayır.
Nəyisə
axtarıb tapmış və unutmuş biri kimi çaşqınam bu gün.
Parçalanmış
kimiyəm bu gün.
Qarşı tərəfdəki
Tütün dükanı həqiqidir,
İçimdəsə
hər şeyin xəyal olduğu hissi var.
Heç nədə
bəxtim gətirmədi.
Bəlkə də
məqsədim olmadığı üçün belə oldu,
Amma bu
o qədər də vacib deyil.
Mənə nələrsə
öyrədirdilər,
Mənsə
evin arxa pəncərəsindən tullanıb
Böyük xəyallarla
getdim düzənliklərə.
Amma
orda sadəcə ot və ağaclar vardı,
Rastıma
çıxan adamlar da bir-birinə oxşayırdı.
Pəncərədən
aralanıb stulda otururam. Nə fikirləşim?
Nə
olduğumu bilmədiyim halda, nə olacağımı
hardan bilə bilərəm?
Təsəvvür
etdiyim kimi biri olmaq? Axı mən cürbəcür şeylər təsəvvür edirəm.
O qədər
çox adam var ki, eyni şey olmağı arzulayır. Bu isə mümkün deyil!
Dahi? Məhz
bu an
Minlərlə
beyin mənim kimi dahi olduğunu fikirləşir,
Və
tarix özündə saxlamayacaq bəlkə heç birimizi. Kim bilə bilər bunu?
Və gələcək
qalibiyyətlərdən sonra peyindən başqa heç nə qalmayacaq.
Yox,
yox, mən özümə inanmıram.
Dəlixanalarda
özündən əmin o qədər ağıldankəm var ki!
Heç nədən
əmin olmadığım halda, onlardan daha həqiqiyəm, ya yox?
Yox,
heç özümdən də əmin deyiləm…
Hazırda
dünyanın çardaqlarında və çardaq olmayan yerlərində
Oturub
xəyal quran dahi nə qədərdir görəsən?
Yüksək,
xeyirxah və ziyalı əməllər –
Hə, həqiqətən
də yüksək, xeyirxah və ziyalı –
Və bəlkə
də haçansa yerinə yetəcək o əməllər,
Və ya
heç vaxt gün işığına çıxmayacaq, insan qulağına dəyməyəcək?
Dünya
onu fəth etmək üçün doğulanlarındır,
Onu fəth
eləməyi arzulayanların yox – buna gücləri çatsa da.
Mən
Napoleonun bacardığından daha çoxunu xəyal etdim.
Mən Məsihdən
daha çox insanlıq qucaqlayıb sıxıram sinəmə.
Heç bir
Kantın düşünə bilmədiyi qədər dərin fəlsəfə fikirləşirəm.
Amma
hazırda çardaqdayam – bəlkə də həmişə belə qalacağam –
Çardaqda
yaşamasam da.
Həmişə
bunun üçün doğulmayan olacağam,
Həmişə
sadəcə bacarığı olan, amma eləməyən biri olacağam.
Həmişə
qapısız divarın yanında qapının açılmağını gözləyəcəyəm.
Həmişə
toyuq hinində Əbədiyyət nəğməsini oxuyan
Və
quyunun dibində Tanrının səsini eşidən olacağam.
Özümə
inanırammı? Yox, nə özümə, nə də başqa bir şeyə.
Qoy Təbiət
töksün başıma
Günəşini,
yağışını, saçlarımı qarışdıran küləyini,
Və gələcək,
gələ biləcək, gəlməyəcək başqa nəyi varsa.
Ulduzların
zəif ürəkli nökərləri,
Biz
dünyanı yuxuda olanda fəth elədik.
Oyananda
gördük ki, dünya qaranlıqdır,
Yerimizdən
durduq – dünya yaddır,
Evdən
çıxdıq – dünya hər şeydir
Günəş
sistemiylə, Süd yoluyla, Əbədiyyətlə bir yerdə.
(Şokolad
ye, balaca qız,
Şokolad
ye!
Bax,
dünyada şokoladdan başqa metafizika yoxdur.
Bax,
heç bir din şirniyyatçının öyrətdiyindən daha çoxunu öyrətmir.
Ye,
çirkli balaca qız, ye!
Kaş mən
də şokoladı sənin kimi həqiqi yeyə biləydim…
Amma
fikirləşirəm və gümüşü cığ-cığ kağızı yerə atıram,
Eynilə
həyatımı yerə atdığım kimi.)
Amma
heç olmasa heç nə olmamağımın acısından bir şey qalır,
Bu
şeirlərin kalliqrafiyası –
İmkansızlığa
giriş.
Gözyaşısız
haldan başa düşmə həsr edirəm özümə,
Çirkli
paltarlarımı atıram yerə xüsusi hərəkətlə
Və evdə
köynəksiz qalıram.
(Sən,
ovudan, var olmayan və məhz buna görə də ovudan,
Ya
canlı heykəl kimi düşünülmüş Yunan tanrıçası,
Ya həddindən
artıq xeyirxah romalı xanım,
Ya gözəl,
ehtiraslı trubadur şahzadəsi,
Ya
uzaq, dekolteli onsəkkizinci əsr markizası,
Ya
atalarımızın zəmanəsinin məşhur kurtizankası,
Ya da
müasir bir şey – nə olduğunu hələ dəqiq bilmirəm –
Nə
olursansa ol, amma mənə güc ver, məni həvəsləndir!
Ürəyim
boşalan qab kimidir.
Ruh
çağıranlar, ruh çağıranlar kimiyəm, özümü çağırıram,
Və heç
kimi tapa bilmirəm.
Pəncərəyə
yaxınlaşıram və küçəni aydın görürəm.
Dükanları
görürəm, səkiləri görürəm, yoldan keçən maşınları görürəm,
Bir-birinin
yanından keçən paltarlı canlıları görürəm,
İtləri
görürəm, onlar da mövcuddur,
Və
bütün bunlar sürgün əmri kimi yüklənir üstümə,
Və
bütün bunlar yaddır mənə, dünyadakı hər şey kimi.)
Yaşadım,
baxdım, sevdim, hətta inandım,
Və bu
gün, məhz mənim yerimdə olmadığı üçün qısqanmadığım bircə dilənçi də yoxdur.
Baxıram
dilənçilərin cır-cındırına
Və
fikirləşirəm: çox güman sən heç vaxt yaşamamısan, baxmamısan, sevməmisən,
inanmamısan
(Axı
bunları eləməmək, sadəcə görüntüsünü yaratmaq mümkündür).
Çox güman
sən kərtənkələdən ayrılan
Və kərtənkələnin
dalınca qıvrılan quyruq kimi mövcud olmusan.
Özümü
bilmədiyim bir şeyə çevirdim,
Amma eləyə
biləcəyim şeyə çevirmədim.
Səhv
kostyumu geyindim.
O saat
məni olmadığım biri kimi qəbul etdilər, mənsə səhvlərini düzəltmədim, əvəzində
özümü itirdim.
Maskamı
çıxartmaq istəyəndə,
O üzümə
yapışmışdı.
Maskanı
nəhayət cırıb güzgüdə özümə baxanda
Qocaldığımı
gördüm.
Sərxoş
idim, soyunmadığım kostyumu necə geyinəcəyimi bilmirdim,
Maskamı
cırıb
Zərərsiz
olduğu üçün gözətçinin göz yumduğu it kimi
Geyinib-soyunma
otağında yatdım.
Və
mövcud olduğumu sübut etmək üçün bu hekayəni yazacağam.
Tütün
dükanıyla üzbəüz dayanmaqdansa,
Tapmaq
istəyərdim yararsız şeirlərimin musiqili batinini –
Öz
yaratdığım şeyi.
Amma
Tütün dükanının sahibi gəlib dayanır qapıda.
Ona
baxıram başım gicəllənirmiş kimi ürək bulantısıyla.
O öləcək,
mən də öləcəyəm.
O
qapıdakı lövhəsini tərk edəcək, mənsə şeirlərimi.
Haçansa
lövhə də öləcək, həmçinin şeirlər də.
Sonra
lövhənin asıldığı küçə də öləcək,
Və
şeirlərin yazıldığı dil də öləcək.
Sonra
bütün bunların baş verdiyi planet də öləcək.
Başqa
kainatlarda, başqa planet sistemlərində adama oxşayan kimlərsə
Şeirə
oxşayan nələrsə yazmağa davam edəcək, bu lövhəyə oxşayan bir lövhənin altında
yaşaya-yaşaya.
Həmişə
bir şey başqa şeyə qarşı olacaq.
Həmişə
bir şey o biri şey kimi yararsız olacaq.
Həmişə
mümkün olan şey mümkün olmayan şey kimi axmaqlıq olacaq.
Həmişə
- bu, həmişə - başqa bir şey, ya da – nə bu, nə də başqası.
Amma
bir kişi girdi Tütün dükanına (tütün almağa?),
Və həyat
həqiqiliyi gözlənilmədən tökülür üstümə.
Enerjili,
əmin, humanist şəkildə yerimdə dikəlirəm,
Və əksini
fikirləşdiyim bu şeirləri yazmaq qərarına gəlirəm.
Onları
yazmağı fikirləşə-fikirləşə siqaret yandırıram.
Və
tüstünü sümürə-sümürə fikirlərdən azad olmağın həzzini yaşayıram.
Tüstüyə
baxıram, həyat yoluma baxırmış kimi,
Həzz
alıram spekulyasiyadan azad olmaqdan,
Və başa
düşürəm ki, metafizika kefsizlikdən yaranır.
Sonra
stula yayxanıb
Davam
edirəm siqaret çəkməyə.
Tale
icazə verdiyi müddətcə siqaret çəkməyə davam edəcəyəm.
(Paltaryuyan
qadının qızıyla evlənsəydim,
Bəlkə də
xoşbəxt olacaqdım.)
Bunu
fikirləşib yerimdən dururam, pəncərənin qabağına gedirəm.
Kişi
Tütün dükanından çıxır (pulun qalığını şalvar cibinə qoyur).
Ah, mən
bu kişini tanıyıram: metafizikasız Estevesdi bu.
(Tütün
dükanının sahibi qapıya yaxınlaşır.)
Elə bil
nəsə hiss edib yuxarı baxır və məni görür.
Əliylə
sağol eləyir mənə, qışqırıram ki, Sağ ol, Esteves! Və kainat,
Qurulur
mənim üçün ideallarsız və ümidlərsiz və Tütün dükanının sahibi gülümsəyir.
15.1.1928
Tərcümə:
Həmid P.