
Məhəmməd Kərim. Bu dünyadan bir gün istə
ƏDƏBİYYAT, Poeziya
- 17.07.2014
- 0 Şərh
- 918 Baxış
Məhəmməd Kərim
Bu dünyadan bir gün istə
Bu dünyadan bir gün istə
Bir ömür yaşa ver bada,
Ölüm ayağında bir gün istə.
Yapış əlindən, ayağından.
Yol saçını,cır üzünü
Bu dünyadan bir gün istə
Düş sinən üstə
Ağla,ağlat bu dünyanı.
Çırpın,capalan.
Köməyin də nə anan var,nə balan.
Kənardan deyərlər-can çəkir,can üstə
Ölmək asan olub,yaşamaq çətin.
Nə qədər olsan da dağ kimi mətin
Sınacaq belin,əyiləcək qamətin.
Yaşa,fərqinə varma həyatın.
Öləndə bu dünyadan bir gün istə
Ölüm-kipriklərin qovuşması,
Ölüm-dodaqların öpüşməsi,
Ölüm-ciyərdən ayrılan bir udum hava.
Ölüm-sevincli günlərin kədərli
Ölüm-kədərli günlərin bayramıdır.
Sən də bu dünyadan bir gün istə...