Bircə qaldı

Bircə qaldı "narmalni oturmaq"

Cavid Ramazanlı

İllər əvvəl bir yeni il günü Tbilisidə internasional mühitdə yığışmış, yeyib-içirdik. 

Kimsə "youtube"da Mirzə Babanın klipini açmışdı. Mirzə Baba ahıl yaşında səhnədə bu başdan o başa süzür, oynayır, oxuyurdu. Bir erməni qızı da varda çevrədə. Gözünü Mirzə Babadan çəkə bilmirdi. Klip qurtaranda, qayıdıb dedi ki, Ermənistanda heç kim bu tərzdə oxuya bilməz, belə bir tərz, belə bir müğənni Ermənistanda mümkün deyil. 

"Bizdə də kədərli mahnılar, kədərli müğənnilər var", - kimsə dedi. 

Amma erməni qız razılaşmadı: "Azərbaycanlılar dünyanın ən kədərli mahnısını da oxusalar, onda nəsə bir nikbinlik olacaq. Amma bir erməni dünyanın ən nikbin mahnısını da oxusa, onda mütləq nəsə bir faciə olacaq".

Hər xalqın bir stili var: türklər çılğındırlar, ruslar "ayı", amerikalılar qabiliyyətli, fransızlar fərsiz, italyanlar sənətkar, ingilislər siyasətcil, ermənilər də faciəvidirlər. 

Son müharibə göstərdi ki, ermənilər doğrudan da başlarına faciə açmaqdan başqa bir şey bacarmırlar. 

Ermənilərin problemi Paşinyan filan deyil, problem düşüncə tərzindədir. Bu düşüncə tərzi əsrlərdir erməni xalqına ancaq faciə gətirir. Düşüncə tərzi dəyişməsə, faciələr də heç vaxt bitməyəcək. 

Azərbaycanlılara qaldıqda, azərbaycanlıların stili də "narmalni oturmaq"dır.  

I Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra, xalqın çal-çağırı həmişə tənqid edilirdi. Hökumətə televiziyalardakı çal-çağıra görə olmazın sözlər deyilirdi. 

Amma azərbaycanlılar axırda elə mahnı oxuya-oxuya, rəqs edə-edə müharibədə qalib gəldilər. 

27 illik işğal dövrü göstərdi ki, azərbaycanlılar "çox da şey eləmədilər", faciəyə çevirmədilər yəni, vaxtı çatanda, oxuya-oxuya, oynaya-oynaya gedib torpaqları geri qaytardılar. 

İndi bir qaldı pandemiya, onu da sovuşdursalar, dünyadakı heç bir qüvvə azərbaycanlıları qiyamət gününəcən "narmalni oturmaqdan" məhrum edə bilməyəcək.