Dünyanın ən məşhur saksafon ifaçısı Azərbaycanda...

Dünyanın ən məşhur saksafon ifaçısı Azərbaycanda...

Oktyabrın 21-dən 27-dək Bakıda keçiriləcək Beynəlxalq Caz festivalı çərçivəsində dünyanın ən tanınmış saksofon ifaçılarından biri olan Brenford Marsalis konsert verməyi planlaşdırır. Konsert festivalın son günü, yəni oktyabrın 27-də Dövlət Filarmoniyasında keçiriləcək.

Məlumat üçün bildirək ki, Brenford Marsalis yeniliklərdən çəkinmir. O, Mayls Devis, Kenni Kerklend, Ömər Hakim və bas-gitaraçı Daril Consonla birgə ifalar edib, vokalçı Stinqlə də birlikdə çalışıb.