
İlham pərisi təqaüdə çıxarsa - HEKAYƏ
ƏDƏBİYYAT, Proza
- 08.06.2014
- 0 Şərh
- 1023 Baxış
Rahim Wali
İlham pərisi təqaüdə çıxarsa...
İlham pərisi təqaüdə çıxarsa...
Nə oldusa, birdən-birə parkda nəğmə oxuyan quşların cikkiltisi kəsildi. Oturacaqda əyləşən cavan oğlan gitarını qabından çıxarıb köklədi. İfa etmək istəyəndə mizrab üçüncü simi qırdı. Kor-peşman yenidən gitarı qabına qaytarıb yanına qoydu. Gözəl havadan həzz almağa çalışdı.
Sərin meh soyuğa çevrildi. Qara buludlar peydə olanda göy qurşağı da insanlar kimi gizlənməyə yer axtarırdı. Bəlkə də hansısa göydələnin ardına keçdi, bilmədim.
Yağış yağmağa başlayanda restoranlarda əlavə masalar quruldu. Amma aşbaz nə isə kefsiz idi. Bişirdiyi yeməklərdə qeyri-adilik hiss etməyən müştərilər də narazı qalmışdı.
Gözlənilməz yağışlı havaya görə açıq havada olacaq konserti təxirə salınan pop – qrupunun təşkilatçısı səsgücləndiriciləri futbol topu ilə səhv salmışdı. Qrupun solisti isə səsi tutulduğuna görə bu gün baş verənlərdən tam razı görünürdü.
Futbol demişkən, yağan yağış futbolçuların kefinə soğan doğruya bilməzdi. Palçığlı ot örtüyündə mübarizə daha da canlandı. Ancaq ötürmələr,qayda pozuntuları və nəğmə deməyi kəsmiş azərkeşlərin mübarizə qızışan zaman kütləvi söyüş səsləri... Maraqlı ola biləcək qeri-adi, usta hərəkətlər yox idi.
Futbol demişkən, yağan yağış futbolçuların kefinə soğan doğruya bilməzdi. Palçığlı ot örtüyündə mübarizə daha da canlandı. Ancaq ötürmələr,qayda pozuntuları və nəğmə deməyi kəsmiş azərkeşlərin mübarizə qızışan zaman kütləvi söyüş səsləri... Maraqlı ola biləcək qeri-adi, usta hərəkətlər yox idi.
Polis də səbrini itirmiş, dəyənəyi tapmışdı.
Bir küçə aralıda stadiondan gələn səsləri eşitmək istəməyən yazıçı qapı-pəncərəni sıx bağlayıb qulaqcıqda Yirumaya qulaq asaraq romanının son epizodunu tamamlamağa çalışırdı.
Qəzetlərdə senzura quran redaktorlar üçün də qara gün idi. Yazarlardan əsər gəlmədiyini görəndə əvvəllər göndərilən söyüşlü məqalələrin yan- yörəsin düzəldib çapa göndərdilər.
Reportyorların bütün planları suya düşdü. Moda podyumlarında nümayiş olunmalı paltarların saxlanıldığı anbarı su basdı, fərqli mənzərə çəkmək üçün dəniz kənarına sığınan rəssamın rəsmini su yuyub torpağa öz zövqündə əks etdirdi, şeir yazmaq istəyən şair o qədər içdi ki, qələmi əlindən saldı, sevgililər sevgi dolu sözləri təxirə salıb birbaşa yatağa keçdi, musiqilər bəstələnmədi, uşağlar oynamağdan cana doydu, yeni maxnılar olmadı, zarafatlar kəsildi və daha nələr-nələr...
Və gecə yarısı, hər gün qaynayıb-qarışan şəhərin sönük ab-havasını görən İlham Pərisi fikirləşdi ki, görən o, bu şəhərdən bir günlük yox, həmişəlik ayrılıb təqaüdə çıxarsa... Nələr olacaq?