Bakı teatrından erotik art-aksiya - (18+ FOTOLAR)

Bakı teatrından erotik art-aksiya - (18+ FOTOLAR)




Bakıda yeganə müstəqil teatr olan ODA Teatrı yeni mövsümünə fərqli şəkildə hazırlaşır.

Kult.Az-ın verdiyi xəbərə görə, ötən mövsüm teatrsevərlər üçün əsl sürprizə çevrilən gənclərin yaratdığı bu teatr görünür bu mövsümdən həm də fərqli art-aksiyalarla yadda qalacaq.

Belə ki, teatrın öz Facebook səhifəsində yeni layihəyə başlayıb.

"İncəsənət üçün çəkirik (18+)" adlanan yeni layihəsi çərçivəsində mütəmadi olaraq foto və videolar səhifədə yer alacaq. İlk fotosessiya artıq indidən səs-küyə səbəb olub. Aşağıda sizə təqdim etdiyimiz fotoları teatrın əməkdaşı Nihad Qulamzadə çəkib, fotolarda obrazları canlandıran isə Aysel Vientodur.

Qeyd edək ki, avqustun 9-u saat 19:00-da müstəqil ODA Teatrı 2-ci mövsümünün açılışını edəcək. Teatrın yaydığı məlumata görə açılışda "Arzular bağı” tamaşası nümayiş olunacaq. Tamaşanın biletləri 3 manatdır. Teatrın açılışına tanınmış aktyorlar, rejissorlar və media nümayəndələri də qatılacaq.

Biletləri teatrın ünvanından əldə etmək olar. Ünvan: Əlövsət Quliyev 115

Kult.Az