“Molla Nəsrəddin”- Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsi başa çatdı

“Molla Nəsrəddin”- Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsi başa çatdı

“Molla Nəsrəddin” məcmuəsinin yaradıcısı Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş “Molla Nəsrəddin”- Azərbaycan 2009” Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub.

Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FEKO), Rəssamlar İttifaqının dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə 70 ölkədən 500-ə yaxın rəssam iştirak edib. İlk dəfə açıq səsvermə yolu ilə keçirilən beynəlxalq müsabiqənin qızıl, gümüş və bürünc mükafatlarına Rusiya, Xorvatiya, Çin, Türkiyə, Avstraliya, Hollandiya və Ukrayna rəssamları layiq görülüblər. Azərbaycanlı karikaturaçılar müsabiqənin xüsusi mükafatını alıblar.

Mükafatlandırma mərasimi və sərgisinin açılışı aprelin 7-də V.Səmədova adına Sərgi Salonunda keçiriləcək. Sərgidə müsabiqə qaliblərinin və mükafatçılarının əsərləri nümayiş etdiriləcək.