Bədii film:

Bədii film: "Girov" - İZLƏ

Kultaz.com-un oxucularına Azərbaycanın “Girov” filmini təqdim edirik.

2005-ci ildə ekranlaşdırılımış filmdə Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir.

Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür.

Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının (Gülər Nəbiyeva) sərəncamına bir erməni (Qurban İsmayılov) girov verilir. Lakin zaman keçdikcə Kərimin həyat yoldaşı "düşmən"in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir.

Filmin ssenari müəllifi Eldar Quliyev, Natiq Rəsulzadə, quruluşçu rejissoru Eldar  Quliyevdir. Rollarda Gülər Nəbiyeva (Sona), Qurban İsmaylov (erməni girovu), Mirsahib (xanəndə), Afaq Bəşirqızı (satıcı qadın), Vidadi Əliyev (Əli kişi) və s. aktyorlar çəkilib.

Filmin müddəti : 01:37:17

Film rus dilində dublyajla təqdim olunur.