10 TV proqram rəqəmli yayımlanacaq

10 TV proqram rəqəmli yayımlanacaq

Bu ilin sonunadək Azərbaycan əhalisinin 85%-i 10 TV proqramlı açıq paketli rəqəmli yayımla təmin ediləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ANN.Az-a verilən məlumata görə, Beynəlxalq Telekommunikasiya İttifaqının qərarına əsasən, 2015-ci ilədək dünya ölkələri rəqəmli TV yayımına keçidi təmin etməlidir və artıq bəzi ölkələr buna nail olub: “Azərbaycanda da bunu həyata keçirmək üçün Nazirlər Kabinetinin ölkə ərazisində rəqəmli teleyayım sisteminin tətbiqi və inkişafı proqramı təsdiq edilib. Bununla da, Azərbaycanda rəqəmli TV yayımına keçidlə əlaqədar indiyədək sınaq məqsədilə aparılan işlər genişləndirilib”.

Artıq Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran, Quba və s. şəhərlərdə və ətraf ərazilərdə MPEG-4 standartında rəqəmli TV yayımı həyata keçirilir: “Gələn ilin yanvar ayına qədər ölkə əhalisinin 85%-nin 10 TV proqramlı acıq paketli rəqəmli yayımla təmin edilməsi planlaşdırılır”.

Qeyd edək ki, daha sonra kommersiya təyinatlı əlavə 50-60 TV proqramının yayımı da həyata keçiriləcək. Rəqəmli teleyayım tam təmin edildikdən sonra analoq televiziya yayımı dayandırılacaq ki, bunun da 2013-cü ildə həyata keçirilməsi nəzərdə tutulub.