Andrey Platonov. Qədirbilən dovşan (nağıl)
- 04.09.2020
- 0 Şərh
- 13726 Baxış
Bayram
günü valideynlər balaca oğlanlarını qonaqları çağırmağa göndərdilər: "Get
filankəs əmini çağır, bəhmənkəs babanı çağır, filan dayı da yadından çıxmasın…”
Uşağa o qədər ad saydılar ki, kim olsa yadından çıxardı.
Uşaq
küçəyə qaçdı və bayıra çıxan kimi kimləri qonaq çağıracağı yadından çıxdı. Evə
qayıdıb təzədən soruşmağa cəsarəti çatmadı. Fikirləşdi: "Yaxşısı gedim bütün kəndi
çağırım, aralarında bizim çağırmaq istədiklərimiz də olacaq”. Və o, kəndin
bütün küçələrini gəzib hamını qonaq çağırdı. Hamı təşəkkür edib gələcəyini
bildirdi. Uşaq evə qayıtdı.
Qonaqlar
yığışmağa başladı. Tezliklə kəndin bütün sakinləri gəlib çıxdı. Oğlanın
valideynləri qorxuya düşdülər:
- Bu nədir
belə? Bu qədər adamı necə yedizdirəcəyik?
Oğlan
ata-anasına dedi ki, kimləri çağırmaq yadında qalmadığı üçün bütün kəndi
çağırıb.
Qonaqlar
yemək gözləyirdi. Ata-ana evdə nə varsa gətirib stola düzdülər, amma özləri də,
uşaq da gördü ki, bu azdır.
- İşləri
necə korlamısansa, özün də yoluna qoy! – Valideynləri oğlana dedi.
Uşaq
valideynlərini çətinə saldığı üçün ağlamağa başladı. Ağlaya-ağlaya evdən çıxıb
meşəyə qaçdı. Kötüyün üstündə oturub inildəməyə başladı.
Birdən
köhnə dostunu – boz dovşanı gördü. Bu dovşan yetim olduğu üçün oğlan onu evdə
böyütmüşdü, böyüyəndən sonra meşəyə buraxmışdı. Dovşan oğlanın yanına gəlib
dizinin üstündə oturdu.
Uşaq
başına gələni dovşana danışdı. Dovşan qulaq asdı, uzun qulaqlarını oynatdı,
arxa pəncələri üstündə oturdu, qabaq pəncələriylə oğlanın əllərindən tutub
dedi:
-
Ağlama, dostum. Get evə, hər şey olacaq…
Dovşan
tullana-tullana meşənin dərinliyində yox oldu.
Uşaq
dovşana qulaq asıb evə qayıtdı. Qonaqlar artıq evdə olanları yeyib-içmişdilər.
Amma heç kim getmirdi, hamı yemək gözləyirdi. Bəziləri deyinirdi ki, qonaq
çağırmısınız, amma tədarük görməmisiniz. Qonaqlardan hirslənənlər də vardı:
- Verməyə
yeməyin yoxdursa, qonaq çağırmaq lazım deyil!
Bu vaxt
kimdə pəncərədən baxdı, gördüklərindən qorxub hamını çağırdı. Əvvəlcə hamı
qorxdu, sonra təəccübləndilər: bu nədir belə? Küçə heyvanla doluydu, hamısı evə
tərəf gəlirdi və hərəsi bir şey gətirirdi.
Ayılar
bal çəlləklərini diyirlədirdi, canavarlar leşləri sürüyürdü, marallar
buynuzlarındakı süd dolu vedrələri dağıtmamaq üçün ehtiyatla gəlirdi, gəlinciklər,
kəsəyənlər buğda torbalarını gətirirdi, dələlərlə dovşanlar səbət dolusu giləmeyvə
və qoz-fındıq daşıyırdı, tülkülərinsə dişlərində toyuq, qaz sallanırdı. Dovşan
meşədəki dostlarından oğlana köməklik göstərməyi xahiş etmişdi. Dovşan onlara
oğlan haqda danışmışdı, onu necə böyüdüb meşəyə buraxdığını nağıl etmişdi.
Heyvanlar gətirdiklərini həyətə yığanda tərpənməyə yer qalmadı. Heyvanlar gətirdiklərini
qoyub təzədən meşəyə qayıtdılar. Hamı təəccübdən donub qalmışdı, heç kim bir kəlmə
də danışa bilmirdi.
Şağın
valideynləri sevincdən nə edəcəklərini bilmirdilər. Amma hamıdan çox oğlan
sevinirdi. Üç gün üç gecə ev sahibləri qonaqlara yemək verdi. Qonaqlar
dağılışandan sonra da çoxlu yemək qaldı.
Bax,
dovşan uşağa belə minnətdarlıq elədi. Çünki o, yaxşılıq itirən deyildi.
Tərcümə:
Həmid P.