Azərbaycanlı qız “O Səs Türkiyə”də qalib oldu - VİDEO

Azərbaycanlı qız “O Səs Türkiyə”də qalib oldu - VİDEO

"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti duel çıxışları baş tutub.

ANS PRESS-in məlumatına görə, yarışmanın son buraxılışındakı duel mərhələsində Türkiyədə yaşayan Azərbaycanın tanınmış müğənnisi Aygün İsmayılova türkiyəli iştirakçı Ezgi Delalla mübarizə aparıb.

MFÖ qrupunun üzvləri Mazhar-Özkan cütlüyünün komandasında çıxış edən duel iştirakçıları Uitney Hyustonun repertuarından məşhur "How will I know” mahnısını ifa edib. 

"O Səs Türkiyə”də ilk çıxışında "Besame Muço" adlı məşhur ispan əsərini ifa edərək 2 münsifdən "Hə” cavabı alan Aygün bu dəfə də bəyənilib. 

Sonda seçim edən Mazhar-Özkan cütlüyü qrupda yolunu Aygünlə davam etdirmək istədiyini söyləyib.

Xatırladaq ki, 2013-cü ildə Türkiyə vətəndaşı Haluk Miyakla ailə quran Aygün İsmayılova 23 avqustda ilk övladını dünyaya gətirib. Müğənninin həyat yoldaşı Haluk Miyak dueldə Aygünə dəstək üçün gələn tamaşaçılar arasında olub. 

Edebiyyat.biz