Sözün nekroloqu - ŞEİR
Poeziya
- 13.10.2015
- 0 Şərh
- 1532 Baxış
Cavanşir
Xalqın başı olsaydı
yolunu bilsəydi
bir olsaydı
bir üzlü olsaydı
uzaqbaşı ikiüzlü olsaydı
stolitsa (paytaxt) olmasaydı
bu ölkə telekanallarına
baxmağa
adamın gözü
yançalarında olsaydı
Ayaqyolu ölkə...
heyvərə sağlıqlar...
murdar varlıqlar...
yavalıq
yalan mədəni, mənbəyi
obşestvenni buğalar,
beşşini mat...lar,
matışkalar..,
Allahın vəhşi səbri
yumor
"Boq umer”
yadelli,
özümüzünkü anlaşılmazlığı...
Şəhidlik zirvəsinə dırmaşmaq
ehtiyatsızlığı...
məğlubiyyətin
bayramı,
bayrağı...
yaşamağın səhv,
heyvərə davamı...
öyüldükcə
gücdən düşən,
söyüldükcə
sırtıqlaşan vətən...
Torpağı gedən
gülməz, ağnamaz...
Torpağı gedən
Xalqını talamaz
Torpağı gedən
Şer yazmaz,
mahnı oxumaz,
yemək yeməz,
nəfəs almaz...
Torpağı gedən
torpaq gedəndə
nə etmək lazım olduğunu
bilməyib,
aldadıblar
düzünü deməyiblər ona...
onsuzda
bu torpaqda
hamının yalan danışdığını
hamı bilir
bircə günlüyə danışmayın
baxın görün
yalan danışmayanda
bu ölkənin adamı necə olur...
Quba