Nicat Həşimzadə - Sosializm zooparkı

Nicat Həşimzadə - Sosializm zooparkı

Əsl adı Erik Artur Bleyer . Dünya ədəbiyyatında isə Corc Oruel imzası ilə tanınır. 1903-cü il iyunun 25-də Hindistanın Motixari şəhərində doğulub. 1 yaşı olarkən ailəsi Londona köçür. İlk hekayələrini tələbəlik illərində yazıb və bu hekayələrə görə heç bir uğur qazanmayıb. İspaniyada vətəndaş müharibəsi baş verəndə ideyalarına görə solçu olan Oruel qəzet müxbiri kimi İspaniyaya yollanır və partizan dəstəsində vuruşur. Gizli polis agentləri tərəfindən təqibolunduğunu bildiyinə görə Londona qayıdır.
Oruell məşhur "Heyvanıstan" əsərini 1943 – cü ildə yazır. 1945 – ci ildə çap olunan əsər kütlə tərəfindən maraqla qəbul olunur. Bu əsərdən sonra müəllif məşhurlaşır. " Heyvanıstan ” əsərində sovet dövlətinin lideri  İosif Stalinin proobrazı yaradılıb. Napoelon Stalinin ümumiləşdirilmiş obrazıdır. Snouboll Trotskinin bədiiləşdirilmiş əksidir. Lakin çox maraqlı məqam var. Snouboll Napoelon tərəfindən fermadan – Heyvanıstandan qovulur. Əsəri çox bəyəndim. Amma başa düşməkdə çətinlik çəkdim. Tərcüməçi Vilayət Quliyevin ön sözünü bir neçə dəfə təkrarən oxudum. Əsəri ümumi qəbul edərkən anlamaq daha asan olur. Obrazların hansı tarixi şəxsiyyəti canlandırmasını araşdırarkən beyin yorulur, romanı anlamaq çətinləşir. Konkret olaraq birmənalı şəkildə hansl obrazın hansı tarixi şəxsiyyəti ifadə etməsini söyləmək çətindir. Mən əsərdən ümumi anladığım hadisələri sizə demək istəyirəm. Heyvanıstan əsəri hələ də aktual olaraq qalır, çünki əsərdə baş verən hadisələr əksər ölkələrdə yaşanır. Corc Oruel əsərlərində totalitarizmi kəskin tənqid edir. Müasir Azərbaycanda da ideya baxımından Oruelin davamçılarını görmək olar. Oruel ictimai fikrin davamçısı hesab olunurdu. Bu, təsadüfi məsələ deyildi.
Əsərin sujet xətti çox maraqlıdır. Fermaya Cons rəhbərlik edir. Heyvanlar onun inzibati idarəçiliyindən bezirlər, biganə münasibətə etiraz edirlər, üsyana qalxırlar. Vilayət müəllimin ön sözünə inanaraq deyə bilərəm ki, Qoca Mayor obrazı Leninin və ya Marksın obrazıdır. Mayor heyvanları inqilab etməyə çağırır, heyvanların söhbətində Consun necə ədalətsiz qərarlar verdiyinin şahidi oluruq. Mayorun heyvanlara dediyi bu sözlər çox maraqlıdır :
- İnsana qarşı mübarizə apararkən biz heç vəchlə özümüzü ona bənzətməyə çalışmamalıyıq. Hətta mübarizə qələbə ilə başa çatandan sonra da insanın həyat tərzini qəbul etməyin.
Minimus obrazı ehtimallara görə Maksim Qorkini ifadə edir. Maksim Qorkinin Stalinə şeir həsr edib etmədiyini dəqiq bilmirəm. Romanda liderlərə şeir həsr edən saxtakar şairlər, rejim qullar tənqid olunur, daha səmimi desəm Oruel onlarla məzələnir.
Yazıçı Marks və Lenin ideyalarını qəbul etmir, Marksın ideyalarını qəbul etmədiyindən qəti şəkildə əmin olmaq olmaz. Çünki Oruel də ideya baxımından sosial bərabərliyi dəstəkləyirdi. Amma Leninçi marksizmə qarşı etiraz etdiyini əminliklə demək olar.
Napoelonun heyvanlara qarşı törətdiyi qanlı əməllər 37 – ci il repressiyalarına işarədir. Heyvanların apardığı azadlıq mübarizəsi qələbə ilə nəticələnir, öz istəyinə çatan heyvanlar sevinərək " Malikanə ferması ” sözlərini silib, yerinə Heyvanıstan ferması yazırlar. Napoelon Snoubollu tənbəllikdə təqsirkar bilir, ona qarşı ədalətsiz davranır. Hiss olunur ki, o, yeganə ağa olmaq istəyir. Heyvanlara onlara məcburən əzbərlədilən şüarları hər yerdə yüksək səslə oxuyurlar. Aldadıqlarının fərqinə varmırlar, lakin romanın sonunda biz heyvanların apardığı mübarizə nəticəsində ağalığı ələ keçirən obrazın Consdan daha təhlükəli idarəçi olduğunu görürük.
Napoelonun əlamətdar günləri atəşfəşanlıqla keçirilir. Artıq ona yoldaş Napoleon deyərək müraciət edirlər. Bu hissələrdə şəxsiyyətə pərəstiş tənqid olunur.
Minimusun " Yoldaş Napoelon ” şeirində o dövrün prosesləri geniş şəkildə təsvir olunub. Şeirdə rəhbərə məzlumların atası, xoşbəxtliyin memarı həm də çirkablar hökmdarı kimi müraciət olunur.
......Yolumuza nur saçan
Qürur və hökm dolu
Gözlərinə baxanda
Yaşa, yoldaş Napoleon .
Napoleon ( Stalin ) bu şeiri çox bəyənir. Əsərin birinci hissəsində dedik ki, Malikanə ferması əvəzinə Heyvanıstan ferması yazılır. Qonşu fermalar məlum fermadakı anarxiyadan narahat olurlar. Heyvanlar sanki daha dəhşətli rejimdə yaşamaq üçün mübarizə aparırmışdılar. Romanın sonunda Heyvanıstan sözü silinir, əvəzinə yenidən Malikanə ferması yazılır. Corc Oruel Heyvanların mübarizəsinin mənasızlığını sübut edir.

Hər kəsi bu romanı oxumağa çağırıram. Mütləq oxuyun.