
Qılman İlkin. Kür qırağında (povest)
- 20.07.2020
- 0 Şərh
- 4692 Baxış
Nazilə
dincini almaq üçün yenicə divanda uzanıb yuxuya getmişdi ki, Pərizad qarının bərkdən
qonşu qadınla danışığına gözlərini açdı. Qarı deyirdi:
— Əsmər,
huy, eşidirsən?
— Nədir?
— Bizim
camış yenə naxırdan qaçıb axı.
— Nə
eyləyib?
—
Naxırdan qaçıb.
— Eşitmədim.
— Deyirəm,
dezertir olub dayna.
Pərizad
qarının bu sözünə Naziləni gülmək tutdu. Buraya köçəndən bu qarıdan eşitdiyi məzəli
sözlər onun ürəyinə elə yatırdı ki, istəyirdi həmişə onu dindirsin. Qarının səsi
kəsildi. Sonra camışın sağrısına endirdiyi çubuq səslərinin ardı-arası kəsilmədi:
— Səni
görüm qılçaların qırılsın, qaçan yerdə yıxılıb qalaydın. . .
Nazilə xalatını çiyninə atıb, bayıra çıxdı.
Camışın belinə endirilmiş çubuğun zərbindən əmələ gəlmiş zoğlar günəşin altında
işım- işım işıldayırdı. Nazilə gülümsəyə-gülümsəyə dedi:
— Pərizad
xala, yazıqdır axı, onu niyə elə vurursan?
— Onu
yazıqlar kəssin, mən bilim. Görsün bunun əvəzini ondan necə çıxacağam. İki gün
heç nə verməyəcəyəm ona, qoy qalsın ac. Onda bilər ki, naxırdan qaçmaq necə
olur.
Nazilə gülümsəyə-gülümsəyə otağa keçdi.
Hava
artıq qaralmışdı. Nazilə şagirdlərin dəftərlərini yoxlamağa başladı. Bu zaman
qapı birdən döyüldü. Pərizad qarı əlində bağlı bir zərf astanada durmuşdu.
—
Qızım, bağışla, sənə əziyyət verəcəm. Bunu bir oxusana. Deyirəm ki, bəlkə bizim
gədədəndir.
— Pərizad
xala, keç otur, bu saat oxuyaram.
Pərizad zərfi Naziləyə verdi. - Poçtalyon
indicə gətirdi... Mən huşu batmış heç soruşmadım kimdəndir.
—
Narahat olma, Pərizad xala, bu saat oxuyub deyərəm. O, zərfi əlinə alıb, o yan
bu yanına çevirdi. Məktuba üç möhür vurulmuşdu. Möhürlər də bir- birinin üstünə
elə düşmüşdü ki, sözləri oxumaq çox çətindi. Axırı ki, bir təhər oxuyub dedi:
— Sizin
İkram adlı qohumunuz varmı?
— Bizim
gədədir də dayna. Elə bilirdim ki, ondan olacaq. Çoxdandır yazmırdı.
— Axı,
burada əziz nənəm yazılıb.
Pərizad bərkdən güldü: - Qızım, bizlərdə anaya
nənə deyirlər. Gerisini oxu.
—
Oxuyuram. "Mən bu günlərdə kurorta gedirəm. Ancaq getməmişdən bir gün
qabaq gəlib gecəni sənin yanında qalacağam. Otağın birini kirayəyə verməkdə
ağıllı iş tutmusan. O qız sənə qulaq yoldaşı olar. Darıxmazsan. Əgər müəllimədirsə,
demək mədəni qadındır. Mən də daha səndən nigaran qalmaram".
Pərizad əllərini göyə qaldırdı:
— Şükür
Allaha.
— Niyə
Allaha şükür, Pərizad xala?
— Əvvəllər
heç razı olmurdu ki, otağı kirayəyə verim. Razı deyildi ki, həyətə yad adam gəlsin.
Ona görə çox nigarandım. Deyirdim ki, yəqin acığı tutacaq.
— Yəqin
bu günlərdə gələr, - deyə Nazilə məktubu zərfə qoyub, Pərizad arvada qaytardı.
— Ancaq
qızım, onu deyim ki, bizim gədə pis oğlan deyil ha. Mənim bir sözümü heç vaxt
iki eləməyib. Həmişə mənim xeyrimə çalışıb. Əslinə baxanda, düz də eləyir. İndi
adamları tanımaq olmur. Haradan biləsən ki, nə cür adamdır. İnsan, deyirlər,
çiy süd əmib, - deyə qarı dərindən nəfəs alıb, ayağa qalxdı.
— İndi
daha rahat oldum.
O, minnətdarlıq eyləyib, otaqdan çıxdı.
Nazilə bir ay olardı ki, Pərizad arvadın bir
otağını kirayələmişdi. Bu otağı ona məktəbin müdiri Sənubər xanım məsləhət
bilmişdi. "Çox nəcib arvaddır", - demişdi.
Bu bir
ay içərisində Nazilə Sənubər xanımın dediklərini öz gözləri ilə gördü və duydu.
İlk günlərdən Pərizad arvada bağlanmışdı. Qarı ilə söhbətində həmişə ürəyi
açılırdı. Onun məzəli söhbətlərinə elə alışmışdı ki, hey istəyirdi ki, onu
dindirsin, söhbətə tutsun, necə deyərlər, onun çinədanında nə varsa, çəkib üzə
çıxarsın.
Bir gün səhər məktəbə gedərkən üstü örtülü
bazarın yanında qırmızı rəngli bir "Jiquli" maşınının durduğunu
gördü. Yaraşıqlı bir gənc də bazardan aldıqlarını maşina yükləyirdi. O, bu gənci
bu vaxtadək bir dəfə də olsun kənddə görməmişdi. Şəhər adamına oxşayırdı. Gəncin
ona zillənmiş gözlərini görən kimi tez sovuşub keçdi. Bir xeyli uzaqlaşandan
sonra geri qanrılıb baxanda, gəncin gözlərini hələ də ondan çəkmədiyini sezdi.
Məktəbdə axırıncı zəng çalınanadək gəncin səliqəli
şıq geyimi, xüsusilə onu diqqətlə süzən gözləri Nazilənin xəyalından silinmədi.
Onu qəribə bir həyəcan bürümüşdü. Təəccübləndi: "Mənə nə olub?" -
öz-özünə söyləndi.
Sonra əlini
çırparaq yoluna davam etdi. Doqqaza yaxınlaşanda bazarda gördüyü qırmızı
"Jiquli"nin qapıda durduğunu gördü. Ürəyi birdən çırpınmağa başladı.
"Bu bəlkə Pərizad qarının oğludur?" - deyə başını aşağı dikdi və
başmaqlarının səsi belə eşidilmədən Pərizadın qapısı qabağından elə sürətlə
ötüb keçdi ki, onu heç kim görməsin.
Onun otağını Pərizad arvadın otağından nazik
bir divar ayırırdı. Ara qapı bağlı olsa da, onun azca aralı taxtaları arasından
qarının öz otağında kiminləsə danışdığı, hətta namaz qılarkən dediyi sözlər də
aydın eşidilirdi. İndi də onun oğlu ilə söhbəti aydın eşidilirdi: "Nənə, mən
sənə o qədər pul göndərmişdim, nə üçün pilləkanı dəyişdirməmisən? Eyibdir axı,
qonaqdan eyibdir. Mən qalxanda pillələr elə cırıldayırdı ki, elə bil indicə
qırılıb töküləcək. Özün də deyirsən ki, çox nəcib qızdır. Heç olmasa onun xətrinə
gərək düzəltdirəydin".
Qarı cavab vermirdi. Haçandan-haçana onun səsi
eşidildi: "Nə bilim, oğul, vallah, heç ağlıma gəlməyib".
Nazilə onların danışdığını eşitməsin deyə
radionu açdı. Son xəbərlər verilirdi. O, özünə yüngül bir yemək hazırlayıb yeyəndən
sonra kobud taxtadan düzəldilmiş nahamvar taxtın üstündə uzanaraq dünəndən
oxumağa başladığı romanı oxumağa davam etdi. Bir neçə dəqiqə keçməmişdi ki, Pərizad
arvad qapını ərklə açaraq, içəri girdi. Nazilə onun belə hərəkətlərinə alışdığı
üçün incimədi. Qalxıb oturdu. Qarının üzü gülürdü. Açıq görünürdü ki, oğlunun gəlməsi
onu çox sevindirmişdir. Özü də sözlü adama oxşayırdı. Elə bil nə isə demək istəyir,
ancaq bacarmırdı. Bəlkə də çəkinirdi deməyə. Udquna -udquna qalmışdı. Nazilə
onun əzab çəkdiyini görüb, onu qabaqladı:
— Pərizad
xala, sözün var?
Elə bil qarının dili açıldı. Sevincək dedi:
— Eh,
qadan alım, ancaq heç bilmirəm necə deyim. Mənciyəz. . .
— Çəkinmə,
Pərizad xala, deginən.
— Bizim
gədə deyir ki, yox, yox, heç bir şey demir. İstəyir ki, səninlə danışsın. Deyir
ki, mən gərək biləm anam kiminlə yaşayır, ya yox.
Nazilə cavab vermək əvəzinə gözlərini qapıya
zilləyəpər sakitcə durub qaldı. Qarıya elə gəldi ki, yəqin dediyi sözlərlə
qızın ürəyinə toxunub. Deməyinə də peşiman oldu.
—
Qızım, bəlkə dediyim sözlər ürəyinə toxunub. Deməmiş olum.
— Yox,
yox, Pərizad xala, niyə ki. Buyursun, gəlsin danışaq.
Pərizad arvad bir uşaq kimi sevincək otaqdan
çıxdı. Nazilə taxtın üstünü sahmana saldı. Balış və yüngül odeyalı yığışdırıb
bir kənara qoydu. Sonra aynanın qabağına keçib saçlarını darayıb səliqəyə
saldı. Ancaq ürəyi həyəcanla döyünməyə başlamışdı. Fikirləşdi ki, qarının oğlu
onunla nə barədə danışa bilər. Bazarda durub onun dalınca elə baxmasını da heç
bilmədi necə yozsun. Kim bilir, bu, bəlkə də sadəcə bir maraq idi. Bu zaman
qapı tıqqıldandı.
—
Buyurun. - Nazilənin səsi özünə də qəribə göründü. Səsi titrəyirdi.
Bayaq bazarda gördüyü cavan oğlan daha təravətli
bir görkəmlə içəri girdi. Salam verib, gülə- gülə səsləndi:
— Məni
bağışlayın, nənəm məni zorla sizin yanınıza göndərdi ki, sizi görüm və onun bir
dam altında kiminlə qaldığını öyrənim.
Nazilə gülümsəyərək dedi:
— Nə
olar, buyurun.
Gənc bir addım qabağa gələrək əlini Naziləyə tərəf
uzatdı:
— Elə
isə tanış olaq. Mənim adım İkramdır.
Nazilə də onun əlini sıxaraq, satadan səsləndi:
— Nazilə.
— Nazilə
xanım, nənəm sizə əziyyət vermir ki?
— Siz nə
danışırsınız? Mən ona nənəm kimi baxıram. Nənə və nəvə kimi bir- birimizə
isinmişik. Aramızda heç bir inciklik olmayıb və güman eləyirəm ki, olmayacaq
da.
— Mən
buna çox şadam. Mən istirahətə gedirəm. Bir günlüyə gəldim ki, onu görüm. Sizi
görməsəydim, nigaran gedəcəkdim. İndi arxayın gedə bilərəm. Biləcəyəm ki, sizin
kimi nəcib bir adamın himayəsindədir.
Nazilə gülümsəyərək yarı zarafatla dedi:
— Siz yəni
tanımadığınız adamla bir kəlmə kəsmədən ona inanırsınız?
İkram əvvəlcə nə cavab verəcəyini kəsdirə bilmədi.
Bir anlığa tutuldu.
— Mən
yalnız bir kəlmənizlə deyil, sizin görkəminizə, mədəni rəftarınıza da inanıram.
— Qəribədir.
— Qəribə
niyə? Həqiqi sözümdür.
— Təki
siz deyən olsun. Əgər sizdə insanı ilk baxışdan tanımaq istedadı varsa, bu, həsəd
aparılmalıdır.
İkram ünvanına deyilən bu sözlərdən qürurla
gülümsədi. Gülüşü onun yaraşıqlı sifətinə çox yaraşırdı. Deyəsən, özü də bunu
bildiyi üçün həmişə gülümsəməyə çalışırdı. Gülümsəyəndə iri qonur gözlərinin dərinliyində
parıldayan işıq elə bil bütün sifətinə yayılırdı.
O, birdən-birə söhbəti dəyişib dedi:
— Bilirəm
ki, bizim köhnə taxta pilləkənləri qalxıb düşmək sizin üçün çox narahatdır. Mən
günü sabah onları düzəltdirəcəyəm. Düzəltdirməmiş getməyəcəyəm.
O, söhbəti uzada da bilərdi. Ancaq hiss
olunurdu ki, deməyə söz tapmır. Buna görə söhbətinə yekun vuraraq dedi:
— Belə.
Bir şeyə ehtiyacınız olsa, deyərsiniz. Mən hələlik ki, burdayam. Çəkinməyin.
Xudahafis.
O, bunları deyib, otaqdan çıxdı. Nazilə onun
arxasınca baxıb, gülümsədi. Başa düşmüşdü ki, o, yalnız bu sözləri demək üçün gəlməmişdi.
Bu yaşda gənclər qızlarla danışarkən məharətlə mövzu tapır, saatlarla laqqırtı
vurmağı bacarırdılar. O isə belə naqqal gəncləri xoşlamırdı. İkramda onun
xoşladığı ən gözəl məziyyət onun qız kimi çəkingənliyi və utancaqlığı idi. Belə
gənclər adətən abırlı olur və sözlərinin səmimiliyinə də inanırsan.
Bütün bunları düşünərkən İkramla danışdığı
zaman keçirdiyi həyəcan onu hələ də tərk etməmişdi.
Ertəsi gün dərsdən qayıdanda çürümüş taxta
pillələrin yerində səliqə ilə düzəldilmiş yeni pillələr görəndə gözlərinə
inanmadı. Üç- dörd saat içərisində bunu necə düzəldə biliblər?! Ürəyində İkrama
qarşı dərin bir hörmət və minnətdarlıq hissi oyandı. Özlüyündə fikirləşdi ki,
bu minnətdarlığı ona necə çatdırsın. Onunla üzbəüz durub minnətdarlığını ona
çatdıra biləcəkdimi? Yaxşısı budur bunu onun anası vasitəsilə çatdırsın. Qarını
səslədi:
— Ay Pərizad
xala, ay Pərizad xala!
Qarı öz otağından cavab verdi:
— Nədir,
ay qızım?
— Pərizad
xala, bir dəqiqəliyə bura gələ bilərsənmi?
Bir hovurdan qarı qıçlarını çəkə-çəkə gəldi.
— Ay Pərizad
xala, sən allah bağışla, əziyyət verdim.
— Əziyyəti
yoxdur, sözünü de.
—
İstiyirəm ki, İkrama mənim minnətdarlığımı çatdırasan. Özüm deməyə utanıram. Zəhmət
çəkib, pillələri düzəldib.
— Bıy
başıma xeyir, utanmaq niyə, o da sənin qardaşın. O ki qaldı pillələrə, bu onun
borcudur dayna.
— Genə
olsun da, yol üstündə vaxtını itirib, düzəltdirib.
— Deyərəm,
arxayın ol. İndi bazara gedib, gələn kimi söylərəm.
***
Ertəsi gün dərsdən qayıdarkən qırmızı
"Jiquli"ni yenə də qapının ağzında gördü. "Demək, o hələ də getməyib".
Fikirləşdi ki, ancaq bir günlüyə anasına dəyməyə gəlmiş bu adam niyə bu iki
günü burada ləngimiş olsun? Öz-özünə sual verir, cavabını da tapa bilmirdi. Elə
bu dəqiqələrdə Pərizad arvad içəri girdi və Nazilənin pilətəni yandırıb, özünə
yemək hazırlamaq istədiyini görüb, yaxınlaşaraq, onun biləyindən tutdu:
—
Qızım, nahaq əziyyət çəkirsən. Bizim İkram hər şeyi alıb gətirib, məni də göndərdi
ki, sənə deyim.
— Nəyi?
— Səni
də çağırır. Yaxşı bir plov bişirmişəm. Bazarda daha bir şey qalmayıb ki,
almamış olsun. Pilətəni söndür, gedək.
— Pərizad
xala, bu nə xəcalətdir mənə verirsiniz?
— O
sözü dilinə götürmə. Gedək.
Nazilə dodaqları səyriyə-səyriyə bir anlığa
fikrə getdi.
—
Yaxşı, sən get, mən də bu saat gəlirəm.
Qarı çıxdı. Nazilə bayaqdan bəri öz- özünə
verdiyi sualların cavabını deyəsən tapmışdı. Demək o, ancaq bu qonaqlığın
xatirinə qalmışdır. O, sentyabrın birində dərs başlanan gün geydiyi qırmızı
güllü paltarını geyinib, saçlarını səliqəyə salandan sonra Pərizad arvadın
otağına keçdi. Pərizad arvadın dediyi kimi, süfrədə nə istəsən vardı: qırmızı
yanaqlı iri sarı almalar, narıngi, apelsin, doğranıb boşqablara düzülmüş qarpız
dilimləri, sərin su şüşələri. Yanlarına da üç boş boşqab qoyulmuşdu. İri bir
qızılgül buketi də qrafinin içində stolun ortasında dururdu. İkram Naziləni görən
kimi ona tərəf irəlilədi:
— Xoş gəlmisiniz
- deyib, onu yuxarı başda oturmağa dəvət etdi.
Otağı zəfəranlı
plovun xoş ətri bürümüşdü. Pərizad arvad isə mətbəxdə məşğuldu. Nazilənin səsini
eşidən kimi mətbəxdən səsləndi:
— Nazilə,
qızım, otur, mən də bu dəqiqə gəlirəm.
Nazilə hiss etdi ki, İkram sevincindən nə edəcəyini
bilmir. Deyəsən, yenə deməyə söz tapmır. Axır ki, dilləndi:
— Nazilə
xanım, gərək bağışlayasız, kənd yeridir, sizə layiq olmayan bir stol açmışıq.
Nazilə onun sözünü kəsdi:
— Siz nə
danışırsınız. Mən deyərdim ki, heç şəhərdə də belə stol açıldığını görməmişəm.
—
Bacardığımız budur, inciməyin.
— Əksinə,
böyük əziyyət çəkmisiniz.
— Şəhərdə
olsaydıq, sizi layiqincə qarşılardım. Nənəmə hey deyirəm ki, yığış gedək şəhərə,
burada tək qalıb nə edəcəksən? O cavabında nə desə yaxşıdır - mən camışı qoyub
heç hara gedəsi deyiləm.
Nazilə, qarının camışı Dezertir adlandırdığı
yadına düşüb, güldü.
— Bilirəm,
ananız Dezertiri çox sevir.
— Siz də
onun adını bilirsiniz?
— Bəli,
ananız onu tez-tez belə adlandırır.
— Məni
bağışlayın, nənəm çox qəribə arvaddır. Gör mənə nə deyir. Deyir ki, bu şərtlə şəhərə
gedərəm ki, Dezertiri də özümlə aparım.
Deyirəm,
ay nənə, şəhər hara, camış hara?
Bu vaxt Pərizad arvad əlində buğlana-buğlana
plov qazanını içəri gətirdi.
—
İkram, genə məndən danışırsan?
— Yox,
nənə, səndən yox, Dezertirindən danışıram. Deyirəm ki, ondan ayrılan canın
yoxdur.
— Bə nə.
Onsuz bir günüm də olmasın. Məni incitsə də, heç zaman xətrinə dəyən deyiləm.
Bircə bu naxırdan qaçması olmaya ha, canlara dəyən heyvandır.
— Onu
bilirsən ki, dezertirlik üstündə adama cəza verirlər?
— Qoy
onlar cəza versinlər. Mənim Dezertirimin nə ağzı var, nə dili. Heç kəslə işi
yoxdur. Nə eyləyir mənə eyləyir.
— Axı,
onu şəhərə aparsan, daha naxıra göndərə bilməyəcəksən. Orada nə naxır var, nə
sürü. Sənin Dezertirin ömürlük dezertir olub qalacaq.
— Həyətdə
bir tövlə tikib orada saxlaram.
— Nənə,
onu bilirsən ki, mən şəhərdə altıncı mərtəbədə yaşayıram. Sən şəhərdə olsan, hər
gün o pilləkanları qalxıb düşə bilərsən?
—
Qalxaram. Düz sözümdür. Dezertirim yanımda olandan sonra lap onuncu mərtəbəyə də
qalxaram.
—
Yaxşı, nənə, plov soyuyur, çək görək.
—
Qızım, sən bu oğlumun sözlərinə qulaq asma. Onun əzəldən Dezertirlə arası
yoxdur, --deyib plovu nimçələrə çəkməyə başladı.
Bu zaman Nazilə cavabını çoxdan axtardığı
sualı İkramın özünə verdi:
— Siz
axı bir günlüyə buraya gəlmişdiniz. Bu gün üçüncü gündür ki, ləngiyirsiniz.
Putyovkanızın vaxtı keçmirmi?
— Qoy
keçsin. İnsan üçün hara rahatdırsa, orada da dincələ bilər.
Anası da söhbətə qarışdı:
— Bıy,
başıma xeyir, ta getməyəcəksən?
— Gedəcəyəm,
- nənə, gedəcəyəm, ancaq nə vaxt istəsəm, o zaman da gedəcəyəm deyib, Naziləni
gizlicə sezdi. Nazilə isə özünü eşitməməzliyə vurdu. Əslində isə fikirləşdi ki,
o, bu sözləri ona eşitdirmək üçün deyir. Necə deyərlər, qızım, sənə deyirəm, gəlinim,
sən eşit. İkram az danışırdı. Ancaq sözlərində niyyətini gizlədə bilmirli.
— Nənəmin
plovunu çoxdandır ki, yeməmişəm. Bizim bu kənddə onun kimi plov bişirən ikinci
adam çətin tapa bilərsən. Xüsusilə zəfəranlı plovu əvəzsizdir. Ona görə də mənə
göndərdiyi məktublarda istədiyi şey ancaq zəfəran olur.
— Bə nə.
Zəfəransız plovun nə ləzzəti.
Oğlu anasının plovunu tərifləməkdə haqlı idi.
Nazilənin belə ləzzətli bir plov yediyi yadına gəlmirdi. Buna görə də Pərizad
arvadın plovunu tərifləmək üçün özünü saxlaya bilmədi:
— Siz
haqlısınız. Doğrudan da dadlı plovdur. Bizlərdə də plov bişirirlər. Ancaq Pərizad
xalanın bişirdiyi bu plov kimi ləzzətli və ətirli olmur.
Nazilənin tərifli sözlərindən İkram sanki vəcdə
gəldi:
— Bu hələ
harasıdır, --dedi. - Mən burada qaldığım müddətdə ona elə xörəklər bişirdəcəyəm
ki, dadı aylarla ağzınızdan getməyəcək. Sizin kimi əziz qonağa gərək, elə xörəklər
yedirdək ki, kəndimizi unutmayasınız. Mən çox şadam ki, anamın plovu sizin
xoşunuza gəldi.
Nazilə qaşları altından İkramı gizlicə sezdiyi
zaman İkramın yenə də odlu baxışları ilə rastlaşdı. Ona zillənmiş mehriban
baxışlardan özunu az qala itirəcəkdi.
Plovu yeyib qurtarandan sonra İkram apelsinləri
iri-iri doğrayıb Nazilənin qarşısındakı boş nimçəyə düzürdü.
—
Buyurun. Siz yəqin ingilis kitablarında süfrə başında belə xidmətlər barədə çox
oxumusunuz. Bu cəhətdən gərək bizi bağışlayasınız. Bizim Mollakənd London
deyil. İngilislər bizim süfrə başındakı bu xidmətlərimizi görsələr, güləcəklər.
Elə deyilmi?
Nazilənin sifəti ciddi bir ifadə aldı:
— Niyə
ki? Hər bir xalqın milli adətləri özləri üçün müqəddəsdir. Deyim ki, mən bizim
milli süfrəmizi və ona xidməti daha üstün tuturam.
— Demək,
mənim nənəm ingilis xanımları ilə yarışa bilər,— deyə İkram bərkdən güldü. -
Sağ ol nənə, mən səni belə bilməzdim. Görürsən də, Nazilə xanım sənin
bacarığına necə qiymət verir.
— O sənin
kimi deyil ha, hər şeyə bir qulp qoyursan.
— İndi
de görüm, sənin mənim üçün seçdiyin gəlin ingilis xanımları ilə yarışa bilərmi?
— İndi
olmasa da, ev gəlini olandan sonra bacarar, lap o yana da keçər.
Nazilə qulaqlarına inanmadı. Bu nədir, İkram
ona nişanlısı olduğunu bildirməkmi istəyir? Dedikləri zarafat kimi görünsə də,
yəqin ki, bir əsası var. Yanmayan yerdən tüstü çıxmaz deyərdər. Pərt olsa da bunu
büruzə verməməyə çalışdı.
Öz otağına qayıdandan sonra da İkramın dediyi
sözlər iynəyə dönüb ürəyinə sancılırdı sanki. Yatağında cecə yarısınadək
qurcalandı, gözünə heç cür yuxu girmədi. Ona yenicə bağlanmaq istədiyi bu gəncin
belə hərəkəti arxadan vurulmuş zərbə kimi olmuşdu. Demək, o baxışlar hamısı
saxta imiş. Bir qızın yanında başqa bir qızdan, illah ki, nişanlısı olan başqa
bir qızdan söhbət açması məyər ona işarə deyilmi idi ki, ey cavan qız, agah ol,
mənim nişanlım var. Bu andan etibarən onun bütün arzu və xəyalları alt-üst
oldu. Gələcəyini düşünərkən ilk addımlarından belə uğursuzluğa tutulması ona elə
dəhşətli göründü ki, az qala bütün həyat nəzərində başqalaşdı, yaşamaq həvəsi
tükəndi. Çox düşünüb daşındı və belə qərara gəldi ki, İkram barədə bir daha
fikirləşməsin, onunla rastlaşmamağa çalışsın. Özünü bilə-bilə iztirabın qorxunc
dalğaları içərisinə atmasın.
Sübh
tezdən evdən elə çıxdı ki, onu nə Pərizad arvad gördü, nə də oğlu. İş də elə gətirmişdi
ki, o gün dərsi çox olan günü idi. Evə gec qayıdacağına sevindi. Axırıncı dərs
qurtaranda artıq günəş Kürün o tayındakı alçaq təpələrin arxasına əyilirdi.
Fikirli- fikirli evə dönərkən, arxadan kimsə
onu səslədi:
— Nazilə.
Bu, məktəbin cöğrafiya müəlliməsi Cahan müəllimə
idi.
— Aaa,
xoş gördük, Cahan xanım. Nə vaxt gəlmisiniz?
— Bir
saat olar. Gəldim məktəbə, dedilər ki, indicə çıxdı. Məktubu anana çatdırdım.
Anan bir az xəstə kimi idi.
—
Yorğan- döşəkdədir yəni?
—
Yatırdı. Ancaq narahat olma. Balaca soyuqlamışdı. Durub evin içində gəzirdi.
— Bir
söz demədi?
—
Salam-dua göndərdi. Yaxşı arvaddır, çox xoşuma gəldi. Möhkəm-möhkəm tapşırdı
ki, özündən muğayat olasan.
Cahan xanım ayrılıb gedəndən sonra Nazilə evə
çatanadək, yol boyu anasını fikirləşirdi. Birdən ona elə gəldi ki, anası yəqin
bərk xəstədir ki, Cahan xanımla ona məktub göndərməmişdir. Cahan xanımın sözlərində
də təskinlik tapılası bir şey yoxdur, adda-budda söylədikləri onu daha da şübhəyə
saldı. Bəlkə də çox şeyləri ondan gizlədib, açıqlamayıb. Evə çatandan sonra elə
bil şübhələr dörd tərəfdən onu dövrəyə aldı. Daha da həyəcanlandı. Belə halda o
gecəni yata bilməzdi. Nə qədər ki, hava qaralmayıb, özünü rayon mərkəzinə
çatdırmaq və anasına telefon etmək qərarına gəldi. Tez geyinib, qapını
qıfılladı. Pərizad qarı onun haraya isə getdiyini görüb təəccüblə soruşdu:
— Bu
axşam vaxtı haraya hazırlaşırsan?
— Pərizad
xala, anam xəstədir, gedirəm rayon mərkəzindən ona zəng çalım.
— Gələndə
qaranlığa düşərsən axı.
— Yox,
narahat olma.
Onların belə bərkdən danışıqlarını içəridən
İkram eşidib, tez bayıra çıxdı.
— Nənə,
nə olub?
— Nazilənin
anası xəstələnib, gedir ki, ona zəng çalsın.
— Belə
bivaxt? Elə isə Nazilə xanım, bir dəqiqə gözləyin, mən sizi aparım. Siz maşın
tapınca hava qaralacaq, daha kəndə qayıda bilməzsiniz. Bu vaxt maşını haradan
tapacaqsınız?
— Çox
sağ olun, birtəhər taparam, --deyib yola düzəlmək istərkən İkram onun qabağını
kəsdi.
—
Buraxmaram. Nənə, evdən pencəyimi ver mənə.
Anası pencəyini tez ona çatdırdı. İkram irəli
keçib, maşının qabaq qapısını açıb, Nazilədən oturmasını xahiş etdi.
— Axı,
sizə əziyyət vermək istəmirəm.
— Əyləşin,
əyləşin, xahiş edirəm, heç bir əziyyəti yoxdur.
Onun beləcə təkidli xahişindən sonra Nazilə
keçib İkramın öz yanında göstərdiyi yerdə deyil, arxada oturdu.
İkram bir an içərisində maşını yerindən
qaldırdı və kənd küçələrini sürətlə keçərək, rayon mərkəzinə gedən magistral
asfalt yola çıxdı.
Bir müddət hər ikisi susdu. Bir az sonra bu
sükut buzunu yenə İkram sındırdı:
—
Bilirsiniz, Nazilə xanım, mən onsuz da rayon mərkəzinə gedəcəkdim. Orada balaca
işim var. Ancaq getməyə tənbəllik eləyirdim. Sizin bu getməyiniz lap yerinə
düşdü.
Yenə sükut. Nazilə hiss etdi ki, o, söhbəti
yenə davam etdirmək üçün nə isə bir fürsət axtarır. Haçandan-haçana soruşdu:
— Nazilə
xanım, deyirlər ki, sizi institutu qurtarandan sonra bir illiyə İngiltərəyə
praktikaya göndərirlər. Düz deyirlər?
—
Doğrudur.
— Demək
siz də İngiltərədə olmusunuz?
— Bəli,
Londonda olmuşam.
— Bir
xarici dili mükəmməl bilmək böyük xoşbəxtlikdir. Mən də əvvəllər belə bir fikrə
duşmüşdüm, ancaq sonra belə oldu ki. . .
İrəlidə qoyun sürüsü asfaltla yolun o biri tərəfinə
keçdiyi üçün İkram maşını saxlamalı oldu. Çoban əlindəki çubuqla sürünün tez
keçməsinə çalışırdı.
— London
yollarında da belə sürülər olurmu? - deyə İkram arxaya, Naziləyə tərəf
qanrıldı.
Nazilə başa düşdü ki, o, söhbət etmək üçün
başqa mövzu tapmadığından belə atmacalarla onun diqqətini cəlb etmək istəyir.
O, bir tərəfdən İkramın bu sahədəki fərasətsizliyinə acıyır, o biri tərəfdən içərisində
dünənki söhbətdən sonra İkrama qarşı baş qaldırmış ikrah və kini boğmağa
çalışırdı. Lakin bununla belə içərisində sanki güzəştə getməmək üçün keşikdə
durmuş ikinci bir qüvvə də vardı ki, indicə düşündüklərinin üstündən xəzri kimi
əsərək, hər şeyi göyə sovururdu. "Mənə nə olub, bu nə dönüklükdür?- fikirləşdi.
- Axı, mən özümə söz vermişdim ki, bu barədə bir daha düşünməyim. Yox, yox, mən
öz zəifliyimə üstün gəlməliyəm. Mən bu hissi boğmalı, öldürməliyəm.
İkram yenə dilləndi:
— Axı,
siz mənim sualıma cavab vermədiniz.
— Mən
London yolları ilə uzağa getməmişəm, sualınıza necə cavab verə bilərəm? Londona
təyyarə ilə getmişəm, təyyarə ilə qayıtmışam.
Nazilənin bu sözlərindən sonra İkram susdu,
rayon mərkəzinə çatanadək daha bir kəlmə də dinmədi.
Onlar poçt idarəsinə çatıb içəri girəndə stol
arxasında oturmuş iki nəfər kişi nizama durmuş əsgər kimi dik ayağa qalxdılar və
hər ikisi bir ağızdan:
— Xoş gəlmişsiniz,
cənab Dəmirov,— deyə onu salamladılar.
— Xoş
gördük, zəhmət çəkməyin, əyləşin. Məni tez Bakı ilə birləşdirin, --deyib, sonra
Naziləyə müraciət etdi:— Nazilə xanım, nömrəni deyin.
Adamların İkramı belə hörmət və ehtiramla
qarşılamalarından hələ də heyrət içində olan Nazilə nömrəni sanki höccələyə-höccələyə
dedi:
İkram yenə adamları ötkəmcəsinə tələsdirdi.
Nazilənin gözləri bərələ qalmışdı. Kişilərin
bir uşaq kimi itaətkarlıqla necə tələsdikləri ona çox qəribə görünürdü. "O
nə işdə işləyir ki, belə hörmətlə qarşılanır". Bu vaxtadək Pərizad
arvaddan oğlunun nə vəzifədə çalışmasını soruşmadığına təəssüfləndi. Bir azdan
kişilərdən biri Bakını alıb, telefon dəstəyini "Buyurun" - deyə Naziləyə
tərəf uzatdı. Hər üç kişi qonşu otağa keçdilər. Nazilə dəstəkdə anasının səsini
eşidən kimi sevinclə səsləndi:
— Ana,
ana, necəsən? Nə olub sənə?
Anası, görünür, nəyi isə ona uzun-uzadı izah
etdiyi üçün Nazilə sakitcə durub, onu dinləyirdi. Anasının səsini eşidəndən
sonra onun həyəcanlı ürəyi artıq sakit-sakit, aramla vurmağa başlayırdı.
Anasını axıradək dinlədikdən sonra dedi:
—
Yaxşı, ana, məndən nigaran olma, sən özündən muğayat ol.
Dəstəyi yerinə qoyan kimi İkram içəri keçdi.
Nazilə ona öz minnətdarlığını bildirdi:
— Siz də
çox sağ olun, bir az sakitləşdim.
— Əgər
şəhərdə ona bir şey lazımdırsa, günü sabah gedib tapdırram.
— Xeyr,
xeyr, heç bir şey lazım deyil. İndi yaxşıdır.
— Elə
isə siz bir dəqiqə oturub gözləyin, mənim bu yoldaşlarla balaca bir söhbətim
var deyib,— qonşu otağa, kişilərin yanına keçdi.
Onlar nə barədə isə xeyli danışdılar. Qapı
bağlı olduğundan Nazilə onların söhbətlərini eşidə bilmədi. Ancaq danışıb
qurtarandan sonra İkram qonşu otaqdan çıxdıqda bir kişi onun dalınca dedi:
—
Arxayın gedin, günü sabahdan başlarıq.
Qayıdanbaş İkram maşını Kürün qırağı ilə
sürürdü. Çayın hər iki sahili ilə qaldırılmış bəndlərdən suyun axarını görmək
mümkün deyildi.
İkram arxaya qanrılıb soruşdu:
— Nazilə
xanım, Kürü görmək istəməzsinizmi? Görün, Kür bizim kənddən keçərkən necə aramla
axır. Hər yerdə Kür harın at kimi çapıb, sahillərini aşıb dağıtdığı halda,
bizim kəndlilər onun sahillərinə bəndlər çəkib, onu necə ram etmişlər. Ancaq
bunu görmək üçün bəndin üstünə qalxmaq lazımdır. İstəyirsiniz maşını saxlayıb,
tamaşa edək.
Nazilə on gün qabaq sel kimi tökən yağışlardan
sonra Kürün sahillərini aşdığı və bəzi evlərin su altında qaldığı barədə çox
eşitmişdi. Lakin Mollakənddə bunu görməmişdi. Buna görə də Mollakənd əhalisi
narahat deyildi. Hamı çəkilmiş bəndə arxayın idi.
Onlar bəndin yanında maşını saxladılar. Kürü
görmək üçün dik bəndin üstünə qalxmaq lazım gəlirdi.
—
Əlinizi mənə verin, qalxa bilməzsiz.
Nazilə əlini ona uzatdı. İkram qüvvətli
qolları ilə onu çəkib, bəndin üstünə qaldırdı. Qaranlıq düşmüşdü. Batmış günəşin
şüaları çayın qaralmış səthində zəif qırmızı zolaqlar buraxaraq, ləngərlə axan
Kürün səthində can çəkişirdi. Çay elə aram axırdı ki, onun şırıltısı belə
eşidilmirdi. Onların qarşısında gözəl bir mənzərə açılmışdı. Axşamın düşməsi ilə
qaralan mavi sulardan onların üzünə xoş bir sərinlik yayıldı.
— Kür
qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası heyif ki. . .
— deyə
İkram Vaqifin şeirindən iki misra deyib, ancaq axıra çatdırmadı. Nazilə gözləyirdi
ki, o, axırını da deyəcəkdir. Ancaq o, nədənsə susub misranın gerisini demirdi.
Güman elədi ki, yəqin şeirin gerisi yadından çıxıb.
— Axı,
onun axırı da var.
— Bilirəm.
Ancaq Vaqif səhv elədiyi üçün gerisini demirəm.
— Niyə?
Nəyi səhv eyləyib?
— Məsələn,
o deyir ki, yaşılbaş sonası heyif ki, yoxdur. Burada səhv eyləyib. Mən bu
misranı belə yazardım:
—
Yaşılbaş sonası, əlbəttə, vardır.
— Düz
yazıb da, görürsünüzmü, bir dənə də yoxdur.
— Yox,
vardır, ancaq siz onu görmürsünüz. Mən görürəm.
— O nədən?
— Çünki
o sizin özünüzdədir. İnsan özünü necə görə bilər?
Nazilə onun nəyə işarə vurduğunu başa düşdüyü
üçün gülümsədi, ancaq deməyə bir söz tapa bilmədi.
Hava artıq tamam qaraldığı üçün onlar bəndin
üstündə daha ləngimədilər.
Evə çatanda Nazilə elə yorulmuşdu ki, İkramın
onlarla əyləşib, bir stəkan çay içməsini təklif etməyinə baxmayaraq, üzr istəyib
öz otağına keçdi. Soyunmadan taxtın üstündə uzandı. O, anası tərəfdən daha
arxayındı. İndi onu yalnız bir məsələ düşündürürdü: İkram nəçidir ki, poçt
işçiləri onun qarşısında az qala səcdə edirdilər. Onun bu işçilərlə danışıq tərzi,
onlara az qala hökm edirmiş kimi tapşırıq verməsi, işçilərin də itaətkarlıqla,
onun əmrlərini belə ani surətdə yerinə yetirmələri ondan ötrü çox müəmmalı idi.
"Bəlkə öz yerliləri olduğu üçün onlara belə ərki çatırdı?"— deyə
fikirləşdi. Ancaq belə deyildi. Atası yerində olan bu kişilərlə belə hökmranə
danışığı heç bir ərkə sığmırdı. Onun hərəkətlərində də, sözlərində də açıq bir
amiranəlik vardı. Nazilə öz- özünü məzəmmətlədi ki, nə üçün bu vaxtadək
anasından oğlunun şəhərdə nə işdə işlədiyini soruşub öyrənməmişdir. Axı o kim
ola bilər? Poçt idarəsində İkrama olan hörməti görəndən sonra onun da İkrama
hörməti artdı. Ancaq özü də bilmirdi ki, bu hörmət ona qarşı məhəbbətindən də əmələ
gəlirdi. Özü də bilmədən ilk günlərdə İkrama bəslədiyi məhəbbət qəlbində təzədən
yuva salırdı.
Gecə
yarısınadək belə üzüntülü, lakin bununla belə xoş fikirlər içərisində yuxuya
getdi. Açıq pəncərədən uzaq çöllərdən gələn yovşan ətri bədrlənmiş ayın parlaq
nuru ilə otağa dolurdu. O, buraya gəldiyi gündən beləcə rahat yatdığı gün
olmamışdı.
Səhəri məktəbə gələndə üç nəfərin məktəbin həyətində
şalban basdırdıqlarını gördükdə çox sevindi. Məktəb müdiri köhnəlmiş elektrik xətlərinin
dəyişdirilməsi ilə ağıllı iş tuturdu. Təzə elektrik xətti çəkiləndən sonra işıqlar
yəqin ki, daha tez-tez sönməyəcəkdir.
Nazilə bu gün məktəbə hamıdan tez gəldiyi üçün
müəllimlər otağında heç kim yoxdu. Məktəb müdiri də hələ gəlməmişdi. Bir azdan əvvəlcə
müdir, onun arxasınca da müəllimlər gəldilər. Nazilə məktəb müdiri Cahan xanımı
gördükdə ona dediyi ilk sözlər bu oldu:
— Cahan
xanım, nə ağıllı iş görmüsünüz, bu elektrik xətlərini təzələyirsiniz. Bundan
sonra arxayın ola bilərik ki, işıqlar daha sönməyəcək.
Cahan xanım gülümsəyib, başını buladı:
— Nazilə,
elektrik xətti yox, telefon çəkirlər. Hər dəqiqə başı rayon mərkəzinə qaçmaqdan
canımız qurtaracaq desəydin, daha düz olardı. Sağ olsun İkram. Keçmiş müəllimlərini
yaddan çıxarmayıb. O olmasaydı, illərlə heç kəsin yadına düşməyəcəkdik. Halal
olsun. Rabitə nazirliyi müavinliyinə keçən kimi birinci bizi yada saldı.
O, bu sözləri bərkdən elə sevinclə dedi ki, rəsm
müəllimi sevincək bir uşaq kimi əllərini bir-birinə vurub çığırdı:
— Ay
can, ay can.
— Bunun
üçün hamımız İkrama minnətdar olmalıyıq,— deyə fəxrlə sözünə davam etdi:— O
olmasaydı, biz kimin yadına düşəcəkdik? Elə bu məktəbdə oxuyan vaxtdan xeyirxah
uşaq idi.
Naziləni də sevindirən o oldu ki, bundan sonra
anasına zəng vurmaq üçün daha rayon mərəzinə getməyəcəkdi.
O gün dərsdən sonra evə dönərkən yolunu kənd
bazarından saldı. Bəzi xırda-para şeylər alacaqdı.
Bazar rayon mərkəzinə gedən yolun kənarında, həmişə
tozanaq olan bir yerdə salınmışdı. Gündən qorunmaq üçün üstü brezentlə örtülmüş
bir taxtapuşun arxasında durmuş beş-altı nəfər kişi alverlə məşğuldular. Onlardan
biri, səkkizinci sinifdə oxuyan bir qızın atası, onu görən kimi səslədi:
— Ay müəllimə,
zəhmət olmasa, bir buyurun buraya.
Nazilə yaxınlaşıb salamlaşdı. Onu
mehribanlıqla qarşılayan təxminən əlli yaşlarında olan kişi qızının necə
oxuduğunu öyrənmək üçün bir neçə dəfə məktəbdə olmuşdu.
— Ay müəllimə,
bizim bu qız evdə tez-tez ingiliscə qırıldadır, bilmirik düz danışır, ya bizi
xamlayıb? - deyib gülümsədi.
Nazilə də qımışdı. Qızı Mehriban ingilis
dilindən həmişə əla qiymət alırdı. Nazilə də həmişə ona tapşırardı ki, evdə
tez-tez öz-özünlə danış, atan və anan başa düşməsə də onlara ingiliscə müraciət
eylə. Belə eləsən, dilin tez yatar.
— Yox,
Mürsəl kişi, düz danışar. Mən ona tapşırmışam ki, evdə sizə ingilis dilində
müraciət etsin, təki dili yatsın.
— Çox
sağ olun, müəllimə. Heç bilmirəm sizin xəcalətinizdən necə çıxım.
— Heç
bir xəcaləti yoxdur. Bu, biz müəllimlərin borcudur, deyib, piştaxtanın o biri tərəfinə
keçmək istərkən Mürsəl əlini ona tərəf uzadaraq qabağını kəsmək istədi:
— Yox,
yox, getməyin, xahiş edirəm. Zəhmət olmasa bircə dəqiqə gözləyin,— deyib,
yaşına xas olmayan bir çevikliklə almalardan kiçik bir səbətə doldurub Naziləyə
tərəf uzatdı:— Buyurun.
— Siz nə
edirsiniz, lazım deyil.
Kişi taxtapuşun dalından çıxıb ona yaxınlaşdı:
— İnciməyin,
bunu sizə pay verirəm. Xahiş edirəm, bu yaşımda xahişimi yerə salmayasınız.
Götürün.
Nazilənin sifəti ciddi bir ifadə aldı və əlini
çantasına salıb, pul çıxardı. Mürsəl kişi onun biləyindən tutdu:
— Müəllimə,
bu daha olmadı ki, mənə xəcalət verirsiniz. Bunu mən sizə pay verirəm, aparın,
nuş olsun.
Nazilə kişinin belə təkidindən sonra almaları
götürməyə məcbur oldu.
— Müəllim,
o gün qız mənə nə desə yaxşıdır. Deyir ki, mən də Nazilə müəllimə kimi ingilis
dili müəlliməsi olacağam.
Nazilə gülümsündü:
— Sizə
deyim ki, olacaq da. Maşallah, çox çalışqan qızdır.
Ertəsi gün tezdən qalxıb əl-üzünü yumaq üçün həyətə
çıxarkən İkramın maşınını qapıda görmədi. Güman elədi ki, yəqin tamam yığışıb
gedib. Ancaq buna inanmadı. Ola bilməzdi ki, onunla xudahafizləşmədən belə xəlvəti
çıxıb getsin. Pərizad qarının evdə tək olacağını düşünüb, içəri, yanına keçdi.
Qarı evin bir küncündə oturub, yun didirdi.
— Pərizad
xala, deyəsən İkram axır ki, yola düşüb gedib?
Qarı başını yellədi:
— Yox,
a bala, sübhün gözü açılmamışdan qalxıb, rayon mərkəzinə getdi.
— Belə
tezdən, nə əcəb?
— Nə
bilim, qızım, dedi ki, orada vacib işim var.
— Bəs sən
niyə sübh tezdən durub yun didirsən?
— Bəs nə
eyləyim, qadan alım, yavaş- yavaş gərək hazırlıq görüm də. Gəlin üçün
yorğan-döşək hazırlamalıyam. İndidən başlamasam, sonra kim mənə kömək edəcək?
Qarının bu sözləri onun bütün arzularının
üstünə qara bir duman kimi çökdü. Fikirləşdi ki, ana oğlunun razılığını almadan
belə hazırlığa başlaya bilməzdi. Yəqin ki, gecə ana və oğul məsləhətləşib, bu qərara
gəliblər. Qarıya sual verməsinə peşiman oldu. Adam öz niyyətini necə məharətlə
gizlədə bilərmiş. Pərvərdigara, mən necə sadəlövh olmuşam ki, bunu bu vaxtadək
sezməmişəm. Beləliklə, onun əvvəlki narahat həyəcanları təzədən onu bürüdü.
"Yəqin ki, bu vaxtadək burada ləngiməsinin səbəbi də bu imiş".
O gün məktəbdə dərs qurtaranadək bu acı,
iztirablı fikirlər onu tərk etmədi. Müəllim yoldaşları da onun bu halını hiss
etmişdilər. Hamı soruşurdu: "Nazilə, bu gün sənə nə olub? Halın çox pərişandır".
Hamıya deyirdi ki, başımda bərk ağrılar hiss
edirəm. Ağrıdan gözlərimi güclə açıram.
Dərsdən sonra evə necə çatdığını heç hiss etmədi.
Həyət qapısına yaxınlaşanda, iki nəfərin şalban basdırdıqlarını gördü və təəccüblə
soruşdu:
—
Burada nə edirsiniz?
Onlardan yaşlısı dedi:
—
Şalban basdırırıq. Müəllimə sizsiniz?
— Bəli.
— Sizin
üçün telefon çəkirik.
Nazilə qulaqlarına inanmadı. Bir anlığa durub,
qaldı. Demək o, sübh tezdən rayon mərkəzinə buna görə gedibmiş.
Başının ağrıları şiddətlənmişdi. Otağına
keçib, dərman atdı və taxtın üstündə uzandı. Handan-hana yuxuya getdi. Bir o qədər
keçməmişdi ki, qapının tıqqıltısına oyandı. Telefon xətti çəkənlərdən biri idi.
Əlində telefon aparatı tutmuşdu.
— Müəllimə,
aparatı haraya qoysam yaxşıdır?
— Nə
deyirsiniz? - Nazilə elə haldaydı ki, nə cavab verəcəyini bilmədi.
Telefonçu onun cavabını gözləmədən dedi:
— Məncə,
yazı stolunun üstünə qoysaq yaxşıdır.
— Bəli,
bəli, düz deyirsiniz, oraya qoyun,— deyə dərhal onun sözlərini təsdiq etdi.
Telefonçu aparatı stolun üstünə qoyub, telefon xəttinə qoşdu, sonra mərkəzi
stansiyaya zəng vuraraq, telefonu yoxlamaq üçün ona zəng edilməsini xahiş etdi.
Heç bir dəqiqə keçmədi ki, telefon səsləndi və o, dəstəyi qaldırıb cavab verdi:
— Hə,
qaydasındadır. Çox sağ ol.
Sonra Naziləyə müraciət etdi:
— Müəllimə,
hər şey hazırdır. Təbrik edirəm. Mübarəkdir. Biz daha gedək.
Nazilə ona qalıb, heç olmasa bir stəkan çay
içmək üçün nə qədər dil-ağız eləsə də, telefonçu minnətdarlıq edib dedi:
— Çox
sağ olun. Biz getməliyik.
— Siz də
sağ olun.
Telefonçu getdi. Nazilə başının ağrısı hələ də
kəsmədiyi üçün təzədən taxta uzandı. Azmı keçdi, çoxmu keçdi - xəbər tutmadı.
Birdən telefon zənginə oyandı. Hava artıq qaralmışdı. Dəstəyi qaldırdı.
Telefonda bir kişi səsi:
— Nazilə
xanım, telefonunuz mübarəkdir.
— Çox
sağ olun. Kimdir danışan?
— Mənəm.
İkramdır.
—
Bağışlayın, tanımadım. Telefonda səsiniz çox dəyişib.
— Təzə
telefonda belə şeylər olur. Bir azdan sonra düzələcək. Telefonun nömrəsini gətirəcəyəm.
Şirnisini də öz qaydasında. Hələlik, xudahafiz.
Dəstəkdə səs qapandı. Naziləni fikir götürdü.
Onu belə halda necə qarşılayacaqdı? Çox fikirləşdi. Heç bir qərara gələ bilmədi.
Axşam səkkizi
ötmüşdü. Birdən fikirləşdi ki, anasına zəng çalsın. Hərçənd ki, bu vaxtlar
anası adətən yatmış olur. Bununla belə, fikrindən daşınmadı. Dəstəyi qaldırıb,
komutator vasitəsilə Bakını aldı və anasının nömrəsini yığdı. Dəstək əlində,
anasının cavab verəcəyini səbirsizliklə gözləməyə başladı. Çox gözlədi.
Anasının belə susması onu çox nigaran ıqoydu. Nəhayət ki, qulaqlıqda anasının
xırıltılı səsini eşidib, rahat nəfəs aldı.
— Ana,
mən öz otağımdan danışıram. Telefona niyə belə gec gəldin?
—
Yatmışdım. Səndən nə əcəb belə bivaxt zəng çalırsan?
— Ana,
mənim otağıma telefon çəkiblər. İndi də öz otağımdan danışıram. Bundan sonra səninlə
tez-tez danışacağam. İndi necəsən?
— İndi
yaxşıyam. Dünən səninlə danışandan sonra həkim gəlmişdi. Dedi ki, indi üzü bərisən.
— Sən məni
sevindirdin. Sonra nə var, nə yox?
—
Sağlığındır...
Onlar xeyli danışdılar. Nazilə axırda anasına
dedi ki, sabah zəng vurub, telefonun nömrəsini ona deyəcəkdir. Bundan sonra istədiyi
vaxt onunla danışa bilər.
—
Eşitdinmi?
—
Eşitdim, eşitdim.
— Di salamat
qal. Xudahafis.
Bu zaman həyətdən İkramın masınının səsi
eşidildi. Yerindən qalxıb oturdu. Bilirdi ki, İkram mütləq onun yanına keçəcəkdir.
Budur, o, anasının yanına gəldi. "Bu
vaxtadək haradasan? Bərk nigaran qalmışdım. Evdən sübh çıxansan. Məni bir başa
sal görüm bəs nə vaxt istirahətə gedəcəksən? Vurnuxa- vurnuxa qalmısan rayonun
yolunda. Bəs dincəlməyəcəksən?".
— Ona hələ
baxarıq. Bəlkə heç getmədim.
— Bıy,
başıma xeyir. Bəs gedib dincəlməyəcəksən?
— Nənə,
mənə harada xoş keçirsə, orada da dincəlirəm.
Qapı arxasından İkramın bu sözlərini eşidərkən,
onun şübhələri üzərinə elə bil gur bir işıq yayıldı. Əvvəlki xoş duyğular ürəyində
təzədən baş qaldırdı. Özündə qəti bir yəqinlik hasil oldu ki, İkramın ləngiməsi
ancaq onunla bağlıdır. "Mən səfeh isə onun bütün hərəkətlərinin mənasını
başa düşməmişəm, - deyə düşündü. - Bəs mən onu nə vaxt başa düşəcəyəm? O,
görünür ki, dillə demədiyini və ya deməyə çəkindiyini öz hərəkətləri ilə büruzə
verir. Eh, Nazilə, sənin xoşbəxt günlərin başlayır, xəbərin yoxdur. Onun qız
kimi çəkingənliyi öz təbiətindən irəli gəlir ki, bu da sevən bir adam kimi onun
ən gözəl sifətidir. Səfeh qız, sən bunu bəs nə vaxt başa düşəcəksən?".
Budur, İkramın səsi yenə eşidildi: "Nənə,
bunları götür, ayın-oyundur almışam. Süfrə aç, Nazilə xanımı da qonaq
çağıraq".
Bir azdan ara qapının o tərəfindən İkramın səsi
eşidildi:
— Nazilə
xanım, yatmamısınız ki?
— Xeyr,
xeyr, sözünüz vardı, buyurun.
— Sözüm
odur ki, bir azdan zəhmət çəkib bizim otağa gəlin. Nənəm sizi qonaq çağırır.
— Mən
onsuz da gələcəkdim sizə minnətdarlıq etmək üçün.
— Minnətdarlıq
etməyə tələsməyin. Hələ vaxtımız çoxdur.
Onun üçün əzablı və üzücü keçmiş ötən günlərin,
bir gözü gülərkən o biri gözü ağlayan günlərin artıq geridə qaldığını hiss
edirdi. İçərisində xoş bir rahatlıq yaranmışdı. O, qalxıb o biri otağa keçərkən
İkramı otaqda tək gördü. Salam verdi və dərhal anasının harda olduğunu soruşdu.
Gecə
yarısınadək belə üzüntülü, lakin bununla belə xoş fikirlər içərisində yuxuya
getdi. Açıq pəncərədən uzaq çöllərdən gələn yovşan ətri bədrlənmiş ayın parlaq
nuru ilə otağa dolurdu. O, buraya gəldiyi gündən beləcə rahat yatdığı gün
olmamışdı.
Səhəri məktəbə gələndə üç nəfərin məktəbin həyətində
şalban basdırdıqlarını gördükdə çox sevindi. Məktəb müdiri köhnəlmiş elektrik xətlərinin
dəyişdirilməsi ilə ağıllı iş tuturdu. Təzə elektrik xətti çəkiləndən sonra
işıqlar yəqin ki, daha tez-tez sönməyəcəkdir.
Nazilə bu gün məktəbə hamıdan tez gəldiyi üçün
müəllimlər otağında heç kim yoxdu. Məktəb müdiri də hələ gəlməmişdi. Bir azdan əvvəlcə
müdir, onun arxasınca da müəllimlər gəldilər. Nazilə məktəb müdiri Cahan xanımı
gördükdə ona dediyi ilk sözlər bu oldu:
— Cahan
xanım, nə ağıllı iş görmüsünüz, bu elektrik xətlərini təzələyirsiniz. Bundan
sonra arxayın ola bilərik ki, işıqlar daha sönməyəcək.
Cahan xanım gülümsəyib, başını buladı:
— Nazilə,
elektrik xətti yox, telefon çəkirlər. Hər dəqiqə başı rayon mərkəzinə qaçmaqdan
canımız qurtaracaq desəydin, daha düz olardı. Sağ olsun İkram. Keçmiş müəllimlərini
yaddan çıxarmayıb. O olmasaydı, illərlə heç kəsin yadına düşməyəcəkdik. Halal
olsun. Rabitə nazirliyi müavinliyinə keçən kimi birinci bizi yada saldı.
O, bu sözləri bərkdən elə sevinclə dedi ki, rəsm
müəllimi sevincək bir uşaq kimi əllərini bir-birinə vurub çığırdı:
— Ay
can, ay can.
— Bunun
üçün hamımız İkrama minnətdar olmalıyıq,— deyə fəxrlə sözünə davam etdi:— O
olmasaydı, biz kimin yadına düşəcəkdik? Elə bu məktəbdə oxuyan vaxtdan xeyirxah
uşaq idi.
Naziləni də sevindirən o oldu ki, bundan sonra
anasına zəng vurmaq üçün daha rayon mərəzinə getməyəcəkdi.
O gün dərsdən sonra evə dönərkən yolunu kənd
bazarından saldı. Bəzi xırda-para şeylər alacaqdı.
Bazar rayon mərkəzinə gedən yolun kənarında, həmişə
tozanaq olan bir yerdə salınmışdı. Gündən qorunmaq üçün üstü brezentlə örtülmüş
bir taxtapuşun arxasında durmuş beş-altı nəfər kişi alverlə məşğuldular.
Onlardan biri, səkkizinci sinifdə oxuyan bir qızın atası, onu görən kimi səslədi:
— Ay müəllimə,
zəhmət olmasa, bir buyurun buraya.
Nazilə yaxınlaşıb salamlaşdı. Onu
mehribanlıqla qarşılayan təxminən əlli yaşlarında olan kişi qızının necə oxuduğunu
öyrənmək üçün bir neçə dəfə məktəbdə olmuşdu.
— Ay müəllimə,
bizim bu qız evdə tez-tez ingiliscə qırıldadır, bilmirik düz danışır, ya bizi
xamlayıb? - deyib gülümsədi.
Nazilə də qımışdı. Qızı Mehriban ingilis
dilindən həmişə əla qiymət alırdı. Nazilə də həmişə ona tapşırardı ki, evdə
tez-tez öz-özünlə danış, atan və anan başa düşməsə də onlara ingiliscə müraciət
eylə. Belə eləsən, dilin tez yatar.
— Yox,
Mürsəl kişi, düz danışar. Mən ona tapşırmışam ki, evdə sizə ingilis dilində
müraciət etsin, təki dili yatsın.
— Çox
sağ olun, müəllimə. Heç bilmirəm sizin xəcalətinizdən necə çıxım.
— Heç
bir xəcaləti yoxdur. Bu, biz müəllimlərin borcudur, deyib, piştaxtanın o biri tərəfinə
keçmək istərkən Mürsəl əlini ona tərəf uzadaraq qabağını kəsmək istədi:
— Yox,
yox, getməyin, xahiş edirəm. Zəhmət olmasa bircə dəqiqə gözləyin,— deyib,
yaşına xas olmayan bir çevikliklə almalardan kiçik bir səbətə doldurub Naziləyə
tərəf uzatdı:— Buyurun.
— Siz nə
edirsiniz, lazım deyil.
Kişi taxtapuşun dalından çıxıb ona yaxınlaşdı:
— İnciməyin,
bunu sizə pay verirəm. Xahiş edirəm, bu yaşımda xahişimi yerə salmayasınız.
Götürün.
Nazilənin sifəti ciddi bir ifadə aldı və əlini
çantasına salıb, pul çıxardı. Mürsəl kişi onun biləyindən tutdu:
— Müəllimə,
bu daha olmadı ki, mənə xəcalət verirsiniz. Bunu mən sizə pay verirəm, aparın,
nuş olsun.
Nazilə kişinin belə təkidindən sonra almaları
götürməyə məcbur oldu.
— Müəllim,
o gün qız mənə nə desə yaxşıdır. Deyir ki, mən də Nazilə müəllimə kimi ingilis
dili müəlliməsi olacağam.
Nazilə gülümsündü:
— Sizə
deyim ki, olacaq da. Maşallah, çox çalışqan qızdır.
Ertəsi gün tezdən qalxıb əl-üzünü yumaq üçün həyətə
çıxarkən İkramın maşınını qapıda görmədi. Güman elədi ki, yəqin tamam yığışıb
gedib. Ancaq buna inanmadı. Ola bilməzdi ki, onunla xudahafizləşmədən belə xəlvəti
çıxıb getsin. Pərizad qarının evdə tək olacağını düşünüb, içəri, yanına keçdi.
Qarı evin bir küncündə oturub, yun didirdi.
— Pərizad
xala, deyəsən İkram axır ki, yola düşüb gedib?
Qarı başını yellədi:
— Yox,
a bala, sübhün gözü açılmamışdan qalxıb, rayon mərkəzinə getdi.
— Belə
tezdən, nə əcəb?
— Nə
bilim, qızım, dedi ki, orada vacib işim var.
— Bəs sən
niyə sübh tezdən durub yun didirsən?
— Bəs nə
eyləyim, qadan alım, yavaş- yavaş gərək hazırlıq görüm də. Gəlin üçün
yorğan-döşək hazırlamalıyam. İndidən başlamasam, sonra kim mənə kömək edəcək?
Qarının bu sözləri onun bütün arzularının
üstünə qara bir duman kimi çökdü. Fikirləşdi ki, ana oğlunun razılığını almadan
belə hazırlığa başlaya bilməzdi. Yəqin ki, gecə ana və oğul məsləhətləşib, bu qərara
gəliblər. Qarıya sual verməsinə peşiman oldu. Adam öz niyyətini necə məharətlə
gizlədə bilərmiş. Pərvərdigara, mən necə sadəlövh olmuşam ki, bunu bu vaxtadək
sezməmişəm. Beləliklə, onun əvvəlki narahat həyəcanları təzədən onu bürüdü.
"Yəqin ki, bu vaxtadək burada ləngiməsinin səbəbi də bu imiş".
O gün məktəbdə dərs qurtaranadək bu acı,
iztirablı fikirlər onu tərk etmədi. Müəllim yoldaşları da onun bu halını hiss
etmişdilər. Hamı soruşurdu: "Nazilə, bu gün sənə nə olub? Halın çox pərişandır".
Hamıya deyirdi ki, başımda bərk ağrılar hiss
edirəm. Ağrıdan gözlərimi güclə açıram.
Dərsdən sonra evə necə çatdığını heç hiss etmədi.
Həyət qapısına yaxınlaşanda, iki nəfərin şalban basdırdıqlarını gördü və təəccüblə
soruşdu:
—
Burada nə edirsiniz?
Onlardan yaşlısı dedi:
— Şalban
basdırırıq. Müəllimə sizsiniz?
— Bəli.
— Sizin
üçün telefon çəkirik.
Nazilə qulaqlarına inanmadı. Bir anlığa durub,
qaldı. Demək o, sübh tezdən rayon mərkəzinə buna görə gedibmiş.
Başının ağrıları şiddətlənmişdi. Otağına
keçib, dərman atdı və taxtın üstündə uzandı. Handan-hana yuxuya getdi. Bir o qədər
keçməmişdi ki, qapının tıqqıltısına oyandı. Telefon xətti çəkənlərdən biri idi.
Əlində telefon aparatı tutmuşdu.
— Müəllimə,
aparatı haraya qoysam yaxşıdır?
— Nə
deyirsiniz? - Nazilə elə haldaydı ki, nə cavab verəcəyini bilmədi.
Telefonçu onun cavabını gözləmədən dedi:
— Məncə,
yazı stolunun üstünə qoysaq yaxşıdır.
— Bəli,
bəli, düz deyirsiniz, oraya qoyun,— deyə dərhal onun sözlərini təsdiq etdi.
Telefonçu aparatı stolun üstünə qoyub, telefon xəttinə qoşdu, sonra mərkəzi
stansiyaya zəng vuraraq, telefonu yoxlamaq üçün ona zəng edilməsini xahiş etdi.
Heç bir dəqiqə keçmədi ki, telefon səsləndi və o, dəstəyi qaldırıb cavab verdi:
— Hə,
qaydasındadır. Çox sağ ol.
Sonra Naziləyə müraciət etdi:
— Müəllimə,
hər şey hazırdır. Təbrik edirəm. Mübarəkdir. Biz daha gedək.
Nazilə ona qalıb, heç olmasa bir stəkan çay
içmək üçün nə qədər dil-ağız eləsə də, telefonçu minnətdarlıq edib dedi:
— Çox
sağ olun. Biz getməliyik.
— Siz də
sağ olun.
Telefonçu getdi. Nazilə başının ağrısı hələ də
kəsmədiyi üçün təzədən taxta uzandı. Azmı keçdi, çoxmu keçdi - xəbər tutmadı.
Birdən telefon zənginə oyandı. Hava artıq qaralmışdı. Dəstəyi qaldırdı.
Telefonda bir kişi səsi:
— Nazilə
xanım, telefonunuz mübarəkdir.
— Çox
sağ olun. Kimdir danışan?
— Mənəm.
İkramdır.
—
Bağışlayın, tanımadım. Telefonda səsiniz çox dəyişib.
— Təzə
telefonda belə şeylər olur. Bir azdan sonra düzələcək. Telefonun nömrəsini gətirəcəyəm.
Şirnisini də öz qaydasında. Hələlik, xudahafiz.
Dəstəkdə səs qapandı. Naziləni fikir götürdü.
Onu belə halda necə qarşılayacaqdı? Çox fikirləşdi. Heç bir qərara gələ bilmədi.
Axşam səkkizi
ötmüşdü. Birdən fikirləşdi ki, anasına zəng çalsın. Hərçənd ki, bu vaxtlar
anası adətən yatmış olur. Bununla belə, fikrindən daşınmadı. Dəstəyi qaldırıb,
komutator vasitəsilə Bakını aldı və anasının nömrəsini yığdı. Dəstək əlində,
anasının cavab verəcəyini səbirsizliklə gözləməyə başladı. Çox gözlədi. Anasının
belə susması onu çox nigaran ıqoydu. Nəhayət ki, qulaqlıqda anasının xırıltılı
səsini eşidib, rahat nəfəs aldı.
— Ana,
mən öz otağımdan danışıram. Telefona niyə belə gec gəldin?
—
Yatmışdım. Səndən nə əcəb belə bivaxt zəng çalırsan?
— Ana,
mənim otağıma telefon çəkiblər. İndi də öz otağımdan danışıram. Bundan sonra səninlə
tez-tez danışacağam. İndi necəsən?
— İndi
yaxşıyam. Dünən səninlə danışandan sonra həkim gəlmişdi. Dedi ki, indi üzü bərisən.
— Sən məni
sevindirdin. Sonra nə var, nə yox?
—
Sağlığındır...
Onlar xeyli danışdılar. Nazilə axırda anasına
dedi ki, sabah zəng vurub, telefonun nömrəsini ona deyəcəkdir. Bundan sonra istədiyi
vaxt onunla danışa bilər.
—
Eşitdinmi?
—
Eşitdim, eşitdim.
— Di
salamat qal. Xudahafis.
Bu zaman həyətdən İkramın masınının səsi
eşidildi. Yerindən qalxıb oturdu. Bilirdi ki, İkram mütləq onun yanına keçəcəkdir.
Budur, o, anasının yanına gəldi. "Bu
vaxtadək haradasan? Bərk nigaran qalmışdım. Evdən sübh çıxansan. Məni bir başa
sal görüm bəs nə vaxt istirahətə gedəcəksən? Vurnuxa- vurnuxa qalmısan rayonun
yolunda. Bəs dincəlməyəcəksən?".
— Ona hələ
baxarıq. Bəlkə heç getmədim.
— Bıy,
başıma xeyir. Bəs gedib dincəlməyəcəksən?
— Nənə,
mənə harada xoş keçirsə, orada da dincəlirəm.
Qapı arxasından İkramın bu sözlərini eşidərkən,
onun şübhələri üzərinə elə bil gur bir işıq yayıldı. Əvvəlki xoş duyğular ürəyində
təzədən baş qaldırdı. Özündə qəti bir yəqinlik hasil oldu ki, İkramın ləngiməsi
ancaq onunla bağlıdır. "Mən səfeh isə onun bütün hərəkətlərinin mənasını
başa düşməmişəm, - deyə düşündü. - Bəs mən onu nə vaxt başa düşəcəyəm? O,
görünür ki, dillə demədiyini və ya deməyə çəkindiyini öz hərəkətləri ilə büruzə
verir. Eh, Nazilə, sənin xoşbəxt günlərin başlayır, xəbərin yoxdur. Onun qız
kimi çəkingənliyi öz təbiətindən irəli gəlir ki, bu da sevən bir adam kimi onun
ən gözəl sifətidir. Səfeh qız, sən bunu bəs nə vaxt başa düşəcəksən?".
Budur, İkramın səsi yenə eşidildi: "Nənə,
bunları götür, ayın-oyundur almışam. Süfrə aç, Nazilə xanımı da qonaq
çağıraq".
Bir azdan ara qapının o tərəfindən İkramın səsi
eşidildi:
— Nazilə
xanım, yatmamısınız ki?
— Xeyr,
xeyr, sözünüz vardı, buyurun.
— Sözüm
odur ki, bir azdan zəhmət çəkib bizim otağa gəlin. Nənəm sizi qonaq çağırır.
— Mən
onsuz da gələcəkdim sizə minnətdarlıq etmək üçün.
— Minnətdarlıq
etməyə tələsməyin. Hələ vaxtımız çoxdur.
Onun üçün əzablı və üzücü keçmiş ötən günlərin,
bir gözü gülərkən o biri gözü ağlayan günlərin artıq geridə qaldığını hiss
edirdi. İçərisində xoş bir rahatlıq yaranmışdı. O, qalxıb o biri otağa keçərkən
İkramı otaqda tək gördü. Salam verdi və dərhal anasının harda olduğunu soruşdu.
—
Burada nə edirsiniz?
Onlardan yaşlısı dedi:
—
Şalban basdırırıq. Müəllimə sizsiniz?
— Bəli.
— Sizin
üçün telefon çəkirik.
Nazilə qulaqlarına inanmadı. Bir anlığa durub,
qaldı. Demək o, sübh tezdən rayon mərkəzinə buna görə gedibmiş.
Başının ağrıları şiddətlənmişdi. Otağına
keçib, dərman atdı və taxtın üstündə uzandı. Handan-hana yuxuya getdi. Bir o qədər
keçməmişdi ki, qapının tıqqıltısına oyandı. Telefon xətti çəkənlərdən biri idi.
Əlində telefon aparatı tutmuşdu.
— Müəllimə,
aparatı haraya qoysam yaxşıdır?
— Nə
deyirsiniz? - Nazilə elə haldaydı ki, nə cavab verəcəyini bilmədi.
Telefonçu onun cavabını gözləmədən dedi:
— Məncə,
yazı stolunun üstünə qoysaq yaxşıdır.
— Bəli,
bəli, düz deyirsiniz, oraya qoyun,— deyə dərhal onun sözlərini təsdiq etdi.
Telefonçu aparatı stolun üstünə qoyub, telefon xəttinə qoşdu, sonra mərkəzi
stansiyaya zəng vuraraq, telefonu yoxlamaq üçün ona zəng edilməsini xahiş etdi.
Heç bir dəqiqə keçmədi ki, telefon səsləndi və o, dəstəyi qaldırıb cavab verdi:
— Hə,
qaydasındadır. Çox sağ ol.
Sonra Naziləyə müraciət etdi:
— Müəllimə,
hər şey hazırdır. Təbrik edirəm. Mübarəkdir. Biz daha gedək.
Nazilə ona qalıb, heç olmasa bir stəkan çay
içmək üçün nə qədər dil-ağız eləsə də, telefonçu minnətdarlıq edib dedi:
— Çox
sağ olun. Biz getməliyik.
— Siz də
sağ olun.
Telefonçu getdi. Nazilə başının ağrısı hələ də
kəsmədiyi üçün təzədən taxta uzandı. Azmı keçdi, çoxmu keçdi - xəbər tutmadı.
Birdən telefon zənginə oyandı. Hava artıq qaralmışdı. Dəstəyi qaldırdı.
Telefonda bir kişi səsi:
— Nazilə
xanım, telefonunuz mübarəkdir.
— Çox
sağ olun. Kimdir danışan?
— Mənəm.
İkramdır.
—
Bağışlayın, tanımadım. Telefonda səsiniz çox dəyişib.
— Təzə
telefonda belə şeylər olur. Bir azdan sonra düzələcək. Telefonun nömrəsini gətirəcəyəm.
Şirnisini də öz qaydasında. Hələlik, xudahafiz.
Dəstəkdə səs qapandı. Naziləni fikir götürdü.
Onu belə halda necə qarşılayacaqdı? Çox fikirləşdi. Heç bir qərara gələ bilmədi.
Axşam səkkizi
ötmüşdü. Birdən fikirləşdi ki, anasına zəng çalsın. Hərçənd ki, bu vaxtlar
anası adətən yatmış olur. Bununla belə, fikrindən daşınmadı. Dəstəyi qaldırıb,
komutator vasitəsilə Bakını aldı və anasının nömrəsini yığdı. Dəstək əlində,
anasının cavab verəcəyini səbirsizliklə gözləməyə başladı. Çox gözlədi.
Anasının belə susması onu çox nigaran ıqoydu. Nəhayət ki, qulaqlıqda anasının
xırıltılı səsini eşidib, rahat nəfəs aldı.
— Ana,
mən öz otağımdan danışıram. Telefona niyə belə gec gəldin?
—
Yatmışdım. Səndən nə əcəb belə bivaxt zəng çalırsan?
— Ana,
mənim otağıma telefon çəkiblər. İndi də öz otağımdan danışıram. Bundan sonra səninlə
tez-tez danışacağam. İndi necəsən?
— İndi
yaxşıyam. Dünən səninlə danışandan sonra həkim gəlmişdi. Dedi ki, indi üzü bərisən.
— Sən məni
sevindirdin. Sonra nə var, nə yox?
—
Sağlığındır...
Onlar xeyli danışdılar. Nazilə axırda anasına
dedi ki, sabah zəng vurub, telefonun nömrəsini ona deyəcəkdir. Bundan sonra istədiyi
vaxt onunla danışa bilər.
—
Eşitdinmi?
—
Eşitdim, eşitdim.
— Di
salamat qal. Xudahafis.
Bu zaman həyətdən İkramın masınının səsi
eşidildi. Yerindən qalxıb oturdu. Bilirdi ki, İkram mütləq onun yanına keçəcəkdir.
Budur, o, anasının yanına gəldi. "Bu
vaxtadək haradasan? Bərk nigaran qalmışdım. Evdən sübh çıxansan. Məni bir başa
sal görüm bəs nə vaxt istirahətə gedəcəksən? Vurnuxa- vurnuxa qalmısan rayonun
yolunda. Bəs dincəlməyəcəksən?".
— Ona hələ
baxarıq. Bəlkə heç getmədim.
— Bıy,
başıma xeyir. Bəs gedib dincəlməyəcəksən?
— Nənə,
mənə harada xoş keçirsə, orada da dincəlirəm.
Qapı arxasından İkramın bu sözlərini eşidərkən,
onun şübhələri üzərinə elə bil gur bir işıq yayıldı. Əvvəlki xoş duyğular ürəyində
təzədən baş qaldırdı. Özündə qəti bir yəqinlik hasil oldu ki, İkramın ləngiməsi
ancaq onunla bağlıdır. "Mən səfeh isə onun bütün hərəkətlərinin mənasını
başa düşməmişəm, - deyə düşündü. - Bəs mən onu nə vaxt başa düşəcəyəm? O,
görünür ki, dillə demədiyini və ya deməyə çəkindiyini öz hərəkətləri ilə büruzə
verir. Eh, Nazilə, sənin xoşbəxt günlərin başlayır, xəbərin yoxdur. Onun qız
kimi çəkingənliyi öz təbiətindən irəli gəlir ki, bu da sevən bir adam kimi onun
ən gözəl sifətidir. Səfeh qız, sən bunu bəs nə vaxt başa düşəcəksən?".
Budur, İkramın səsi yenə eşidildi: "Nənə,
bunları götür, ayın-oyundur almışam. Süfrə aç, Nazilə xanımı da qonaq
çağıraq".
Bir azdan ara qapının o tərəfindən İkramın səsi
eşidildi:
— Nazilə
xanım, yatmamısınız ki?
— Xeyr,
xeyr, sözünüz vardı, buyurun.
— Sözüm
odur ki, bir azdan zəhmət çəkib bizim otağa gəlin. Nənəm sizi qonaq çağırır.
— Mən
onsuz da gələcəkdim sizə minnətdarlıq etmək üçün.
— Minnətdarlıq
etməyə tələsməyin. Hələ vaxtımız çoxdur.
Onun üçün əzablı və üzücü keçmiş ötən günlərin,
bir gözü gülərkən o biri gözü ağlayan günlərin artıq geridə qaldığını hiss
edirdi. İçərisində xoş bir rahatlıq yaranmışdı. O, qalxıb o biri otağa keçərkən
İkramı otaqda tək gördü. Salam verdi və dərhal anasının harda olduğunu soruşdu.
— Siz
buyurun. Əyləşin, o da bu dəqiqə gələr. Camışının yanındadır. Sizin canınız
üçün, qəribə arvaddır. Bu camışı uşağa döndərib özü üçün. Gecə-gündüz fikri
onun yanındadır.
— Elədir.
Mən də bunu görürəm.
— Bu
arvada deyən yoxdur ki, a bacı, naxırdan qaçırsa, qoy qaçsın da. Əvvəl- axır evə
gələcək də.
Pərizad qarı deyinə-deyinə içəri girdi:
— Dədəmin
goru üçün, bir gün verəcəyəm onu qəssab bıçağının ağzına.
— Nə
yaxşı olardı,— deyə İkram sevincini bildirdi. -Səni də götürüb aparardım şəhərə.
— Eh, sən
də elə tutmusan bu şəhərin ətəyindən, buraxmırsan. Bilmirəm, nə görmüsən bu şəhərdə.
— Nənə,
acığına sənə elə gəlin rast gələcək ki, bir gün də bu kənddə qalmaq istəməyəcək.
— Ağzı
nədir qalmasın. Mən nə desəm, o da olacaq. Ata- anası da mənim sözümün üstünə nə
karədirlər ki, bir söz qatlasınlar. Onlarla qabaqcadan şərti şumda kəsmişəm.
İkram anasının bu sözlərindən Nazilənin
tutulduğunu hiss etdi. Və bu barədə söhbət salmasına peşiman oldu. Nazilənin ürəyini
almaq üçün zarafata salıb dedi:
— Nazilə
xanım, görürsünüz də nənəm özünə necə arxayındır. Yox, nənə, indi əvvəlki zaman
deyil, hərə öz istədiyi kimi hərəkət edir.
Anası yenə əvvəlki kimi öz sözünün üstündə
duraraq. Bir az da qəzəblə kükrədi:
— Əyər
o mənim gəlinimsə, ağzı nədir mənim sözümdən çıxsın.
— Nənə,
dayan bir, dayan görüm. Sən hansı gəlinindən danışırsan?
— Mənciyəzin
Təzəgüldən başqa bir gəlini var ki?
— Nənə,
Təzəgül nə vaxtdan sənin gəlinin olub?
— Bıy.
Başıma xeyir, necə yəni nə vaxtdan. Göbəkkəsmən deyilmi?
İkram bərkdən qəhqəh çəkib, gözləri yaşarınca
güldü. Nəhayət, sakitləşib dedi:
— Ay nənə,
əyər mən sənin oğlunamsa, bundan heç xəbərim yoxdur. Necə deyərlər, qız evində
toydur, oğlan evinin xəbəri yox.
— Bıy,
niyə xəbərin yoxdur? Bala, beş ildir bu cehizləri kimin üçün toplayıram? Hamısı
da xaradır, ipəkdir.
İkramın
sifəti birdən-birə ciddi bir ifadə aldı. Nazilə hətta onun əsəbiləşdiyini də
hiss etdi.
— Nənə,
bu sözləri burada dedin, keçmiş olsun. Bir daha bu sözləri dilinə gətirmə. Sənin
gəlinin başqası olacaq. Başa düşdünmü?
— Sən nə
deyirsən, bala, məni kosasaqqal eləmə. Elə dünən Xəccə bacımla danışdım. Dedim
ki, bu yaxınlarda allah qoysa qapınızı döyəcəyik...
— Çox
nahaq. Çox nahaq,— deyə oğlu onun sözünü kəsdi. -Mənə deməmiş nahaq belə işə
qurşanırsan.
— Axı,
bala. . .
O, anasının üzünə bozardı. Nazilə ilk dəfə idi
ki, İkramın anasının üzünə belə bozardığını görürdü.
— Nənə,
qurtardıq bu söhbəti. Bax, bu Nazilə xanımın yanında deyirəm, bu barədə nə Xəccə
xalaya, nə də mənə heç bir söz demə. Qulağında saxla.
Pərizad qarı karıxıb qaldı. Onun oğluna zillənmiş
gözlərində açıq bir yalvarış duyulurdu. Yazıq qarı elə bir görkəm almışdı ki,
onun bu halına Nazilənin ürəyi ağrıdı.
—
Bağışlayın, İkram,— deyə söhbətə qarışdı. - Mənim qarışmağa haqqım yoxdur.
Ancaq ana ilə belə rəftar. . .
İkram üzr istəyib onun sözünü kəsdi:
— Nazilə
xanım, deyirəm ki, gəlin bu gün telefonun çəkilməsini ləyaqətlə qeyd edək. Ona
görə də yığışmışıq. Gəlin kefimizi pozmayaq. Yaxın oturun. Nənə, sən də stulunu
yaxın çək. Dediyin barədə sonra danışarıq. Məndən incimə, --deyib, anasına
yaxınlaşıb, onun çiyinlərini qucaqladı və saçlarından öpdü.
Anası
başını aşağı salladı. Elə bil kövrəlmişdi. İkram su şüşələrinin ağzını açıb, stəkanları
doldururdu. Anası onun üçün doldurulmuş stəkanı ehmallıca geri çəkdi.
— Nənə,
bu nədir?
— Oğul,
bu yaşda məni günaha batırma.
İkram bərkdən
güldü və yenə stəkanı onun qabağına tərəf çəkdi:
— Nənə,
bu şirin sudur, nə günah. İçərsən. Şirin çay kimi bir şeydir. Qaldır stəkanını,
içək Nazilə xanımın sağlığına. Allaha şükür eyləyək ki, belə bir kirayənişinimiz
var. - Stəkanını qaldırıb, əvvəlcə anasının, sonra da Nazilənin stəkanı ilə
toqquşdurub, birnəfəsə içdi. -Nazilə xanım, bağışlayın, sizin sağlığınıza nənəmin
bu kiçik komasında içirik. Nə olar, eybi yoxdur, bu gün burada içərik, sonra isə
allah qoysa, şəhərdə-böyük salonlarda içərik.
Nazilə İkramın ona zillənmiş odlu baxışları
qarşısında özünü tamamilə itirdi. Ürəyi elə sürətlə vururdu ki, elə bil indicə
sinəsindən qopacaqdır. Dərindən nəfəs alıb, astadan səsləndi:
— Çox
sağ olun. Mən sizə çox minnətdaram.
— Elə
şeyləri düşünməyin, Nazilə xanım. Bu, bizim borcumuzdur.
Anası sudan bir qurtum içib, stəkanını yerə
qoymaq istəyirdi ki, oğlu gözlərini ona bərəltdi. Qarı əlacsız qalıb stəkandakı
suyunu axıradək içməyə məcbur oldu. İkram bişirtdirib gətirdiyi kabablardan ən
yumşaqlarını seçib Nazilənin və anasının boşqablarına qoyurdu.
Nazilə
çəkinə-çəkinə dedi:
— Siz zəhmət
çəkməyin. Mən özüm götürrəm.
— Bax,
bunları yeyin, çox yumşaqdırlar. Xahiş edirəm ki, buranı öz eviniz kimi hesab
ediniz,— deyib, ətli, qırmızı kababları seçirdi. Naziləyə elə gəldi ki, indicə
ona nəsə deyəcəkdir. Bu vaxtadək qız kimi utancaq sandığı İkramı bu gün
tanımırdı. Ona nə olub bu gün? Sevincindənmi, və ya onunla bir stol arxasında
oturmasındanmı? Bu fikirlər başında hərlənirkən birdən burnuna araq iyi dəydi.
Demə dolu sifətinin qızarması da elə bundanmış.
Demək,
ürəyindəki sözləri dilinə gətirmək üçün cəsarət toplamağı araqda tapıbmış.—
Öz-özünə gülümsündü. Elə bu an həyətdən camışın moyultusu eşidildi. Pərizad
qarı dik atılıb qalxdı:
— Vay,
qapını örtməmişəm. O da çıxıb həyətdə gəzişir.
O, çıxdı və bir azdan onun camışın sağrısına
endirdiyi çubuqların şappıltısı eşidildi.
Anasının çıxması ilə Nazilə İkramın
açılacağını güman eylədi. Elə də oldu. O, yanılmamışdı. Əvvəlcə o, nə edəcəyini
bilmədi. Karıxıb qalmışdı. O, bu dəqiqələrdə daha yaraşıqlı, məsum bir uşaq
kimi xoş görünürdü. Sifəti elə bil nur saçırdı. Onun belə görünüşündən Nazilə fəxr
edirmiş kimi köksünü dərindən ötürdü. Baxışlarını ondan ayırmayan İkram, sonra
sanki özünə cəsarət toplayıb dilləndi:
— Nazilə,
İkramın ona ilk dəfə olaraq xanımsız, yalnız adı ilə müraciət etməsindən özgə
bir zövq duydu - mən çoxdan bir söz demək istəyirəm, ancaq imkan düşmürdü -
deyib, yenə susdu, gözləri bir nöqtəyə ilişib qaldı. Nazilə onun nə deyəcəyini
bilirdi. Bunu onunla ilk tanışlığından hiss etmişdi. Ancaq bacarmırdı. Deyəcəyi
sanki boğazında ilişib qalırdı. İndi də onun deyəcəyi sözü dilinə gətirə bilmədiyini
hiss edirdi. Ona acıdı. Fikirləşdi ki. məhz indi, bu dəqiqələrdə onun köməyinə
çatmaq lazımdır ki, o çəkdiyi əzabdan bir dəfəlik xilas ola bilsin. Ona görə də
məkrli bir gülüşlə soruşdu:
— Nə
sözdür o? Buyurun.
Nazilənin bu sualı sanki İkramın dilini açdı.
—
Bilirsiniz, Nazilə,— deyə sözə başlamaq istəyirdi ki, anası camışın əlindən
deyinə-deyinə içəri girdi:
—
İkram, kömək elə, töylənin qapısını düzəldək. Qapı axıracan örtülmür. Ona görə
də dəqiqə başı həyətə çıxır. Bundan sonra gərək boynuna ip salıb, axura
bağlayım.
Qarı qurtarmaq bilmirdi. Sözü ağzında qalmış
İkram anasına tərs-tərs baxaraq, nə edəcəyini bilmədi. Anasının sözünü də kəsə
bilmədi. Nazilə onun düşdüyü çıxılmaz vəziyyəti görüb, bir sualla Pərizadın
sözünü kəsmək istəyirdi ki, otağından telefon səsi eşidildi. İkramdan üzr istəyib,
otaqdan çıxdı. Zəng vuran anası idi. O, indi özünü yaxşı hiss etdiyini söyləyəndən
sonra ordan-burdan, qonşulardan uzun-uzadı söhbət açdı. Bu zaman qapını
tıqqıldatdılar. Qız anası ilə xudahafizləşib, dedi:
—
Buyurun, buyurun.
İkram idi. Nazilə başa düşdü ki, o, anası ilə
çox danışdığından, İkram narahat olub, arxasınca gəlmişdir.
— Çox
narahat oldum. Ananızın səhhəti necədir?
—
Yaxşıdır. Narahat olmayın. Buyurun əyləşin. Anamla çox danışdım. Onu da qınamaq
olmaz. Evdə təkdir, kiminlə danışsın?
— Sən
çıxandan sonra qonşumuz Sənəm arvad anama qonaq gəldi. O qədər çox danışdı ki,
düzü yoruldum. Axırda səbrim tükəndi. Məcbur oldum ki, nəzakətsizlik edib sənin
yanına gəlim.
İkramın artıq "sən”— deyə ona müraciət etməsi
çox xoşuna gəldi.
— Nazilə,
bu qonşu arvad da gəlməyə vaxt tapdı. Bayaq sözüm yarımçıq qaldı. - O,
mehribancasına gülümsəyib, vurğun gözlər ilə Naziləni süzdü.
Nazilə
ondan qabaq dilləndi:
—
İkram, bir şeyi gözlərimiz, baxışlarımızla ifadə etməyi bacarırıqsa, nə ehtiyac
var ki, onu dilimizlə də təkrar edək?!
İkram bir uşaq kimi sevincək yerindən
qalxaraq, Naziləyə yanaşdı:
— Elə
isə icazə verin əllərinizdən öpüm.
Nazilə də həyəcanlanmışdı. Ancaq bununla belə
hər ikisinin ürəyindən keçən bir arzunu İkramın əvəzinə də çəkinmədən ifadə
etdi:
— Əllərimi
niyə, mən dodaqlarımı sənə təqdim edirəm. Bu, bir qız üçün bəlkə də ədəbdən
xaric hesab edilsin. Nə olar, qoy olsun. Sevənlər üçün bu günah deyil.
Öpüşdülər. Sonra Nazilə əlavə edərək dedi:
—
İkram, əgər sən bu hərəkətimi qəbahət hesab edirsənsə, üzr istəyirəm.
— Sən nə
danışırsan, Nazilə. Əsla, əsla. Bu, qəbahət deyil, şücaətdir. Mən belə şücaətə
həmişə həsəd aparmışam.
O gecə İkram kəndə gələni Nazilə birinci dəfə
idi ki, belə rahat və şirin yuxuya getmişdi.
Otağın pəncərəsini açıq buraxmışdı. Ayın
aydınlığı idi və otaq işığa qərq olmuşdu. Uzaqdan Kürün sərin nəfəsi çöllərdən
yayılan yovşan iyinə qarışaraq içəri dolmuşdu.
Bir aydan çox idi ki, Bakıdan-İkramdan heç bir
xəbər yox idi. Anası ilə danışarkən ondan soraq tutmağa belə çəkinirdi. Anası
axırıncı dəfə zəng çalanda, nəhayət, İkramdan söz saldı. Nazilə sevindiyindən
heç bilmədi ki, anasına nə desin. Ancaq onu soruşdu ki, o evə gəlmişdi yoxsa
telefonla danışmışdı.
—
Telefon eləmişdi.
— Bəs
demədi ki, kurorta nə vaxt gedəcək?
— Yox,
o barədə heç bir söz demədi. Ancaq onu dedi ki, şəhərdə vacib işləri var,
qurtarandan sonra o, anasının yanına gələcək. Hətta dedi ki, oraya gələndə məni
də özü ilə aparmaq istəyir.
— Çox qəribə
oğlandır. Kurort putyovkasını alıb qoyub cibinə, ancaq getmək istəmir.
— Onun
danışığından belə başa düşdüm ki, burada dəniz kənarında bir bağ alıb. İndi
orada ev tikdirməklə başı qarışıqdır.
— Onun
işindən heç baş açmaq mümkün deyil. Mən belə adam görməmişəm.
— Ancaq
səni çox təriflədi. Dedi ki, mən hələ belə ağıllı qız görməmişəm. Sən də gözlə,
birdən sənə aşiq olmuş olar ha, - deyə anası bərkdən güldü.
--Ana, sən də. . .
— Nə
olar. O, mənim çox xoşuma gəldi. Yaxşı da vəzifəsi var. Deyirlər ki, nazir
müavini işləyir. Beləsi mənə qismət olsa, sevinərəm.
Nazilə yarı zarafatla dedi:
— Ana,
deyəsən sən də bişirib hazır qoymusan.
—
Hardan, ay qızım? Allah qismətidir, bilmək olmaz. Ancaq danışığından hiss
edirdim ki, səndən çox xoşu gəlir... Sağ ol, qızım, hələlik. Özündən muğayat
ol.
O gün
Nazilənin təkcə qanadı çatmırdı uçmağa. Bütün günü İkram haqqında düşünürdü. O,
çox cəsarətli, bacarıqlı oğlan olsa da, öz sevgisini dilinə gətirə bilməməsi
ona çox qəribə görünürdü. Bu xasiyyəti olmasaydı, yəqin anasına hər şeyi açıb
deyərdi. Ancaq bir yaxşı xasiyyəti vardı ki, dili ilə deməyə cəsarət etmədiyi
sözləri hərəkəti ilə gizlədə bilmirdi. Məhz belə hərəkəti ilə anasını da şübhəyə
salmışdı. Başqa bir qız olmuş olsaydı, onun bu hərəkətini, yəni öz sevgisini
dili ilə ifadə edə bilməməsini onun acizliyi ilə izah edərdi, bəlkə də ondan üz
döndərib uzaqlaşardılar. Nazilə isə əksinə, məhz bu xüsusiyyətinə görə onu
sevirdi. Bu, həmin adamın saflığına, paklığına dəlalət eləyirdi.
Anası ilə olan axırıncı telefon danışığından
sonra bir gün imtahan yenicə qurtarıb evə qayıtmışdı ki, telefon zəngi oldu. Bu
zəngin anası tərəfindən olduğunu güman edib tələsik telefon dəstəyini qaldırdı:
--Hə, ana, mənəm,— deyə mehribancasına səsləndi.
O, telefonda kiminsə bərkdən güldüyünü eşitdi.
— Mənəm,
Nazilə xanım.
—
Ahaaa! Mən elə bilirdim ki, sən kurorta getmisən.
— Yox,
getməmişəm. Anan tərəfdən də narahat olma, maşallah, sağ-salamatdır. Sən özün
necəsən? Dərslər kəsilib?
— Kəsilib.
Axırıncı imtahanlar gedir. Bəs sən kurorta getməyəcəksən?
— Yox,
bura elə kurort kimidir. Nənəmə Mərdəkanda, dənizin lap qırağında bağ almışam.
Kür qırağı olmasın, Xəzər qırağı olsun. Onun üçün nə fərqi var, indi orada ev tikdirirəm.
Bir az başım ayılsın, gələcəyəm. Nənəmə deginən bağda onun camışı üçün töylə də
tikdirirəm. Belə sözüm çoxdur, ancaq telefonla deyiləsi deyil. Gələrəm, ətraflı
danışarıq. Hələlik, xudahafiz.
Nazilə imtahanlarını qurtarandan sonra İkramın
yolunu səbirsizliklə gözləməyə başladı. Bütün günü İkram haqqında düşünürdü.
Onun tezliklə gələcəyi isə anasını o qədər də sevindirmirdi. Onun nişanlısını
inkar etməsindən sonra oğlu gedəndən bəri arvadın üzü gülmürdü, mısmırığını
sallayıb dururdu. Nazilə heç cür onun kefini durulda bilmirdi. Bu müddətdə
oğlundan heç söhbət də salmırdı. Nazilə oğlunun Bakıda bağ aldığını və bağda
camış üçün töylə tikdirdiyini dedikdə də arvadın eyni açılmadı.
Günləri beləcə donuq, maraqsız keçirdi. Məhz
belə günlərdən birində İkram gözlənilmədən gəlib çıxdı. Onun gəlişi onun üçün fərəhli
oldu ki, o, anasını da özü ilə gətirmişdi. Ancaq bu sevinc çox ani oldu. Qorxdu
ki, Pərizad arvad onun anasını çox könülsüz və soyuq qarşılayacaqdır. Ancaq belə
olmadı. Arvad onları görəndə, elə bil birdən dəyişdi. Onları Nazilədən daha
artıq bir sevinclə qarşıladı. Çoxusu, Nazilə ona görə çox sevinirdi ki,
imtahanlarını qurtarmış, Bakıya anası ilə birlikdə qayıdacaqdı. İkramın əhvalı
daha yüksəkdi. Bərkdən danışır, yolda rastlaşdıqlarını gülə-gülə nəql edirdi.
Qız anasını öz otağına apardı. Nazilə çox
narahatdı:
- Ana,
xəbərsiz gəldiyiniz üçün yeməyə də bir şey hazırlamamışam. İkramın yanında da
biabır oldum.
—
Narahat olma, Nazilə, İkram yolda hər şey alıb. Sən özündən danış, burada necə
yaşayırsan? Sənə deyim ki, həyət-baca çox xoşuma gəldi. Otağın da maşallah, çox
yaxşıdır. İkram mənə deyəndə ki, yerin çox rahatdır, inanmırdım. İndi görürəm
ki, doğrudan da hər şey qaydasındadır. Təmiz havası, sərinliyi təkcə hər şeyə dəyər.
Yol isə cəhənnəm kimi isti idi. Toz- tozanaq, nəfəs çəkə bilmirdim.
Qapı döyüldü, Pərizad qarı içəri keçdi:
— Bir də
salam əleyküm, xoş gəlmisiniz. Bacı, soyunun, sizin üçün su hazırlamışam, keçək
əl-üzünüzü yuyün. Bizim gədə orada süfrə açıb, gedək bir stəkan çay içək,
yoldan gəlmisiniz, yorğunluğunuz çıxar. Qızım, gedək su tök, anan sərinlənsin.
Gedəyin, gedəyin.
O, Nazilənin anasının biləyindən yapışıb, öz
otağına apardı. Çıxarkən astanada qanrılıb Naziləyə dedi:
—
Qızım, sən də gəl, İkram gözləyir.
Onlar gedəndən sonra Nazilə də üst-başını səliqəyə
salıb, o biri otağa keçdi. O içəri girəndə, gözlərinə inanmadı. İkram stolun
üstündə bir səliqə tökmüşdü ki, heç bir qadın əli belə səliqə yarada bilməzdi.
O gecə nə Nazilənin, nə də anası Zeynəbin gözlərinə
yuxu girmədi. Səsləri arakəsmənin o tərəfində eşidilməsin deyə astadan, az qala
pıçıltı ilə danışırdılar. Xoruzların banına az qalmışdı ki, yuxuya getdilər.
Ona görə də gec oyanmışdılar. Pərizad qarı ilə oğlu sübh tezdən ayaq üstündəydilər.
Pərizad
tövlədə Dezertirlə məşğul olur, İkram isə həyət-bacanı səliqəyə salırdı. Nəyi
isə həyətdən çölə çıxarıb tullayır, həyətdə atılıb qalmış bəzi avadanlığı yerbəyer
eləyirdi. Nazilənin oyanıb bayıra çıxdığını görüncə, üst-başını çırpıb,
paltarını dəyişmək üçün evə keçdi. Zeynəb bayıra çıxarkən Pərizad qarı qaynayan
samovarı içəri aparırdı. Samovarı otağa aparandan sonra tez qayıdıb Zeynəbdən
hal-əhval tutdu:
— Gecəni
necə yatdınız? Barı rahatlandınızmı?
— Çox
sağ olun. Çox rahat yatmışıq.
— İndi
isə buyurun süfrəyə !
Birgə nahar eləyəndən sonra İkram üzr istəyib
rayon mərkəzinə gedəcəyini bildirdi. Tez qayıdacağam.
Nazilə:
— Nə
yaxşı olar, mən də gedərdim. Xırda-para şeylər alacağam.
İkram sevinclə:
—
Buyurun. Buyurun. Mənim üçün də xoş olar.
Arxada oturmuş Nazilə yol boyu susduqdan sonra
birdən-birə soruşdu:
— Siz
Bakıda anama demisiniz ki, xeyir işimiz var, gedəndə sizi də özümlə aparacağam.
Bilmək olar ki, nə xeyir işdir?
İkram gülümsəyərək xeyli susdu.
— Niyə
cavab vermirsiniz?
— Çünki
onu siz özünüz də görəcəksiniz. - İkram axırda ciddi bir görkəm alıb, azca çəkinə-çəkinə
dedi:
— Arada
elçilik məsələsi var!
—
Elçilik? Kimindir o elçilik? Söyləyin, biz də bilək, olarmı?
İkram arxaya qanrılmadan qürurla səsləndi:
— Özüm
üçün. Orada, Bakıda özüm təkbaşına elçilik eyləyə bilməzdim. Ananı buraya gətirdim
ki, anamla birlikdə onun hüzuruna gələk.
Nazilə
onun tökdüyü bu plana təəccübləndi. Sonra yarım zarafatla dedi:
— Axı,
siz gözəl bilirsiniz ki, ananız bu işə razılıq verməyəcəkdir. Yəqin yadınızdan
çıxıb, bir dəfə sizin göbəkkəsməniz olan qız barədə nə dedi.
— Bu
sözü o zaman deyib. İndi daha o qız yoxdur.
— Necə
yoxdur? Başına bir iş gəlib?
— Bəli,
gəlib. Qız öz dayısı oğluna qoşulub qaçıb. İndiyədək atası onları axtarır.
Bununla
da aralarındakı söhbət qurtardı. Yol artıq yarı olmuşdu. Rayon mərkəzinin kənardakı
evləri artıq görünürdü.
Sükutu
yenə İkram pozdu:
— Belə.
Bu axşam hazır olun. Anamla birlikdə elçiliyə gələcəyik.
— Mənim
üçün də bir şey aydınlaşdı. Sən gedəndən sonra Pərizad arvadın qaş-qabağı
açılmırdı. Ancaq siz gələndən sonra arvad tamam dəyişildi. Əvvəlki kimi üzü
gülür.
İkram bərkdən
qəhqəhə çəkib güldü:
--Çünki
indi arxayındır ki, o qızı artıq gəlin kimi qəbul edə bilməyəcək.
Maşın
artıq şəhərə daxil olmuşdu. Cərgə ilə düzülmüş dükan və mağazalarda qızğın
alver gedirdi. İkram maşını gül mağazasının yanında saxladı:
— Nazilə,
bir neçə dəqiqə gözləyin, mən bir gül dəstəsi
bağlatdırım.
O,
düşüb dükana tərəf getdi. O, maşından yenicə aralanmışdı ki, iki qız söhbət eyləyə-eyləyə
yoldan keçirdi. Nazilə şüşələri endirilmiş maşından onların söhbətini aydın
eşidirdi. Biri o birinə deyirdi:
— O,
deyirlər, Bakıda böyük qulluqdadır. Özü bizim Mollakənddəndir. Deyirlər, bu
yaxınlarda onu ministr qoyacaqlar.
Nazilə
bu sözlərdən içərisində dumanlı olsa da bir qürur duydu. Ancaq əlində iri bir
gül dəstəsi qayıtdıqdan sonra bu barədə ona heç bir söz demədi.
— Hə, mən
işimi qurtardım. İndi gedək, sən nə alacaqsan alaq,- deyə İkram maşını işə
saldı. - Hə, gül dəstəsi xoşuna gəldi?
Nazilə
astadan, sanki öz-özünə danışırmış kimi söyləndi:
—
Yaxşıdır, ətirlidirlər.
Onlar
bir neçə mağazaya girdilər. Nazilə anası üçün bəzi şeylər alıb, pul vermək istəyəndə,
İkram onun əlindən tutdu.
—
Eyibdir belə şeylər. Kişi yanında qadının pul verməsi eyibdir.
Nazilə
nə qədər çalışdısa, İkram tez pulu kassaya verdi.
Kəndə
qayıdan baş İkram o qədər danışırdı ki, Naziləyə ağzını açmağa imkan vermirdi.
Elə bil Nazilənin iki-üç ay bundan qabaq tanıdığı adam deyildi. Uşaq kimi
sevincək olmuşdu.
Mollakəndə
çatıb, Naziləni düşürdü. Özü isə təzədən kənd bazarına getdi. Ancaq çox ləngimədi.
Təxminən bir saat çəkmədi ki, əlində iki dolu zənbil qayıtdı. Hava artıq
qızdığı üçün alnından damla-damla tər süzülürdü.
***
Elçilik
çox qəribə keçdi. Axşam hava qaralandan sonra Nazilə ilə anası çay içirdilər.
Hava bürkü olduğundan otağın qapısını və pəncərənin hər iki tayını açıq
qoymuşdular. Söhbətin şirin yerində İkramla anası astanada peyda oldular. İkram
bazardan aldığı iri gül dəstəsini əlində tutmuşdu. İkram içəri girmədən dilləndi:
— Nazilə
xanım, olarmı?
Hər iki
qadın ayağa qalxıb onları qarşıladılar.
— Əlbəttə,
əlbəttə, olar. Buyurun içəri, bu nə sözdür...
İkram
tez gül dəstəsini Naziləyə tərəf uzatdı:
— Bu
sizə çatacaq!— deyə gülümsədi.
Nazilə
İkramın düzəltdiyi oyuna oxşar bu vəziyyətə
bərkdən gülmək istədi. Ancaq özünü güclə saxlaya bildi və yalnız "çox sağ
olun"--deyib, gül dəstəsini alıb stolun üstünə qoydu. Pərizad qarı isə əlində
tutduğu iri şokolad qutusunu bilmirdi ki, nə eyləsin. İkram anasının karıxıb
qaldığını gördükdə, anasını ehtiyatla dümsükləyib, dedi:
— Nənə,
nəyi gözləyirsən, versənə !
Oğlanın
bu sözlərindən sonra qarı şokolad qutusunu dinməz-söyləməz Naziləyə tərəf
uzatdı. Bu zaman kəsif naftalin iyi az qala onun başını hərləndirdi. Ancaq məəttəl
qaldı ki, bu naftalin iyi hardan gəlir. Pərizad qarının qəddi açılmamış
qofta və tumanını görəndən sonra başa
düşdü ki, Pərizad qarı onları təzəcə sandıqdan çıxarmışdır. Anasının da
üz-gözündən hiss edirdi ki, naftalin iyi ona da təsir edib.
Nazilənin
anası tez qalxıb çay süfrəsi düzəltdi. Qonaqlar yerbəyer olandan sonra məclisə
dilsiz bir sükut çökdü. İkram anasının susmasından başa düşdü ki, ona öyrətdiyi
sözlər yəqin ki, yadından çıxmışdır. Pərt olsa da, nənəsinə eşitdirdi:
— Nənə,
dinsənə, hörmətli xanımları başa sal ki, niyə gəlmişik.
Anası bərəlmiş
gözləri ilə oğluna baxıb soruşdu:
—
Hansını deyim, əvvəli yadımdan çıxıb...
İkram
özünü saxlaya bilməyib, bərkdən güldü. Bu dəqiqələrdə Nazilə vaxtı ilə öz
eşqini ona bildirmək istərkən çəkdiyi əzabı xatırlayıb, onun halına acıdı. Yox,
yox, bu gülüş deyildi. Düşdüyü vəziyyətin harayı idi. Təəssüfləndi ki, düşdüyü ən
ağır, çıxılmaz vəziyyətlərdə öz çevikliyi ilə Fərhad kimi qayanı çapmağa qadir
olan bir adam yenə də öz məhəbbətini nümayiş etdirməkdə acizdir. O, hər şeyə qadir idi. Ancaq eşqini bildirməkdə
yenə aciz bir uşağa dönmüşdü. Nəhayət, Nazilənin anasına müraciətlə dedi:
— Ana,
bizi bağışlayın, nənəm çox qocalmışdır. Görürsünüz də, hətta buraya nə üçün gəldiyini
də unudub. İcazə verin onun əvəzinə mən
özüm deyim. Güman eyləyirəm ki, mənim bu hərəkətimi mədəniyyətstizlik hesab etməyəcəksiniz.
Nazilənin
anası da onun düşdüyü vəziyyətə ürəkdən acıdı. Ona bir təsəlli vermək niyyəti
ilə dedi:
— Başa
düşürəm. Darıxmayın, sözünüzü deyin. Ananızı da qınamayın. Qocaları həmişə
bağışlamaq lazımdır.
İkram
bu sözlərdən elə bil qol-qanad açdı. Heç gözləməzdi ki, Nazilənin anası da qızı
kimi nəcib, mədəni qadındır. Buna görə də ürəklə sözə başladı:
— Mənim
bu dünyada nənəmdən qeyri bir kimsəm yoxdur. Bizim eldə oğlan evinin böyükləri,
ağsaqqalları elçiliyə gedirlər. Mənimsə arxam yoxdur. Buna görə də bu işi təkbaşıma, özüm görməliyəm. Sizin qapınıza cəsarətlə
gəlmişəm.
Nazilənin
ürəyində təntənə başlamışdı. O, hələ də İkramı başa düşməmişdi. Buna görə də
indi vicdan əzabı çəkməyə başladı. Yox, yox, o eşq məsələsində də əsl dağ çapan
Fərhad imiş. Danış, İkram, danış...
İkram əsl
mətləbə keçdi:
— Ana,
mən sizin qızınızı sevirəm. İstəyirəm onunla ailə qurum, oğul-uşağımız olsun,
bir-birinə dayaq olsunlar, ta mənim kimi tək-tənha qalmasınlar. Mən sizin
qızınızı ona görə sevirəm ki, onun kimi ağıllı qız dünyada tapılmaz. Halal
olsun onun əmdiyi ana südünə...
Bü sözləri
eşidəndə Nazilə kövrəldi. Eyib olmasaydı yerindən qalxıb onu bağrına basardı...
O,
sözünə davam etməkdəydi:— Buna görə icazə versəydiniz, biz bir-birimizin əlini
sıxardıq, bir balışa baş qoyardıq. Əgər məni rədd etsəniz, mən ömrüm boyu ürəyi
yaralı yaşayacağam və arxayın olun ki, sizə qarşı da qəzəbli olmayacağam. Çünki
düşünəcəyəm ki, görünür, qismətim bu imiş...
İkram
sözünü deyib qurtarandan sonra Nazilənin anası gözlərini ona dikərək sakitcə
susub durmuşdu. Bir ara otağa dərin bir sükut çökdü. Məlum oldu ki, qadın kövrəldiyi
üçün danışa bilmir. Handan-hana boğazının qəhərini açıb nəvazişlə dedi:
— Mən
Naziləni sənə bağışlayıram. Səni də bu gündən öz oğlum hesab edəcəyəm.
İkram
yaxınlaşıb qadının əllərindən öpdü. Sonra cibindən qızıl üzük çıxardıb Nazilənin
barmağına taxdı. Elə bu zaman eşikdə şimşək çaxdı, göy guruldadı və evin dəmir
damını yağış damcıları döyəcləməyə başladı.
Pərizad
qarı dilləndi:
— Bu da
Allahın bərəkətidir.
Hər şey
həll olunandan sonra Pərizad qarı onları öz otağına dəvət etdi. Orada açılmış süfrədə nə desən vardı.
Ertəsi
gün səhər İkram anasına bildirdi ki,
hazırlaşsın. Sabah Bakıya köçürük.
— Bəs
Dezertir ? Onsuz mən heç yana getməyəcəyəm.
—
Dezertiri də on-on beş gündən sonra yük maşını tutub gəlib aparacağım. O vaxtadək
on günlüyünə Əsmər xalaya tapşırarıq ona səndən də yaxşı baxar.
— Bəlkə
razı olmadı ?
— Yox,
yox, mən ondan xahiş edərəm. Yem üçün pul da verərəm.
—
İnanmıram Dezertir onun sözünə baxa. Heyvancığaz ac qalar, sən, Allah bilir, bəlkə
şəhərdə ləngidin.
— Nənə,
Əsmər xala elə arvad deyil. Özü ac qalar, onu yemsiz qoymaz. Hə, indicə gedib
onunla danışaram. Sən yol qayğısında ol.
Pərizad
qarı daha oğluna heç bir söz deyə bilməyib sinəsini dərindən ötürdü. Sonra ürəyi
sakit olmayıb əlavə dedi: — Yox, gərək mən özüm hər şeyi yerli-yerində ona baş
salım. Sən Dezertiri tanımırsan, tərsin biridir.
— O
daha sənin öz işindir. Deyəcəksən de.
Şər
qarışanadək daha ana ilə oğlu arasında heç bir söz- söhbət olmadı. O, evdə küsülü
adamlar kimi qəmli-qəmli gəzişir, əli heç bir şeyə qalxmırdı.
İkram həmin
gün Əsmər arvadla danışdı. Dezertirin yemi üçün ona xərclik verib dedi:
— Əsmər
xala, elə et ki, nənəm nigaran getməsin.
Əsmər
onu arxayın saldı ki, narahat olmasın. Əlindən gələni edəcək.
Bu müddətdə
Nazilə də anası ilə köməkləşib şeylərini qablaşdırdı.
Yola
düşəcəkləri gün, sübhün gözü Pərizad qarı qalxıb, xırda-para işlərini görüb
qurtarandan sonra Əsməri səsləyərək, Dezertiri birlikdə naxıra yola saldılar.
Qarı camışın alnından öpəndə gözləri yaşardı. Elə bu zaman İkramın kirayələdiyi
kiçik avtobus qapıya yaxınlaşdı. İkram yerə düşüb avtobusu yükləməyə
başladılar. İkram onları tələsdirirdi:
— Bir
az cəld olun, deyirlər bu gündən bərk istilər başlayacaq. Tez çıxaq ki, yolda
istiyə düşməyək.
Pərizad
qarı Əsmərlə vidalaşanda da Dezertiri dönə-dönə ona tapşırırdı:
— Əsmər,
sən allah, gözün onun üstündə olsun.
—
Arxayın ol, ay Pərizad bacı, ona səndən yaxşı baxacağam. Arxayın get.
İkram anası ilə Nazilənin anasını avtobusa
mindirib, yerlərini rahlayandan sonra Nazilə ilə birlikdə öz "Jiquli"sinə oturub yola düşdülər.
İkramın
əlinə gözəl fürsət düşmüşdü. Bunun üçün Nazilədən üzr istədi ki, anasını öz
maşınına mindirmədi, heç yaxşı olmadı.
Nazilə
ona sözünü qurtarmağa imkan vermədi:
— Lap
yaxşı elədin. Qoca arvad tək maşında darıxardı.
İkram
özünə günah eylədiyi bu işin Nazilə tərəfindən belə bəyənildiyini biləndən
sonra könlü daha da fərəhləndi. İndi yol boyu bu vaxtadək ürəyində gəzdirdiklərini
açıb tökəcəkdi. Nazilə ilə çiyin-çiyinə oturmuşdu. Ona dediklərini Nazilədən
başqa kənar bir adam eşitməyəcəkdi. Kürdəmirdən magistral yola çıxandan sonra səhnəyə
ilk dəfə aktyor kimi addımını atdı. Bu da ondan ibarət oldu ki, Nazilədən icazə
istəmədən, bir qolu ilə onun başını qucaqlayıb, dodaqlarından öpdü. Nazilə də
onun bu hərəkətini nişanlanmanın zəruri qanunlarından biri, bəlkə də birincisi
kimi qəbul edərək, etirazını bildirmədi.
— Nazilə,
bu, mənim gənclik arzum idi ki, onu çəkinmədən, sakit ürəklə yerinə yetirdim.
Bunu gərək üzüyü sənin barmağına keçirərkən eləyəydim... ancaq anandan çəkindim.
Nazilə
odlu baxışlarını onun azca pörtmüş sifətinə zilləyib gülümsündü. O fikirləşdi
ki, gənc yaşlarında yüksək dövlət xidmətçisi vəzifəsinə yüksəlmiş bu adam, nəhayət
ki, ona həmişə qüsur gördüyü bu xasiyyətindən əl çəkməyə başlayır. Bu cür vəzifədə
işləyə-işləyə bu dərəcədə çevik və bacarıqlı olduğu halda, onda qalmış
cocuqluq zəncirlərini qırıb tökməkdə
acizlik göstərməsi çox qəribə idi. Onu, daha doğrusu,başa düşmürdü. Bu, bəlkə də
onun bütövlüyündən, paklığından, hər şeyə namusla yanaşmasından əmələ gəlirdi.
Bəlkə də onu bu gənc yaşında yüksək vəzifəyə qaldıran poçt idarəsində gördüyü
adamlar kimi hamının ona hörmət etməsi də bundan doğurdu. Hər halda, bu yaşınadək
heç bir gəncdə bu məziyyətləri görməmişdi.
İkram
Nazilənin susduğunu gördükdə təəccüblə soruşdu:
— Nazilə,
niyə susdun? Bəlkə mən qəbahət iş tutmuşam?
—
Yox,yox, qətiyyən. Sənin söylədiyin sözlər məni xoş xəyallara düşürdü. Necə deyərlər,
xəyal dəryasına qərq olmuşdum.
— Sən məni
qurtardın, mənim mələyim.
Nazilə
artıq özünü qınayırdı. Necə olub ki, bu dərin incəlikləri o duya bilməyib.
Bakıya
çatanadək İkram oxuduğu zamanlardan, tanıdığı şəxsiyyətlərin həyatından elə
maraqlı əhvalatlar danışdı ki, yolun yorğunluğunu qətiyyən hiss etmədilər. Bir
də gördülər ki, maşın artıq Bakıyı
çatır.
İkram
Bakıya qayıdandan sonra günləri çox gərgin keçirdi. Necə deyərlər, başını
qaşımağa vaxtı yox idi. O, bir tərəfdən təzə aldığı bağda köhnə bir evin təmiri
ilə məşğul idi, o biri tərəfdən toya
hazırlıq görürdü. Sonra da Kürdəmirə gedib,anasının camışını gətirməli idi.
Anası isə bütün günü deyinib dururdu: "Heyvancığaz, görəsən, neyləyir.
Qorxuram, Əsmər onu yedirdə bilməyə". Oğlu isə ona söz verirdi ki, bu günlərdə
bağda evin təmiri qurtaran kimi gedib gətirəcəkdir.
Qarının
səbri tamam tükənmişdi. İkram isə anasının təkidlərinə baxmadan, başladığı işləri
səliqə ilə qurtarmağa çalışırdı. Buna görə də evdə tapılmırdı. Evə ancaq
axşamlar dönürdü. Onun da çox yarısını Naziləgildə keçirirdi. Məzuniyyət
vaxtının qurtarmasına az qalırdı. Bağ evinin təmirini qurtaran kimi toya
hazırlaşmağa başladı. Şəhərin ən gözəl restoranlarından biri ilə danışıb,
qonaqlara dəvətnamələr göndərdi. Toy gününə bir neçə gün qalmış anası üçün təzə
paltar aldı. Və tapşırdı ki, məclisdə özünü xanım kimi aparsın.
Toya
iki yüz nəfərədək adam dəvət etmişdi. Onların içərisində nazirlik işçiləri,
özünün tələbəlik yoldaşları və başqa tanış- bilişləri vardı. Nazirliyin iki nəfər
işçisindən xahiş etmimşdi ki, ona kömək etsinlər. Görəcəyi hər bir iş barədə
Nazilə ilə məsləhətləşirdi. Toyun başlanmasına iki gün qalmış bağdakı evin təmirini
qurtardı və bütünlüklə toya hazırlığa girişdi.
Toya
hazırlığın belə rəvan başa çatacağına sevinən İkram üçün birdən gözləmədiyi bir problem meydana çıxdı.
Anası ona bildirdi ki, kişilərin də olacağı toyxanaya o gedə bilməyəcək. İkram
onu razı salmaq üçün çox dedi, anası isə az eşitdi. Məsələyə axır Nazilənin
anası qarışmalı oldu. İkramın düşdüyü vəziyyət onun ürəyini ağrıdırdı. Onun az
qala bir uşaq kimi anasına yalvardığını
gördükdə, İkramı bir kənara çəkib dedi:
—
Oğlum, sən heç narahat olma. Mən onu toya gətirərəm.
Ancaq Pərizadı
yola gətirmək o qədər də asan başa gəlmədi. Qarı Zeynəbin şirin dil tökməsi
qarşısında deyirdi: "Axı, o gözəl bilir ki, mənim boz üzüm tutanda, heç dədəmi
də tanımıram".
--Nə
üçün, nə üçün axı,ay Pərizad bacı ?
— O mənə
söz vermişdi ki, Dezertirimi toya qədər gətirəcək. Toy da gəlib çatdı, bəs niyə
gətirmədi ?
— Ay Pərizad
bacı, axı o, təkdir. Hamısını birdən-birə çatdıra bilmir. Allah qoysa, toyun
başa versin, günü sabah gedib gətirəcək. Axı, bağda töylə hazır deyildi. Bu
günlərdə qurtaracaq. Tutaq ki, gətirəcəydi, harada saxlayacaqdın? Özün görürsən
ki, yaşadığınız həyətdə heyvan saxlamaq mümkün deyil. İndi Allaha şükür,töylə hazırdır. Toydan sonra
gedib gətirəcək. Heç darıxma.
— Sən
deyirsən yəni gedib gətirəcək? Tövbə, inanmıram.
— Mənə
inan. Toy qurtaran kimi onu göndərərəm,gedər, bacı canı. Əyər gətirməsə, babalı
mənim boynuma. Əziz balandır, gəl onun toyuna haram qatmayaq. İstəyirsən
çağırım sənin yanında da söz versin. Nə deyirsən, çağırım ?
Qarı
dinmədi. Zeynəb qalxıb eşikdə yoldaşları ilə söhbət eyləyən İkramı çağırdı.
Anası ilə onun arasında olmuş söhbəti xəbər verəndən sonra dedi:
— İndi
zəhmət çək, mənim yanımda söz ver ki, toydan sonra gedib onun heyvanını gətirəcəksən.
İkram
irəliləyib anasını qucaqlaldı:
— Nənə,
sənə qurban olum, elə şey olub ki, mən sənin sözünü iki eyləmişəm? Allah qoysa,
toyu qurtaraq, dərhal Dezertirin dalınca gedəcəyəm.
O, əyilib
anasının əllərindən, sonra çal saçlarından öpdü.
— Axı,
mənim səndən başqa kimi var? Sən mənim yeganəmsən. Toyda arvadlar da çox
olacaq, onlara baxarsan, çal-çalğını eşidərsən ürəyin açılar.
— O
arvadlar mənə lazım deyil. Təkcə Dezertirim yanımda olsa, elə bilərəm dünya mənimdir.
--O da
olacaq, nənəm, vallah, olacaq. Zeynəb ana da sənin bacın. Onun yanında söz
verirəm. Toyda da onun yanında oturacaqsan.
Bu sözlərdən
sonra Pərizad qarının yumşaldığını görən Zeynəb də yaxınlaşıb onu öpdü.
Əlvan
işıqlara qərq olmuş çilçıraqlar. Salonda görünməmiş bir təntənə vardı. Musiqi sədalarından
salonun pəncərə şüşələri də cingildəyirdi. Xoş danışıqlardan ağız deyəni qulaq
eşitmirdi. Pərizad qarı ömründə birinci dəfə idi ki, belə çal-çağır görürdü.
Bir azdan rəqs başladı. Xanımların geydiyi əlvan paltarların parıltısından Pərizad
qarının gözləri qamaşırdı. Qarının ağzı açıla qalmışdı, bilmirdi ki, hansına
baxsın. Zeynəb arvad onun bu halını görüb ürəkdən sevinirdi. O, yuxarı başda zərrin
yumşaq kreslolarda qoşa oturmuş İkramla Naziləni ona göstərib soruşdu:
— Pərizad
bacı, uşaqları görürsənmi?
— Görürəm,
görürəm.
—
Oğul-uşaqlı olsunlar.
— Amin
!..
Bəylə gəlin
oynayanda, bütün salon onlara əl çalanda, Pərizad qarı da qeyri-ixtiyari onlara
qoşuldu.
Bu dəqiqələrdə
Pərizad qarı öz Dezertirini tamam unutmuşdu. Zeynəb arvad altdan-altdan ona göz
qoyurdu.
Bu
çal-çağırlı, əzəmətli məclis gecədən xeyli ötmüş qurtardı.
Ertəsi
gün səhəri bərk yağış başladı. Günortayadək kəsmədi. İkram anasının yanında
yalançı çıxmasın deyə, özünə bəraət qazandırmağa çalışdı:
— Nənə,
görürsən də, belə yağışlı havalarda yola çıxmaq olmaz. Yağış olmasaydı,mən indi Kürdəmirdə idim.
Anası
onun sözləri qarşısında çox sakit bir tərzdə, onunla razı olduğunu bildirdi:
— Mən
özüm də razı olmaram ki, bu yağışda yola çıxasan. Gözləyək,görək nə vaxt kəsəcək.
Yağış
isə kəsmək bilmirdi. İkramı daha çox narahat eyləyən anasının birdən-birə xəstələnməsi idi. Nazilə
bütün günü ondan ayrılmırdı, onu güclə yedirdir, əhvalını xəbər alırdı.
— Pərizad
nənə, indi haran ağrıyır?
— Heç
yerim ağrımır. Dezertiri görsəm, hər şey keçib gedər.
Onun bu
sözlərini Nazilə İkrama xəbər verəndə, o qərara gəldi ki, heç nəyə baxmayaraq
günü sabah Dezertirin dalınca getsin.
Elə də etdi.
Hələ də davam edən yağışda sübh tezdən yola düşdü.
Həmin
gün də geri qayıtdı.Yük maşını ilə gətirdiyi camışı dəniz sahilindəki bağının
tövləsinə saldı. Bundan birinci sevinən Nazilə oldu. Ancaq İkram ondan xahiş
etdi ki, bunu hələlik onun anasına xəbər verməsin.
— Nə
üçün?- deyə Nazilə soruşdu.
— Çünki
ona sürpriz eyləyəcəyəm. Yağışlar bü gündən deyəsən kəsilir. Sabah inşallah gedərik
bağa, orada Dezertirini ona göstərərəm.
— Sən də
sürpriz etməyə vaxt tapdın. Arvad axı, hər gün onu gözləyir.
— Ona
deyəcəyəm ki, yağış daha kəsdi. Sabah gedib sənin Dezertirini gətirəcəyəm.
Bu xəbəri
Pərizad qarıya deyəndə, arvad sevindiyindən yataqdan qalxmaq istədi.
İkram
qoymadı:
— Uzan,
nənə, uzan. Allah qoysa, sabah onu görəcəksən. Sabah köçürük bağa. Sizi bağda
qoyub gedəcəyəm dalınca.
Ertəsi
gün sübh tezdən qapıda bir yük maşını hazır oldu. Köçlərini maşına yüklədilər.
Özləri də İkramın maşınına oturub, yük maşını ilə birlikdə yola düşdülər. O gün
uzun sürən yağışlardan sonra xoş bir hava idi. Yol boyu orda-burda yağışlardan əmələ gəlmiş xırda-mırda gölməçələr
Günəşin altında parıldayırdı. Bağa çatdıqda İkramın əkdirdiyi güllərdən xoş ətir
qalxırdı. Yaxınlıqda isə sakit düşmüş Xəzərin sərin nəfəsi duyulurdu.
Arvadlar
iri tut ağacının altına palaz döşəyib, səhər yeməyinə hazırlıq görməyə
başladılar. İkram da evdə şeyləri yerbəyer eyləyəndən sonra onlara qoşuldu. Elə
bu zaman yaxınlıqda moyultu eşidildi. Pərizad qarı bərkdən səsləndi:
— Bu mənim
Dezertirimin səsidir.
— Yəqin
qonşuluqda inək var, - deyə İkram səsləndi.
— Yox,
yox, bu mənim Dezertirimin səsidir. Məni qulaqlarım aldatmaz. Mənim
Dezertirimdir dayna!
— Onda
baxım görüm, bu inək hardadı? - deyib, tövləyə tərəf getdi. Tövlənin bağlı
qapısını açıb Dezertiri həyətə buraxdı. Camışı görən kimi Pərizad qarı ayaqları
dolaşa-dolaşa ona yaxınlaşdı:
— Sizə
dedim axı, bu mənim Dezertirimdir.
Camışın
başını qucaqlayıb alnından öpməyə başladı. - Mənim Dezertirim, deyəsən çox qəribsəmisən...
Qarının
gözləri yaşarmışdı.
—
Yaxşı, nənə, qoy həyətdə dolaşsın. Sən də çayını iç! - deyə İkram anasının
qolundan tutub tut ağacının altına gətirdi.
— Oğul,
nənənə kələk gəlmək istəyirdin, hə?
İkram
gülümsədi:
— Nənə,
daha burada darıxmayacaqsan.
—
Dezertirim olan yerdə heç darıxarammı?
— Nənə,
Kür qırağı olmasın, Xəzər sahili olsun, nə fərqi var. Dəniz yüz
addımlığındadır. İstəsən hər gün aparıb onu çimdirərsən.