Aslan Quliyev. Azərbaycanın ən böyük yazıçısı
Proza
- 27.05.2010
- 0 Şərh
- 75748 Baxış
Alo, kimdi? İvan? İvan, sənin orda nə işin var? Belədi də, dostları yadına düşmür, ivanları başına yığır. Ay əbləh, sabah düşüb gəbərəndə gözlərini mən bağlayacağam, ya İvan? Olmaya İvan başına döyüb ağlayacaq sənin üçün? İvan nə bilir ağlamağı, ivanlar ağlamırlar! Sifətlərindən yağ daman, saqqallarına həna qoymuş mollalarla kim oturacaq, kim aparıb səni qəbrə quylayacaq? Nə, Cabir sənsən? Bağışla, sən Allah! Neyneyim, səsin tanınan səs deyil! Başın xarabdı, niyə qışqırırsan? Yaxşı, deyirəm. Kitabımı çap eləmək üçün min iki yüz dollar lazımdı. Satarıq, qazancımız da olar. Alınacaq, narahat olma. Bilirəm, kitab alan yoxdu, ancaq mənim kitabımı alacaqlar. Mən Azərbaycanın ən böyük yazıçısıyam. Of, Allah! Ədəbiyyat incə məsələdi, başını belə şeylərlə ağrıtma, sən qanan deyil! Heç kim demir, özüm deyirəm, başa düşürəm də, bu ədəbiyyatda məndən böyük yazıçı yoxdur!
Cabir günortaya yaxın gəldi, çarpayıda uzanıb siqaretini tüstülədən yazıçıya heyrətlə baxır, başını yırğalayırdı. İşlər düzələnə oxşayır, nəhayət dilləndi, şef ata tərəfdən uzaq qohumumdu, məni rəhmətlik atasına oxşadır, eşidir sözümü. Danışdım onunla. Dedi, göndər yanıma, itə-qurda oxşamasa, verərəm.
Elə mühüm adamın yanına geyib getməyə paltarı yox idi, Cabir qonşu otaqda kirayə qalanlardan onun əyninə gələn pal-paltar aldı və deyilən şirkətə getdilər. Yolda da Cabirdən əl çəkmirdi. «Sən başa düş, mən Aytmatova bərabər yazıçıyam. Di gəl əbləh tənqidçilər məni Qarasaçla belə müqayisə eləməyi özlərinə sığışdırmırlar. Gözləri götürmür! Əbləhlər özlərini elə aparırlar, guya bu ədəbiyyatda mən adda yazıçı yoxdu. Bu haqsızlıqdı, ədalətsizlikdi! Təsəvvür edirsənmi?» «Yox, - Cabir hirsliydi, sərt cavab verdi. - Mənə qalarsa əbləh tənqidçilərin haqlı olduqları bir məsələ varsa, o da məhz bu məsələdi». «Bu nə danışıqdı? Sən hansı məntiqlə belə alçaq mühakimə yürüdürsən? Xəbərin varmı, indi sənin vird elədyin sözlər həyatında dediyin əl alçaq sözlərdir! Sən rəzil məni başa düşmək əvəzinə, o əbləhlərə haqq qazandırırsan!» «Əl çək! Qanım qara olanda mən heç nə təsəvvür eləyə bilmirəm». «Demək, bilmirsən, təsəvvür eləyəndə qarnına sancı dolur? Vəkillə danışmışam, deyirəm, bir quş-quşunu öldürsəm, mənə neçə il iş verərlər? Deyir, xoş məramla öldürsən, məhkəmə nəzərə alar, olsun ki, elə məhkəmə zalından sərbəst buraxar. Deyirəm, a kişi, yer üzünü quş-quşulardan təmizləməkdən daha xoş məram nə ola bilər?». «Qara-qışqırıq salma, - onun əksinə olaraq Cabir sakit, özünə inamla danışırdı. - Mən buna yaxşılıq eləyirəm, bu isə məni haçan öldürəcəyi arzusu ilə yaşayır. Mən olmasam kitabın heç vaxt işıq üzə görməz. Fərqindəmisən?» Fərqindəydi, dərinə getmədi.
Cabir şirkətin binasını göstərib küçədə gözləyəcəyini dedi. Divarlarından, qapılarından belə soyuqluq, yadlıq, təntənə yağan binaya çəkinə-çəkinə girirdi, ortalıqda kitab söhbəti olmasaydı belə binaya ancaq meyidi girərdi. Qapıçıya tapşırılmışdı, onu dərhal içəri buraxdı və ikinci məntəbəyə qalxıb şefin katibəsini görəndə bir anlığa ayaq üstəcə donub qaldı. İlahi, həyatında ilk dəfəydi belə gözəl qız görürdü. Qız saf səsi, gülüşü, incə hərəkətləri ilə onu sehrləmişdi, özünə gələndən sonra kədərlə düşünürdü. Dünyanın ən xoşbəxt adamı olmaq üçün bu qızın yanında olmaq, səsini eşitmək kifayətdi. Qız bədənə üşütmə salan təbəssümü ilə gülümsəyir, onu içəri dəvət eləyirdi.
Geniş, işıqlı otağın yuxarı başında, arxası az qala tavana dəyən hündür kresloda şef deyilən kök, şişman kişi əyləşmişdi. Ət içində itmiş qıyıq gözləri etinasız halda onun başı üzərindən harasa baxırdı. Ona oturmağa yer göstərdi.
Şef nə bir düymə basdı, nə bir kəlmə söz dedi, ancaq iki-üç dəqiqə keçməmiş gözəlliyi ilə onu sehrləyən katibə qız pəncərədən düşən işıqda rəngdən-rəngə çalan qızılı məcmeyidə bir şüşə konyak, iki gümüş qədəh, gümüş qəndqabıda şokalad gətirdi. Şüşəni açıb qədəhlərə konyak süzdü, baş əyərək çıxıb getdi. Sarsılmışdı, bu qızın səsini eşitməyi, ona uzaqdan da olsa baxmağı belə uzaq, əlçatmaz xəyal hesab eləyirdi, şərab çəlləyini xatırladan bu adam üçünsə qız müticəsinə konyak gətirir, yəqin başqa tapşırıqlarına da əməl eləyirdi. Şef qədəhini götürüb başına çəkdi.
O isə gözləyirdi, ancaq şefin dəvət eləmədiyini görüb, qədəhini götürdü. Ömründə birinci dəfəydi belə tünd, ətirli konyak içirdi. Vur-tut bircə qədəh konyakdan sonra həyəcanı keçib getdi. Bədəninə istilik, ilıq hərarət yayılır, daha şefə ürkə-ürkə yox, cəsarətlə baxırdı.
Pulu verməliyəm, şef deyirdi, söz vermişəm, ancaq tərslikdən sən nazirlikdə bir qurd var, eyni ilə ona oxşayırsan.
- Qurd hardadı?
- Nazirlikdə.
- Necə girib ora?
- Hara? - şef duruxdu.
- Nazirliyə də, axı orda adamlar işləyirlər. Bu qurd…
- Orda qurdlar işləyir! - şef hirslə onun sözünü kəsdi.
- Mən öz gözlərimlə görmüşəm…
- Nəyi?
- Adamları…
- Yanlış görübsən!
Etiraz eləməyə cürət eləmədi, cəhənnəm olsun, durub hansısa qurddan ötrü bu adamla münasibəti korlamaq istəmirdi. Şef ona iki min dollar vermək istəyirdi. O isə razılaşmırdı, yox, deyirdi, mənə cəmisi min iki yüz dollar lazımdı. Başqasının pulunu, xüsusi ilə də haram pulu yeyə bilmərəm. İstəsəm də yeyə bilmərəm, boğazımdan keçməz, qarnımı yırtar.
- Siz məni başa düşün, - konyak onu cəsarətləndirmişdi. - Mən Azərbaycanın ən böyük yazıçısıyam. Aytmatova bərabər yazıçıyam…
- O kimdi?
- Bir halda siz Aytmatovu tanımırsız… - dili topuq vurdu, az qala işləri korlayacaqdı. Cabirin uzaq qohumundan nə gözləyəsən, bu nəsildə ədəbiyyatdan xəbəri olan bircə nəfər də yox idi.
Şef ona təəccüblə baxırdı, düş birinci mərtəbəyə, dedi, pilləkənin solundakı otaqda kassir oturur. Ona de: «Qoca əclaf, məni şef göndərib. Tələs, yoxsa fikrimi dəyişə bilərəm».
Birinci mərtəbəyə düşüb deyilən otağı tapdı, kassir qoca kişiydi, saç-saqqalı ağarmışdı.
- Məni şef göndərib, - dedi.
- Cəhənnəm ol! - qoca başını yuxarı qaldırmadan hirslə çımxırdı.
Kor-peşiman halda çölə çıxdı. Bu nə deməkdi, doğrudanmı şef fikrini dəyişmişdi? İstədi hər şeyə tüpürüb getsin, ancaq konyak onu kifayət qədər cəsarətləndirmişdi, geri qayıtdı, katibəyə məhəl qoymadan şefin otağına girdi. Vermədi, ona heyrətlə baxan şefə deyirdi, dedim məni şef göndərib, o isə başıma qışqırdı.
Şef başını yırğaladı, təzədən konyak süzüb içdi, o da bir qədəh konyak içmək fürsətini əldən vermədi. «Əclafı da demək lazımdı, - şef ona baxmadan danışırdı, - o böyük bir idarənin müdiri idi, anam orda xidmətçi işləyirdi. Məni də aparırdı idarəyə və o elə mənim gözümün qabağındaca anamı qucaqlayıb yıxırdı stolun üstünə. Anam onu dilə tuturdu, deyirdi uşaq görür, hər şeyi başa düşür, yaxşı deyil, o isə məhəl qoymurdu. Tarix təkrarlanır, təbii ki, cüzi fərqlərlə. İndi o məndə işləyir, arvadı xidmətçim, qızı isə katibəmdir. Bir azdan arvadı gəlib otağımı təmizləyəcək, özü qapının ağzında dayanacaq, mən də qızını çağırıb sevişəcəyəm. Hamı ona qoca əclaf deyir və bu adla müraciət eləməyənlərə pul vermək ona qadağan edilib. Hə, tələs. Yoxsa fikrimi dəyişə bilərəm».
Demək, düşündüyü kimi də deyilmiş, indiyə kimi gördüyü qızların ən gözəli təkcə şefin hansısa tapşırıqlarına əməl eləmirmiş, hələ bir onunla sevişirmiş də. Bir anlığa həyat, yaşamaq büsbütün gözündən düşdü, mənasını itirdi. Ayağa qalxdı.
- Götürə bilərəmmi? - konyak şüşəsini göstərdi.
- Yox.
- Niyə? - sualı yersiz çıxdı.
- Yazıçıya yarımçıq şüşə bağışlamarıq, ona görə.
Çölə çıxanda katibə ona səliqə ilə bükülüb sellafon torbaya qoyulmuş bir şüşə konyak verib, bunu şef sizə bağışlayır, dedi. Şüşəni dinməzcə aldı, başını qaldırıb qızın gözlərinin içinə baxmağa belə utanırdı, nədənsə ona elə gəlirdi ki, qızın belə şişman, eybəcər birisinin əsirinə, girovuna çevrilməsində onun da günahı var. Qızın əsir olduğunu düşünürdü, məlum işdi, belə gözəl qız o idbarı heç cür sevə bilməzdi.
Birinci mərtəbəyə düşüb kassanın qabağında ayaq saxladı. Tərəddüd içindəydi, söyməsəydi, pulu ala bilməyəcəkdi, ona bir pisliyi keçməyən qocanı söyməyə də üzü gəlmirdi. «Qoca əclaf, - qızara-qazıara dedi, - məni şef göndərib». Qoca bir söz demədən böyründəki kassanı açdı, sayaraq stolun üstünə iyirmi dənə yüz dollarlıq qoydu. Mənə min iki yüz dollar lazımdı, desə də, qoca onu eşitmək istəmədi, tapşırılıb iki min verim, etiraza yol verməyəcək tərzdə dedi.
Pulları götürüb küçəyə çıxdı. Cabir küçənin o tərəfində əlləri cibində iti addımlarla gəzişirdi, onu görən kimi qabağına qaçdı. Şefin ona iki min dollar verdiyini, hələ bir şüşə də konyak bağışladığını eşidib xeyli sevindi. Əllərini bir-birinə sürtürdü, təkcə sevinməklə qalmadı, onu yaxınlıqdakı kababxanaya apardı. Kababxanadan çıxanda ayaq üstə qala bilmir, bir-birlərinə söykənib valay vuraraq gedirdilər. Onun kefi kökəlmişdi, küçədən keçənlərə əhəmiyyət vermədən ucadan mahnı oxuyurdu.
Şapkam Rəşadın,
Paltom Elşadın.
Köynək İmranın,
Şalvar Kamranın Avarayam, avara.
Cabir də onunla birlikdə oxuyurdu, birdən onun qolundan yapışıb saxladı. Avara niyə oluruq, sənə cəmisi min iki yüz dollar lazımdı, artıq pula niyə pal-paltar almayaq, yeyib-içib xərcləməyək. Sərxoş olsa da etiraz eləyirdi, mən haram pulu yeyə bilmərəm, əmması çıxar. Əşşi, nə əmma, Cabir arxayınçılıqla deyirdi, yeyəcəyik, hələ üstündən su da içəcəyik. Yeyən oğullar necə yeyirlər, kimdən əskiyik?!
Dükanları gəzir, ona kostyum, köynək, ayaqqabı alırdılar, Cabir satıcılara da pul verirdi, götürün, deyirdi, biz səxavətli adamlarıq. Sonra da restorana getdilər. Onlar oturandan sonra yeməkpaylayan yaxınlaşıb nə yeyəcəklərini soruşanda o, başını stolun üstünə qoyub ağladı. Cabir ondan niyə ağladığını soruşdu. «Həyatımda ilk dəfədi məndən nə yemək istədiyimi soruşurlar, - göz yaşları içində dedi. - Kənddə böyümüşəm, nə veriblər onu yemişəm. Sonra da tələbəlik illəri, əlimə nə düşüb, onunla da keçinmişəm. Bircə dəfə də olsun mənə seçmək imkanı verməyiblər. Qardaş, mən həyatda bircə dəfə də olsun seçə bilmədim».
Cabir burda tanıdığı və tanımadığı onlarla adama qonaqlıq verdi. Musiqiçilərin, hardansa gəlib çıxmış rəqqasə qızın başına isə sadəcə olaraq pul yağışı yağırdı. Yenidən ağlamağa başladı, Cabir heyrətlənmişdi, sənə nə olub, niyə ağlayırsan? «Cabir, - dedi, - sənin sülalən təkcə ədəbiyyatın yox, insanlığın da düşmənidi. Şef o qızı əsir alıb. Lənətə gəlsin belə həyat, elə qız murdar bir cəmdəyin hər arzusunu yerinə yetirir! Belə də həyat olarmı?» «Olar, - Cabir dedi. - Bu həyatdı, elə şeyləri başına taxma!» «Özümdən asılıdır? Sənin vecinə deyil, çünki sən sülalən qarışıq insanlığın qənimisən!»
Evə qayıdanda ciblərində cəmisi iki yüz dollar qalırdı. Cabir ona təskinlik verirdi. Narahat olma, təzədən gedərəm onun yanına, yox deməz, səndən fərqli olaraq mən qurda-filana yox, kişinin rəhmətlik atasına oxşayıram.
Sərxoş idi, necə soyunub yatağa girməsindən xəbəri olmadı. Ayılanda Cabiri otaqda görmədi. Ayağa qalxdı, dolçadan su töküb içdi, restorandakı qonaqlığı xatırladıqca ürəyi bulanırdı. Necə olacaqdı, nəşriyyatda onu gözləyirdilər, kitabının çapı üçünsə min dollar da lazım idi. Yenidən Cabirə zəng eləməli oldu. «Alyo, kimdi? Vasya? Vasya, sənin orda nə işin var? Bu alçaq adam olmadı, kişi olmadı, dostları yadına düşmür, Vasyaları yığır başına. Deyən də yox, ay əbləh, sabah düşüb gəbərəndə çənəni mən bağlayacağam, ya Vasya? Vasya baş-gözünə döyüb sənin üçün ağlayacaq, ya mən? Cabiri çağır, zəhmət olmasa. Nə, ölüb, çənəsini də bağlayıbsan? İndi necə olacaq, nəşriyyatda məni gözləyirlər, bu rəhmətlik isə, - əslinə qalanda ona rəhmət düşmür, belə əbləhi lənətləmək lazımdı! Pullarımın axırına çıxır, sonra da qıçlarını uzadıb ölür. Xəzəl kimi səpirdi, dədəsinin puluymuş kimi ona-buna bağışlayırdı! Elə yaxşı olub gəbərib, şərini məndən uzaq eləyib. Onsuz da günlərin birində vurub öldürəcəkdim onu, bunlara da bələdəm, indi deyirlər xoş məramla öldürsən nəzərə alarıq, iş-işə gələndə məram-filan yadlarına düşməyəcək! Nə, Cabir sənsən?! Bağışla, sən Allah! Allah sənə dönə-dönə rəhmət eləsin! Niyə bağırırsan, diriyə də rəhmət var. Neyneyim, vallahi-billahi səsini tanımaq olmur. Heç kimin sənin bağrını çatlatmaq fikri yoxdu. Min dolların işi necə olsun, sən bundan danış. Narahat olma, satılacaq. Tüpürüm sənin müşahidəçilik qabiliyyətinə! Bu sahədə sənin qandığın bir şey yoxdu! Yaxşı, gözləyirəm».
Günortaya yaxın qapı açıldı, Cabir hay-küylə içəri girdi. Qalx ayağa, qışqırırdı, aparaq bu cırcındırları sataq. Dünən axşam şefi tutublar, kassir ondan pul alan adamların adını yazıb. Sən məlunun adı da var o siyahidə. Axşama pulu qaytarmasaq, səni salacaqlar içəri. Orda əməlli başlı seçəcəksən, sənə kefin istəyən kimi seçmək imkanı verəcəklər. Deyəcəklər, möhtərəm yazıçı, cücə cığırtması yeyirsən, ya balıq kababı? Çarpayıda yatırsan, ya divanda? Bilirsən, o, şefin anasını şey eleyirmiş, sonra da şef onun arvadını, qızını, indi də o şefi…
Bir azdan küçəylə gedirdilər, dünən böyük həvəslə aldıqları paltarları çiyninə atmış Cabir qabaqda gedirdi, o da arxasınca qaçırdı. Cabir, deyirdi, bəs kitab necə olacaq? Sən başa düş, mən Azərbaycanın ən böyük yazıçısıyam.
- Of, Allah! - Cabir ürəyini tutub, iti addımlarla yoluna davam elədi.
- Mən Azərbaycana sığmıram, dünya miqyaslı yazıçıyam. Bu alasəfeh tənqidçilər isə məni heç Qarasaçla da müqayisə eləmirlər. Bu haqsızlıqdı, təsəvvür eləyirsənmi?
- Yox! - Cabir hirslə dedi.
- Niyə?! - küçənin ortasında dayanıb qışqırırdı. - Necə olur ki, sən belə adi şeyi təsəvvür eləyə bilmirsən?!
- Ay qoyun, indi təsəvvür eləmək vaxtıdı? Sənə demişəm axı, qanım qara olanda mən heç nə təsəvvür eləyə bilmirəm!
-Eləmi?! Gör sənə nə deyirəm, məni onsuz da tutacaqlar. Ürəyimə daman başıma gəlir. Vurub səni öldürəcək, gedib kişi kimi yatacağam! Təsəvvür eləyə bilmir! Niyə bilmirsən, beynin yoxdu?
Cabirsə artıq iş başındaydı, paltarları yoldan keçənlərə göstərir, alın, deyirdi, Azərbaycanın ən böyük yazıçısının paltarlarıdı. Dahi yazıçı bunları geyməyə macal tapmayıb, təptəzədilər. Yoldan keçənlər isə yazıçı qələminin məhsulu olan kitablara olduğu kimi, yazıçının şəxsi paltarlarına da biganəydilər, almağa həvəs göstərmirdilər.