Bakıda “Nadir şah” tamaşasının premyerası

Bakıda “Nadir şah” tamaşasının premyerası

Dekabrın 24-də Akademik Milli Dram Teatrında yazıçı Yunus Oğuzun "Nadir şah” romanı əsasında səhnələşdirilən "Nadir şah” tamaşasının premyerası keçirilib.

APA-nın məlumatına görə, tamaşanın quruluşu rejissoru Gümrah Ömər, bəstəkarı Sərdar Fərəcov, rəssamı İlham Elxanoğludur.
 
Tamaşada Nadir şah rolunu xalq artisti Ramiz Novruz oynayıb. Digər rollarda Vidadi Həsənov, Elşən Rüstəmov, Ayşad Məmmədov və başqaları çıxış edib.
 
 Qeyd edək ki, səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib. 

Edebiyyat.biz