
Marqaret Ətvudun şeirləri Cavanşir Yusiflinin tərcüməsində
- 02.03.2020
- 0 Şərh
- 2773 Baxış
YANMIŞ EVDƏ SƏHƏR
Yanıb
kül olmuş evdə səhər yeməyi.
Bildiyiniz
kimi: burda nə ev var, nə səhər
yeməyi,
amma hələ
də burdayam o vaxtdan.
Fincanın
içində cırmaq yerləri,
qaşıq
bir də,.. amma əriyib yoxa çıxıb
elə
fincan da;
ətrafda
kimsə yox.
Hara
getdi
qardaş,
bacı,
ata,
ana? Hara?
Bəlkə,
üz tutub sahil boyunca üfüqdb görünmbz
oldular,
paltarları
hələ də asılqanda,
boşqablar
hələ də su çanağının böyründə
düzülü,
köndələn,
hə,
odun peçinin o tərəfində
üstündə
torlu qara çaynik olan ocağın,
hər
şey, hər bir detal apaydın,
dəmir
fincan, kələ-kötür, üstü dalğalı güzgü...
Gün
yandırıcı, amma nəğməsizdir.
Göl
mavi, meşə tətikdə,
şərq tərəfdə
buludların karvanı
susqunca
qalxır, qara çörək misalı...
Müşəmbədə
burulğan görürəm, girdab yəni,
şüşələrdə
çat yerləri
o
işartılar… günəşin
istisi
düşür ordan oğrunca.
Ancaq təkcə
öz əl-ayağımı görmürəm...
Deyin,
bu bir tələdi, yoxsa xeyir-dua əlaməti,
hər
şeyin çoxdan bitdiyi evdə
özümü
görmək,
çaynik
və güzgü, qaşıq və qazança,
elə mənim
bədənim də
yoxdu
burda,
yəni o
zamankı bədənim,
elə
indiki cismim də...
O zaman
bu stolun arxasında təkcənə və
xoşbəxt
oturardım,
yalın
uşaq ayaqları taxta döşəmənin üzərində
(görürəm,
əlbəttə, dinməyin,)
yanmış
paltarlarımda, nazik yaşıl şortlarda...
Bir də
çirkli sarı tenniska –
artıq
mövcud olmayan
bir
ovuc külü
közərib
yanmış
köz-köz
olmuş canımı hələ də tutub saxlayan…
YUXU SÖZÜNƏ VARİASİYALAR
Sənə
yatarkən baxmaq istərdim,
Baş
tutmayacaq bir şeyə.
baxmaq
istərdim sənə
yatdığın
zaman. Səninlə
birgə
yuxulamaq, yuxuna
girmək
istərdim, onun sürüşkən qaranlıq
dalğası
başımın
üstündən keçirmiş kimi
mışıl-mışıl...
Səninlə
həmin şəffaf
mavi-yaşıl
yarpaqların həyəcandan
titrəşən
meşəsindən
keçərək
üzündən
su damcılayan günəşi və üç parça
ayıyla
birgə
enməli
olduğun mağaraya,
ən dəhşətli
qorxuna düşmək istərdim...
Sənə bu
gümüşü budağı
vermək
istərdim, bu kiçik ağ çiçəyi;
elə bir
söz ki, səni
yuxunun
tən ortasında qüssədən
qorusun,
düz
orda
baş verəcək
kədərdən, o uzun
nərdivan
boyu səni
izləmək,
ardınca
düşüb gəlmək istərdim
bir
daha, avar çəkib
səni
geriyə gətirəcək qayıq olmaq istərdim...
Sakitcə,
ehtiyatla,
yana
açılmış ovuclarında alov...
Mənimlə
birgə uzandığın yerdə
nəfəs
alıb-vermək kimi asandı hər şey...
Bir az
hava olmaq istərdim,
yalnız
bircə anlığa
nəfəsinə
dolam. Mən bax belə,
sezilməyən,
bilinməyən
bir şey olmaq istərdim.
SEVGİ SÖZÜNƏ VARİASİYALAR
Bu sözlə
biz
hər dəlmə-deşiyi
tıxamaq istəyirik, çünki
bu,
nitqdəki ipisti boşluqları doldurmaq üçün
ən
ideal bir ölçüdür.
Səhifədə
misralar arasında bir ovuc ürək – kül
olmuş...
Atlas
lentlə sarıyın, satışa qoyun, istəsəniz.
Onu
anketlərdəki boşluqlara sıxıb doldurun.
Dünyada
nə qədər jurnal
onunla
aşıb-daşır: götür, bədənini sil,
yaxud
şam hazırla özünə.
Sizcə
bu,
bir
parça cırıq kartonun altında ilbizlərin
cütləşməsinə
bənzəmirmi?
Alaq
otları da tamahkar sifətlərini bir-birinə
dirəyib
Bu sözü
qışqırıb dururlar:
sevgi,
sevgi! – deyə
əsgərlər
oxuyur,
par-par
yanan bıçqılarını havaya qaldıraraq.
Budur
Sən və
mən. Bu söz
çox qısadır
bizimçün,
ikicə
hecası var.
Deyən
kimi qurtarır, havası çəkilib gedir
ulduzlar
arasındakı işıqda batan
bizi öz
karlığında boğan
yarğanları
doldurmaq üçün.
İçində
itmək itsədiyimiz şey sevgi deyil,
ancaq
ondan başqası da yox. Daş kimi ağır
sakitliyin
içində
bu ikicə
saitdən biri səsləndimi,
intizarda
qalırsan
ağrın,
iztirabın,
nəfəs
alıb verincə,
yəni
barmağın
qayanın
bir yerinə ilişib qalıb,
tuta,
yaxud buraxa bilərsən...
KƏDƏRLİ UŞAQ
Kədərlisən,
çünki kədər var,
qəlbinlə
bağlı bir şeydi. Yaşınla bağlıdı.
Kimyadı
olan, bitən nə varsa,
psixiatra
get, yaxud həb iç,
ya da kədərini
gözü çıxmış gəlincik kimi qucaqla,
bas
bağrına.
Yaxşı,
bütün uşaqlar kədərlidir onsuz,
ancaq bəzisi
canını qurtara bilir bundan.
Barmaqlarını
qatdala, nə qədər xoşbəxtsən.
Ancaq ən
yaxşısı,
bir
şlyapa al.
Palto,
ya da ev heyvanı, hansı olsa.
Unutmaq
üçün oyna, rəqs elə.
Ancaq nəyi
unutmaq?
Kədərini,
kölgəni.
Başına
nə gəldisə,
evin
bağçasındakı qonaqlıqda gəldi.
Ora girəndə
pörtmüşdün, gün vurmuşdu sanki,
incə
ağzın şəkərə bulaşmış
şəridli
təzə paltarında
Üstündə
dondurma ləkəsi,
hamamda
özünə dedin ki,
mən
sevimli uşaq deyiləm.
Əzizim,
iş bu yerə
gələndə
işıqlar
sönür, dumansa qatılaşır
və sən
alt-üst edilmiş qəlbinin
tələsinə
ilişib düşəndə
odeyalın
altında, ya da yanan maşında
qırmızı
alov səndən keçib hər yana yayılanda
başının
düşdüyü asfaltı deşib gedəndə
ya döşəmə,
ya da balınc olsun,
bu,
bizdən biri olmayacaq;
yaxud
hamımız birdən düşəcəyik o oda.
POÇT AÇIQCALARI
Səni
düşünürəm. Başqa nə deyim?
Qarşı tərəfdə
palma ağacları
ilğımdır;
elə o çəhrayı qum kimi.
Əlimizdə
olan adi şeylərdir
sınmış
kola butulkası, bir də
ehtiyat
pivənin qoxusu
çox
şirin,
çürüntünün
lap dibindəki manqo kimi
bu da
var, əlbəttə.
Hava şəffaf,
tərdi, ağcaqanadlar
bir də
qoyduqları izlər; quşlar və efir.
Zaman
bura dalğalarla axır, xəstəlik kimi,
hər gün
bir az da becid, sürətli;
yuxarı
qalxıram, bunun adı oyanmaqdır,
Sonra
aşağıya, təlaşlı gecələrə, ancaq bir damcı
da irəli
getmirəm.
Xoruzların
banı
ta sübh
açılana qədər eşidilir,
sonra
uşağın ağlamaq səsi məktəb yollarını
cırmaqlayır.
Həbsxanada
iki məhbus
Başları
süngüylə qırxılıb... Bir də on yeşik
ətcəbala
cücə. Hər yaz gələndə
məktəbdən
düz kilsəyə qədər
şil-küt,
çolaq adamların qaçdı-qovdusu.
Bu bir
növ
üstündə
gəzdirdiyim cır-cındırdı;
bir də
yerli qəzetdən
demokratiya
haqda yazının kəsiyi.
Pəncərədən
o yanda
lənətə
gəlmiş otel tikilir
Mismar-mismar,
kiminsə
puç
olmuş, dağılmış arzusu. Sizin də
içində
olduğumuz dünya
Heç də
pis olmamalıdır, ancaq...
Elədirmi?
Burdan baxanda
siz
ilğımsınız, cilalı, təmiz;
son dəfə
sizi gördüyüm
görkəmdə.
Bir
çevril, bax, ünvan üçün yer var.
Burda
olmağını istərdim, məhəbbət
okean
kimi dalğalarla gəlir, yaxandan əl
çəkməyən
xəstəlik
kimi,
başında
tərk
edilmiş mağara
dolur,
sonra boşalır,
sonra…
ovxalanıb tökülür…
BU, MƏNİM ŞƏKLİMDİ
Əvvəllər
çəkilib, bir neçə il əvvəl.
Əvvəlcə
elə bildim,
bulaşıq
çap edilib: dumanlı xətlər, boz ləkələr
yayılıb
kağıza...
Bir az
da baxsanız,
sol
küncündə də nəsə dəyəcək gözünüzə
budağa oxşayan
bir şey: ağac parçası
(balzam
və ya iynəyarpaq bir ağac)
üzə
çıxıb, sağ tərəfdə isə az maili eniş, bir də
karkaslı
ev...
Yanında,
arxa
planda göl,
ordan o
üzdə isə bir neçə alçaq təpə.
(Foto mən
orda
batdığım
günün səhəri çəkilib).
Mən
gölün içindəyəm,
şəklin
tən ortasında, səthində.
İndi dəqiq
harda olduğumu
demək çətindi,
yaxud
orda necə böyük, yaxud kiçik
göründüyümü:
işıq
şüalarında
suyun
effekti
təhrif
yaradır dayanmadan.
Ancaq
uzun-uzadı,
gözlərini
heç ayırmadan baxsan,
məni
orda görərsən…
İngilis
dilindən tərcümə: Cavanşir YUSİFLİ