Bakı Fotoqrafiya Evində sərgi
Fotoqraf
- 23.05.2019
- 0 Şərh
- 7043 Baxış
Bakı Fotoqrafiya Evində "Adlar” isimli yeni sərginin açılış mərasimi olub.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, sərgidə Azərbaycan fotoqrafiya sənətində iz qoyan 19 müəllifin əl işləri təqdim edilib.
Açılış mərasimində sərginin kuratoru, fotoqraf Sənan Ələsgərov çıxış edərək fotoqrafiyanın həyat hadisələrini əks etdirməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, sərgidə əsərləri nümayiş olunan rəssamlar peşəkar və həvəskarlardır. Onlar öz hiss və düşüncələrini - sevinc və kədəri, məyusluq və sevgini, ətraf mühitə qarşı münasibəti fotoqrafiya vasitəsilə əks etdiriblər.
Qeyd olunub ki, sərgi avqustun 21-dək davam edəcək.