Kəramət Böyükçöl. Yeni şeirlər
Poeziya
- 31.01.2010
- 0 Şərh
- 7878 Baxış
Mən payız oxuyuram
Ağaclar xatirə dəftəri olur payızda,
Paltarları sözlə dolu,
Hər gün yarpaq vərəqləyirəm,
Mən ağac oxuyuram,
Təkcə yağış qarışdırmasa payızın rəngini
Quşların havasıdı ağaclar,
Hər gün gəzişərlər üstündə,
Küləksə silər havadakı dırnaq izlərini,
Mən hava oxuyuram,
Təkcə yağış qarışdırmasa payızın rəngini
Payız yorğan kimi sərilər ağacların üstünə,
Yarpaqlar quş olar ağacdan yerə qədər.
Mən quş oxuyuram,
Təkcə yağış qarışdırmasa payızın rəngini
Təkayaqlı dayanar ağaclar əlləri cibində,
Quşları dinləmək üçün.
Quşlarsa yuvadan gülümsəyər adamlara,
Mən yuva oxuyuram,
Təkcə yağış qarışdırmasa payızın rəngini
Yağış yağar havanın üstünə narın-narın,
Yalqız bir qızın səsi islanar çöldə,
Bir tərəfdə toy səsi gələr, bir tərfdən qatar gedər.
Dolar saat 12-yə toylar,
Qatarlar 12-də yola düşər.
Adamlar aldanar payızın havasına,
Mən adam oxuyuram,
Təkcə yağış qarışdırmasa payızın rəngini
Əsgər haqqında film
Bəlkə də əlini göydən çəkməkdi ölüm,
İndi İraqa adam yağır,
Həmişə qış olar orda.
Ağrımaq yaşadığını hiss etməkdi,
İlk dəfə qoluna inanar yaralı əsgər.
Əsgər ən çıxılmaz anında bir də görərsən
gizlənib ovuclarında siqaret çəkər.
Siqaret çəkmək fikirləşməkdi.
Bir güllə payı var hər əsgərin ömründə,
Əsgərlər üçün qəbirdi səngər.
Torpağın sinəsinə üz söykəmiş əsgərin adı
öldüyü yerə düşər,
Nəfəsi qarı dondurar.
Əsgərlərin suçu yoxdu,
Günahkar əllərdi.
Ən çox da başala barmaq tətik çəkə bildiyi üçün qatildi.
Şəkil arxası yazı
Şəkli ilə yanaşı durar ölən adam,
Ruhu qaçıb dolar şəklinə,
Həmişə təzə saxlar,
Qoymaz divardan enməyə özünü.
Yeri qalar üstü havayla örtülmüş evində,
Hərdən yada salar özünü,
Tökər döşəməyə ayaqlarını,
Bir az qəm, bir az gülüş səpər evinə,
Həmişə oyaq olar ölən adam.
Əşyaya dünüb dolar evinə,
Bir də görərsən göyərər qapıda ölən adam,
Bütün yaşıl ağaclar kimi...
Bəlkə də unudulan ölülərdi quruyan ağaclar,
Bir şəkil sürüşüb düşər divardan,
Hər ölən ağacdan sonra.
Ölü
Havanı yorğan kimi çəkər üstünə,
Keçər havanın o biri üzünə,
Bəlkə də havanın o üzünə keçməkdi ölüm,
Əgər bu belədirsə,
onda həyatla ölüm arasında sərhəddi hava.
Laborotoriya
şair dostum II Qismətə nəzirə
Bir damcı göz yaşından analiz ver,
Görəcəksən ki, içində şəklim var.
Analiz ver ayaqlarından,
İçindən tozlu-torpaqlı Zahid Xəlilov küçəsi çıxacaq,
Görəcəksən!
Saçlarından bir tel oğurla analiz ver,
Görəcəksən ki, içindən dodaq çıxdı.
Analiz ver barmağından bir çimdik,
İçindən üzük çıxacaq, üzük.
Nişan üzüyü,
Ölçüsü 18,
Əyarı 583
Amma əllərindən bir qram analiz versən,
Mütləq qatil olduğunu biləcəksən.
Cəzası evlənməkdi,
Əhv yoxdu burda.
[email protected]