Habil Əliyevin xanımı: “Əvvəlki günlərə nisbətən vəziyyəti dünəndən normallaşıb”

Habil Əliyevin xanımı: “Əvvəlki günlərə nisbətən vəziyyəti dünəndən normallaşıb”

"Hələlik ayağa dura bilmir, yataq şəraitində müalicə alır. Amma əvvəlki günlərə nisbətən vəziyyəti normallaşıb”.

Bunu APA-ya xalq artisti, məşhur kaman ustası Habil Əliyevin xanımı Şərqiyyə Əliyeva deyib.
 
Onun sözlərinə görə, H.Əliyev dünəndən özünü yaxşı hiss edir: "Əvvəlki günlərə nisbətən vəziyyəti dünəndən normallaşıb. İki gün əvvəl, ümumiyyətlə, danışa bilmirdi, bizim sözlərimizə reaksiya da vermirdi. Ümidimiz hər yerdən üzülmüşdü. Şükür Allaha, indi normal danışa bilir, əvvəlki pis vəziyyəti arxada qaldı”.
 
Ş.Əliyeva əlavə edib ki, həyat yoldaşının müalicəsi davam edir: "Həkimlər gəlib-gedirlər, nə lazımdırsa, edirlər. Amma özü xəstəxanaya getməkdən yenə imtina etdi. Deyir, darıxıram xəstəxanada, ev yaxşıdır. Ona görə müalicəsi ev şəraitində davam edəcək”.
 
Qeyd edək ki, H.Əliyev ağ ciyər pnevmoniyası və ürək çatışmazlığından əziyyət çəkir.