
Viktor Tsoy həyatından yeni film gəlir
- 23.06.2020
- 0 Şərh
- 9726 Baxış
Yarpaq.az rus mətbuatna istinadən xəbər verir ki, əfsanəvi
rok ifaçısı Viktor Tsoy haqqında rejissor Aleksey Uçitelin ekranlaşdırdığı
filmin çəkilişləri başa çatmaq üzrədir.
Rejissor bu barədə mətbuata verdiyi açıqlamasında
qeyd edib:
"Yeni bir filmin çəklişləri başa çatmaq üzrədir.
Dünən son dəyişiklikləri etdik. Viktor Tsoyun ölümündən sonra baş verənlər
haqqında daha çox məlumat verən "Tsoy" bədii filminə orijinal
musiqini əlavə etdik”.
Filmin çəkilişləri Sankt-Peterburqda, Latviyada,
Kalininqrad və Pskov bölgələrində baş tutub. Ssenari üzərində rejissorla birgə
dramaturq Aleksander Qonorovski və gənc ssenarist Savva Minaev işləyiblər.
"Tsoy" filmi 22-26 iyun tarixlərində
keçiriləcək Marche du Film kinoteatr bazarında təqdim ediləcək. Tədbir onlayn
keçiriləcək.
Filmin prokata verilməsi 2020-ci ilin payızına
planlaşdırılır.