Bakıda Avropa Film Festivalı

Bakıda Avropa Film Festivalı

Bakıda oktyabrın 30-dan noyabrın 9-dək Avropa Film Festivalı keçiriləcək

APA-nın məlumatına görə, festivalı Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi(AB)  və AB-yə üzv dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri "Park Cinema" ilə birgə təşkil edəcəklər.
 
2010-cu ildən bəri hər il təşkil olunan Avropa Film Festivalının proqramına AB-yə üzv olan 16 ölkədən (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 16 filmin nümayişi daxildir. Komediya, dram, sənədli film, animasiya kimi müxtəlif janrlarda olan filmlər bütün növ film pərəstişkarlarını Festivala cəlb edəcək. Xorvatiya filmi "Sirli Oğlan" və Finlandiya animasiya filmi "Niko 2 - kiçik qardaş, böyük narahatlıq" xüsusilə uşaq və yeniyetmələr üçün maraqlı olacaq.
 
Hər bir film həftə günlərində iki sessiya (saat 16.00 və 18.00), həftə sonunda isə bir sessiya ilə nümayiş etdiriləcək. Bütün filmlərə giriş pulsuzdur və bilet tələb olunmur.