Nərgiz Əliyarova Nyu-Yorkda çıxış edəcək

Nərgiz Əliyarova Nyu-Yorkda çıxış edəcək

Tanınmış pianoçu, Əməkdar artist, professor, beynəlxalq müsabiqələr laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova fevralın 17-də Nyu-Yorkun Müqəddəs Mark kilsəsində (Saint Mark's Church) keçiriləcək konsertdə çıxış edəcək. Konsertdə Afroamerika bəstəkarlarının əsərləri səsləndiriləcək.

Bu barədə məlumat musiqiçinin saytında yer alıb. Konsertdə, həmçinin Gizem Yucel (skripka), Şenika Con Cordan (soprano) və Sterlinq Elliot (violonçel) çıxış edəcəklər.