Yaşar Bünyadın yeni kitabının təqdimat mərasimi olacaq

Yaşar Bünyadın yeni kitabının təqdimat mərasimi olacaq

"Köhlən” nəşriyyatında Yaşar Bünyadın "Azan gəmilər limanı” adlı yeni romanı çap olunub. 

Yarpaq.az xəbər verir ki, romanda Qismət adlı gəncin taleyindən bəhs olunur. Atası Qisməti müharibədən qurtarmaq üçün Rusiyaya qaçırdır. Müəllif Qismətin timsalında, doxsanıncı illərdə dolanışıq dalınca Rusiyaya gedən minlərlə azərbaycanlının həyat yoluna işıq salır.

Qeyd edək ki, kitabın təqdimat mərasimi iyul ayının 14-ündə, saat 16:00-da Kitabevimdə baş tutacaq. Maraqlananlar dəvətlidir.

Müəllif haqda: Yaşar Bünyad 1956-cı ildə Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. S.M.Qənizadə adına 5 saylı orta məktəbi bitirəndən sonra, təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirib. 1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb.
Müəllifin üçüncü kitabıdır. Bundan qabaq "İblis busəsi” (roman) və "Miqrant” (hekayələr) kitabları çap olunub.