“Qəzəllər” layihəsi: Muğam Mərkəzində növbəti konsert

“Qəzəllər” layihəsi: Muğam Mərkəzində növbəti konsert

Beynəlxalq Muğam Mərkəzində tanınmış qəzəlxan Əliağa Vahidin yaradıcılığına həsr olunmuş konsert proqramı təşkil olunub.

Muğam Mərkəzindən Yarpaq.Az-a bildirilib ki, "Qəzəllər” layihəsi çərçivəsində təşkil olunan konsertdə Əməkdar artist Ehtiram Hüseynov və Azərbaycan Televiziyası və Radiosunun solisti Kamilə Nəbiyeva çıxış ediblər.

Qeyd edək ki, Muğam Mərkəzinin "Qəzəllər” layihəsi tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərlərinin təqdim edilməsi ilə davam edəcək.